Ermənistan siyasi böhrandan xilas ola bilmir
10.04.2021 [08:40]
Məlum olduğu kimi, Ermənistanda siyasi xaos hökm sürür. Başqa sözlə, məğlub ölkədə etiraz aksiyaları ilə müşayiət olunan qeyri-stabil durum davam etməkdədir. Yerli mətbuatın yazdığına görə, iyunun 20-də növbədənkənar parlament seçkilərinin keçiriləcəyi barədə qərar da ölkədə mövcud olan siyasi böhranı aradan qaldırmayıb.
Ölkədəki gərgin vəziyyətin fonunda seçkiqabağı proseslər də xaotik xarakter daşıyır. Erməni mediası yazır ki, hakim “Mənim addımım” fraksiyasını tərk edən deputatlardan biri Vardan Atabekyan “Armenia today” qəzetinə verdiyi açıqlamada nüfuzu aşağı düşən mövcud hökumətin seçkiqabağı kampaniyada dövlətin inzibati resurslarından geniş istifadə edəcəyini bildirib.
Gözlənilən seçkilərdə yeni siyasi qüvvələrin və simaların ortaya çıxmasına gəlincə, “Rusiya erməniləri ittifaqı”nın sədri Ara Abramyanın indiki hökumətə əsas rəqib kimi seçkiyə qatılacağı barədə xəbərlər yerli medianın gündəmindən düşmür. Məsələn “News.am” yazır ki, A.Abramyan artıq Ermənistanda qapalı görüşlər keçirməyə başlayıb. Xəbəri təsdiq edən A.Abramyan bir neçə gündür Ermənistanda olduğunu və ölkə prezidenti Armen Sarkisyanla görüşdüyünü də deyib. Xatırladaq ki, A.Abramyan bir qədər əvvəl növbədənkənar parlament seçkilərində iştirak etmək arzusunu dilə gətirib. Lakin hələlik hansı formatda və hansı siyasi qüvvələrlə birlikdə seçkilərdə iştirak edəcəyi dəqiq məlum deyil.
Onu da qeyd edək ki, son günlər Yerevanda hökumətin istefası tələbi ilə yanaşı, vətəndaşların müdafiə nazirliyinin binası qarşısında da fasiləsiz etiraz aksiyaları keçirilir. “News.am” saytının verdiyi məlumata görə, itkin düşən hərbçilərin valideynləri aprelin 8-dən nazirliyin bütün giriş-çıxışlarını bağlayıblar. Saytın yaydığı digər məlumata görə, aprelin 9-da vətəndaşlar Şirak vilayətinin Orom kəndi yaxınlığındakı ərazidə Yerevan-Gümrü avtomagistralını bağlayıblar. Hərbçi yaxınları tələbləri yerinə yetirilənə qədər yolu bağlı saxlayacaqlarını bildiriblər.
Beləliklə, siyasi böhran dövrünü yaşayan məğlub Ermənistanda vəziyyət yenidən gərginləşib. Bu dəfə vətəndaşların müdafiə nazirliyinin binasını mühasirəyə alması və digər itaətsizlik aksiyaları Paşinyan hakimiyyəti üçün ciddi siqnal ola bilər. Ekspertlərin fikrincə, məğlub ölkədə ictimai-siyasi vəziyyətin daha da gərginləşəcəyi istisna olunmur.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

