Montrodan Astanayadək: Suriya problemi necə həllini tapacaq?
06.01.2017 [09:34]
Yaxud Rusiya-ABŞ mübarizəsi fonunda Suriya məsələsi ətrafında yeni geosiyasi situasiya formalaşmaqdadır
Dünya siyasətində Avrasiya geosiyasi məkanında hər zaman nəhəng aktorlar arasında konfrantasiya və qütbləşmə meyilləri mövcud olub. Xüsusilə də beynəlxalq münasibətlər sisteminin güc mərkəzləri Avrasiya kimi geostrateji baxımdan mühüm əhəmiyyət kəsb edən bölgədə möhkəmlənmək, strateji dividendlər əldə etmək üçün mübarizə aparıblar. Bu kontekstdə zaman-zaman real qarşıdurmalar, hətta regional miqyaslı müharibələr belə meydana çıxıb.
Son zamanlar isə regional ziddiyyətlər daha çox diqqəti cəlb edir. Xüsusilə də Yaxın Şərq və Şimali Afrikada baş verən hadisələr dünya siyasətində regional amillərin təsirinin daha da artdığını göstərir. Şübhəsiz, bütün bu ziddiyyətlər nəhəng güc mərkəzlərinin hegemonluq iddialarına söykənir. Avrasiya hegemonluğu uğrunda yeni mübarizənin strateji əhəmiyyətli regionlardan başlaması və “heartland” mübarizəsinin platsdarmı rolunda ayrı-ayrı ölkələrin çıxış etməsi təsadüfi deyil. Çünki, əvvəla, Yaxın Şərq və Şimali Afrika dünyanın aparıcı dövlətlərinin strateji planlarında yer alan geostrateji məkanlardır. Həm təbii-coğrafi və siyasi sərhədlərinə, həm iqtisadi-siyasi resurslarına və təsir mexanizmlərinə, həm də strateji önəminə görə bəhs edilən məkanlar qlobal aktorlar üçün yeni dünya düzəninin əsas konturlarını cızmaq iqtidarında olan bölgələrdir. Avrasiyada möhkəmlənmək üçün dünyanı idarə edən güclər zaman-zaman bu bölgə ölkələrini uzunmüddətli strateji tərəfdaşa çevirmək uğrunda gərgin mübarizə aparırlar. Daha da dəqiqləşdirsək, strateji əhəmiyyətli məntəqələr Qərb və Rusiyanın geostrateji savaşının platsdarmını təşkil edir.
Hazırda eskalasiya mərhələsi başa çatan regional münaqişə və ziddiyyətlər Avrasiyanın gələcək geosiyasi mənzərəsinə ciddi təsir göstərəcək, desək, yanılmarıq.
Rusiya Yaxın Şərqdə sonuncu strateji qalasını təslim etmədi
Bu kontekstdə artıq 6 ilə yaxındır ki, davam edən Suriya probleminə ayrıca nəzər salmaq gərəkdir. 2011-ci ildə başlayan Yaxın Şərq hadisələri zamanı Rusiya və Qərbin qarşı-qarşıya gəldiyi son strateji cəbhə Suriya oldu. Rusiyanın bölgədəki sonuncu strateji qalası olan Suriyadakı mübarizə tərəflərin dünya siyasətindəki mövqeyinə əhəmiyyətli təsir edəcəkdi. Məhz buna görə də Qərb Suriyanı neytrallaşdırmaqla Rusiyanı “oyundankənar vəziyyət”ə salmağa çalışdı. Qərbin əsas məqsədi Yaxın Şərqdə Avrasiyanın yeni “heartland”ını formalaşdırmaq idi. Lakin hadisələrin gedişatı Qərbin bu məqsədə nail olmasına imkan vermədi. Beləliklə, Qərb Yaxın Şərq savaşında Avrasiyanın yeni “heartland”ını formalaşdıra bilmədi. Bundan sonra bəhs edilən regionda mübarizə aparan tərəflər arasında hər hansı bir kompromis və ya konsensusun əldə edilməsini nəzərdə tutan sülh konfransları öz işinə başladı...
Suriyada geosiyasi balans dəyişir: Qərb, yoxsa Rusiya?
