Paşinyanın parlamentdəki çıxışı daxili vəziyyəti daha da gərginləşdirib
17.04.2021 [08:48]
Məlum olduğu kimi, məğlub Ermənistanda siyasi böhran davam etməkdədir. Ermənistan mediası yazır ki, baş nazir Nikol Paşınyanın parlamentdəki sonuncu “Hökumət saatı”ndakı çıxışı qarşıdurmanı daha da dərinləşdirib. Belə ki, Paşinyanın parlamentin kürsüsündən Azərbaycan qarşısında ağır məğlubiyyətə görə əvvəlki hakimiyyətləri günahlandırması, hətta eks-prezident L.Ter-Petrosyana istinad etməsi ideoloji baxımdan bir-birinə yaxın olan iki siyasi qüvvənin arasında qarşılıqlı ittihamların səsləndirilməsinə gətirib çıxarıb.
Qeyd edək ki, eks-prezidentlərin özləri və sözçüləri Paşinyana kəskin reaksiya veriblər. Ölkədə belə bir mənzərə yaranıb ki, bütün siyasi qüvvələr məğlubiyyətin günahkarını axtarır, tərəflər məsuliyyəti bir-birinin üstünə atır, hətta bir-birini satqınlıqda da ittiham edirlər.
Yeri gəlmişkən, əsasən, sabiqlərə qarşı ittihamlar irəli sürən N.Paşinyan parlamentdəki deputatlara da xəbərdarlıq etməkdən çəkinməyib. Onun parlamentdəki xəbərdarlığı siyasi kuluarlarda geniş müzakirələrə səbəb olub. Məsələn, deputat Taquhi Tovmasyan baş nazirin “Mənim addımım” fraksiyasını tərk edən Qor Gevorkyana göstərdiyi münasibəti şərh edərkən, bildirib ki, bu, ilk növbədə, hakim blokdan olan deputatlara xəbərdarlıqdır: “Onun aqressiyası və suala cavab verməkdən imtinası daha çox “Mənim addımım” fraksiyasına ünvanlanmışdı. Fikrimcə, baş nazir bununla deputatları oxşar addımlardan çəkindirmək istəyir”.
Bununla belə, baş nazirin parlamentin kürsüsündən sensasiyalı bəyanatları rəqibləri tərəfindən seçkiqabağı kampaniyaya start kimi də dəyərləndirilir. “News.am” yazır ki, “Maariflənən Ermənistan” partiyasının sədri Edmon Marukyan baş nazirin parlamentdəki sonuncu çıxışına toxunaraq deyib ki, “Aprelin sonunda istefa verəndən sonra Paşinyan ölkənin baş naziri kimi bir saatlıq çıxış üçün bir daha belə imkan əldə edə bilməyəcək. Onun bu çıxışı, seçkiqabağı kampaniyanın başlanğıcı xarakteri daşıyırdı”.
Yeri gəlmişkən, “Hraparak” qəzeti yazır ki, həmin gün Paşinyan sərxoş halda parlamentə gəlib, hətta komanda üzvləri də şəxsi söhbətlərində bunu inkar etməyiblər. Qəzet yazır ki, baş nazirin qeyri-adekvat, ziddiyyətli açıqlama və davranışlarından da onun içkili olduğu aydın görünürdü: “Paşinyan yalnız əvvəlki hakimiyyətlərin nümayəndələrini hədəfə almayıb, həm də özünə qarşı çevrilə biləcək ziddiyyətli açıqlamalar verib”.
Göründüyü kimi, məğlub ölkədə daxili siyasi vəziyyət gərgin olaraq qalır. Sonuncu “Hökumət saatı”nda Paşinyanın sərt çıxışı, eyni zamanda, bütün siyasi qüvvələrin məğlubiyyətin əsas günahkarını axtarması, məsuliyyəti bir-birinin boynuna atması isə vəziyyəti bir qədər də gərginləşdirib.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

