Türkiyənin milli bayramı İstanbulda böyük coşğu ilə qeyd olunub
30.10.2020 [09:36]
Türkiyənin Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü bütün respublikada olduğu kimi, İstanbulda da böyük təntənə ilə qeyd olunur.
AZƏRTAC xəbər verir ki, bayram münasibətilə İstanbulun Taksim meydanında yerləşən “Cumhuriyyət Abidəsi” ziyarət olunub, qarşısına əklillər düzülüb. Taksim meydanında Azərbaycan və Türkiyənin böyük bayraqları dalğalandırılıb.
Şəhərin yeni istifadəyə verilən televiziya qülləsi iki qardaş ölkənin bayraqlarının rəngində işıqlandırılıb.
Bayram münasibətilə İstanbul Valiliyində mərasimi təşkil olunub.
Tədbirdə çıxış edən İstanbul valisi Ali Yerlikaya Türkiyə Respublikasını XX əsrdə yoxsulluğa rəğmən, gözünü qırpmadan, qorxmadan cəbhəyə atılan ölkəyə inanan əcdadların ən böyük zəfəri adlandırıb. O deyib: “Bu, kədərdə və sevincdə bir olan millətimizin əsəridir. 1923-cü il oktyabrın 29-da Atatürk tərəfindən Türkiyə Cümhuriyyəti elan ediləndən bəri hər gün biz hamımız Cümhuriyyətik”.
İstanbulun Pendik Bələdiyyəsi tərəfindən bu əlamətdar gün münasibətilə təşkil olunan tədbirdə xüsusi hazırlanmış 97 metrlik Türkiyə bayrağı ilə yanaşı, böyük Azərbaycan bayrağı da açılıb. Pendikin Gənclər Millət Bağçasında təşkil olunan tədbirdə qardaş Azərbaycana dəstək şüarları səsləndirilib.
Bayram şənlikləri çərçivəsində 1940-1070-ci illər istehsalı olan klassik avtomobillərdən ibarət karvan İstanbulun mərkəzi küçələrində dolaşıb. Bununla yanaşı, şəhərin Üsküdar Velosiped Peloton İdman Klubunun təxminən 50 üzvü səhər saatlarında bir araya gələrək Üsküdar meydanında velosiped yürüşü təşkil ediblər. Tədbir Üsküdar Bələdiyyəsi tərəfindən təşkil olunub.
Bu il ilk dəfə olaraq İstanbulun adalar bölgəsindən başlayaraq hər nöqtəsində bayram şənlikləri və konsert proqramları təşkil olunub. Bu tədbirlər İstanbul Böyükşəhər Bələdiyyəsinin rəsmi internet hesabları vasitəsilə canlı yayımlanıb.
Türkiyə Respublikasının yaranma tarixi və Cümhuriyyətin banisi Mustafa Kamal Atatürkün həyat yolunu əks etdirən “Kamal” teatr tamaşası oktyabrın 22-dən 30-dək tamaşaçılara təqdim edilir.
Oktyabrın 29-da İstanbulun bütün nəqliyyat vasitələri, o cümlədən gəmilər gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Bu bayram yalnız böyük şəhərlərdə deyil, Türkiyənin hər bir bölgəsində böyük təntənə ilə qeyd edilir.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