Təxminən üç il əvvəl İsveçrənin Montro şəhərində başlayan Suriya sülh konfransları öncələr daha çox ABŞ başda olmaqla Qərb blokunun - Avroatlantik mərkəzlərin dominantlığı şəraitində keçdi. Məhz Rusiya kimi ölkələr isə ABŞ-ın təkqütblü dünya nizamında hegemon güc mərkəzi kimi çıxış etdiyini və bu prosesdə başlıca faktor olduğunu dolayısıyla olsa da, diqqətə çatdırmaqdan çəkinmədilər. Lakin ötən müddət ərzində Suriyada baş verən hadisələr Rusiyanın heç də geri çəkilmək niyyətində olmadığını göstərdi və Kremlin ABŞ-la mübarizəsinin davam etdiyi qənaətini formalaşdırdı. Başqa sözlə, Rusiya rəsmilərinin verdikləri bəyanatlar onu göstərdi ki, Kreml bu məsələdə geri çəkilməyəcək və Suriyada öz maraqlarının müdafiəsi istiqamətində müqavimət mexanizmini davam etdirəcək. Qərb isə Rusiya reallığını nəzərə alaraq Suriya məsələsində müəyyən paradiqma dəyişikliyinə getmiş oldu. Hazırda Avroatlantika bloku regional resurs və mexanizmlərdən istifadə edərək Yaxın Şərqdə geosiyasi balansı öz lehinə saxlamaq istəyir. Daha doğrusu, Qərb Rusiyanın Yaxın Şərqdəki son geostrateji resurslarını özünə tabe etməklə bir daha Avrasiyanın yeni “heartland”ını formalaşdırmağa çalışır. Qərb strateqlərinin mövqeyi odur ki, Rusiyanın neytrallaşdırılması ilə Yaxın Şərqdə strateji nəzarətin tamamilə ələ alınması Avrasiya hegemoniyasına əhəmiyyətli bir yol açacaq. Amma regional müstəvidə toqquşan mövqelərin fonunda geosiyasi uzlaşma meyilləri də müşahidə edilir və bu, siyasi analitiklər tərəfindən optimist rəylə qarşılanır. Çünki antaqonist ziddiyyətlər fonunda konfrantasiyanın şiddətlənməsi regional və qlobal təhlükəsizliyə ciddi fəsadlar yarada bilər.
Suriya danışıqlarının Astanaya transfer olunması nəyi ifadə edir?
Və bu gün Rusiya geosiyasi təşəbbüsü ələ almaq üçün yeni manevrlər etməkdədir. Məhz Kreml tərəfindən Suriya danışıqlarının Astanaya transfer olunması da bu sırada qeyd edilməlidir. Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bundan əvvəl Suriyadakı münaqişə tərəflərinə danışıqlar prosesinin Astanada keçirilməsinin təklif olunması barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla razılığa gəldiyini bildirib. Qazaxıstan prezidenti Nursultan Nazarbayev isə rusiyalı və türkiyəli həmkarları Vladimir Putin və Rəcəb Tayyip Ərdoğanla telefon danışıqları zamanı bu təşəbbüsü dəstəkləyib və ölkəsinin paytaxtında danışıqlar üçün şərait yaratmağa hazır olduğunu bildirib.
ABŞ isə Suriya məsələsi ətrafında mümkün konsensus və ya kompromisi sıradan çıxarmamaq üçün Rusiyanın bu təşəbbüsünə qarşı çıxmamaq mövqeyini seçib. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner Birləşmiş Ştatların Astanada Suriya danışıqlarının keçirilməsi təşəbbüsünü və ümumiyyətlə, münaqişənin nizamlanmasına yönəlmiş istənilən səyləri dəstəklədiyini diqqətə çatdırıb.
Bütövlükdə sadalananlar onu göstərir ki, Rusiya ABŞ başda olmaqla Qərb blokunun - Avroatlantik qüvvələrin Suriya siyasətinə qarşı adekvat strateji reaksiya göstərməklə - güclü müqavimət mexanizmi formalaşdırmaqla yeni geosiyasi situasiyanın formalaşmasını təmin edib. Bundan sonra Suriya ətrafında yaranacaq vəziyyət tərəflərin manevrlərinin nə dərəcədə uğurlu olmasından asılı olacaq.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17

