ABŞ-da seçki reallıqları: “demokrat”ın anti-demokratik mahiyyəti
26.10.2016 [10:03]
Dünyaya “demokratiya dərsləri” verməyə çalışan Birləşmiş Ştatlar nə üçün öz seçki sisteminin qüsurları və paradokslarına görə beynəlxalq ictimaiyyətin iradlarından nəticə çıxarmır?
Məlum olduğu kimi, noyabrın 8-də ABŞ-da növbəti - 58-ci prezident seçkiləri keçiriləcək. Seçkiöncəsi təbliğat kampaniyası çərçivəsində cərəyan edən hadisələr Birləşmiş Ştatların “seçki demokratiyası”nın ənənəvi cizgilərini növbəti dəfə əks etdirir. Belə ki, proses çərçivəsində istər teledebatlar zamanı səsləndirilən fikirlər, istərsə siyasi mübarizənin metod və formaları, istərsə də mövcud qanunvericilik çərçivəsində müşahidə edilən hüquqi boşluqlar ABŞ-da prezident seçkilərinin demokratik dəyər və ənənələrlə ciddi şəkildə uzlaşmadığını göstərir.
Ümumiyyətlə, dünya siyasətinin başlıca tendensiyalarını müəyyən edən bu hegemon geopolitik güc mərkəzi beynəlxalq ictimaiyyətə “demokratik dəyərlər” aşılamağa və ya “demokratiya dərsləri” verməyə çalışsa da, öz daxilində müşahidə edilən anti-demokratik proseslər reallıqların nədən ibarət olduğunu göstərir. Xüsusilə də, hər prezident seçkiləri zamanı seçki prosesinin bütün mərhələlərində müşahidə olunan ciddi çatışmazlıqlar və qüsurlar siyasi ekspertlər, hüquqşünaslar tərəfindən xüsusi müzakirə predmetinə çevrilir. Bu ölkədə mövcud seçki qanunvericiliyi, seçkilərin keçirilmə üsul və formaları, eləcə də bir sıra prosedurlar ciddi tənqid obyektinə çevrilməkdədir. Məsələn, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 2012-ci il noyabrın 6-da ABŞ-da keçirilmiş prezident seçkilərinin yekunlarına dair hesabatında seçkilərdə çoxsaylı nöqsanların və çatışmazlıqların olduğunu bəyan etməsi, əslində, seçki sisteminin qüsurlarını ortaya qoymuşdu. “Səsvermə hüququnun reallaşdırılması, səslərin sayılmasında dəqiqlik, seçki qərargahlarının maliyyələşdirilməsinin şəffaflığı, səslərin sayılması proseduru və buraya beynəlxalq müşahidəçilərin buraxılması kimi məsələlərdə yol verilən kobud nöqsanlar böyük narahatlıq yaradır”, - deyə Büronun hesabatında bildirilmişdi.
Həmin seçkiləri müşahidə edən avropalı parlamentarilərdən ibarət müşahidə missiyası belə bir qənaət ifadə etmişdi ki, Birləşmiş Ştatların seçki sistemində özünü göstərən ciddi qüsurlar bütövlükdə demokratik prosedurları, şəffaflığı şübhə altına alır: “Biz bütün ölkə boyu tətbiq oluna biləcək ümumi seçki qaydalarının mövcud olmadığını aşkarladıq. Bu, ölkənin seçki sistemini zəiflədir, prosesin şəffaflıq və bütövlüyünə təsir göstərir. Mənfi təsir özünü seçicilərin qeydiyyatı və elektron səsvermədə xüsusilə büruzə verir”.
Nümayəndə heyətinin rəhbəri Co Suares diqqətə çatdırmışdı ki, ATƏT müşahidə missiyası ABŞ-a bu yanaşmanı nəzərə alaraq ölkənin bütün seçki sisteminə tətbiq olunacaq standartlar hazırlamağı tövsiyə edir.
ABŞ qanunvericiliyi seçkilərdə xalqın iradəsi və suverenliyini məhdudlaşdırır
Bütövlükdə, ABŞ-da seçki reallıqlarını anlamaq üçün bir sıra məqamlara nəzər salmaq məqsədəmüvafiqdir. Əvvəla qeyd edək ki, ABŞ-da prezident xalqın deyil, seçici kollegiyalarının səsi ilə seçilir. Seçicilər kollegiyaları, onlar isə ümumi səsvermə vasitəsilə prezidenti seçirlər. Seçici kollegiyaları əsasən Nümayəndələr Palatasında və Senatda ayrı-ayrı ştatları təmsil edirlər. Bundan başqa, səsvermə prosesi zamanı müəyyən paradokslar da müşahidə edilir. Məsələn, səs verənlər bəzi hallarda öz seçimlərini rəqib partiyanın namizədinin lehinə edirlər ki, bu da kollegiyaların fəaliyyətində şahid olunan ziddiyyətlər sırasında yer alır. Digər arxaik metod isə bundan ibarətdir ki, prezidentliyə namizədlərdən heç biri yetərli sayda (270-dən çox) səs toplamasa, o zaman Nümayəndələr Palatası daha çox səs toplamış namizədi prezident elan edir ki, bu da bütövlükdə demokratiyanın mahiyyətini əks etdirən xalqın iradəsi və suverenliyinin məhdudlaşdırılmasıdır.
ABŞ siyasi sistemi plüralizmi istisna edir
Beynəlxalq miqyasda ABŞ siyasi sisteminin ən çox tənqid edilən neqativ cəhətlərindən biri məhz siyasi plüralizmin olmamasıdır. Belə ki, ölkədə federal səviyyədə 38 partiyanın fəaliyyət göstərməsinə, hər siyasi partiyanın namizəd irəli sürmək hüququnun mövcud olmasına baxmayaraq, seçki marafonunda yalnız iki partiyadan olan namizədlərin yer almasına icazə verilir. Məsələn, 2012-ci il prezident seçkilərində müxtəlif ştatlarda 32 namizəd irəli sürülmüş, hər hansı bir maneə və ya hüquq pozuntusu olmamasına rəğmən, bunlardan yalnız 4 nəfərin adı seçki bülleteninə salınmışdı, hətta nəticədə iki partiya nümayəndəsi prezidentlik postu uğrunda mübarizəyə buraxılmışdı.
Seçkilər zamanı ciddi qanun pozuntuları və çatışmazlıqların müşahidə olunması ənənə halını alıb
Bu ölkədə fəaliyyət göstərən hüquqşünaslar və siyasi ekspertlər seçicilərin qeydə alınması zamanı müşahidə olunan çatışmazlıqların və qanun pozuntularının artıq ənənə halını aldığını diqqətə çatdırırlar. Məhz sonuncu prezident seçkilərində də müşahidə olunan bu hal dünya mətbuatının diqqət mərkəzində olub. Belə ki, ABŞ mətbuatının yazdığına görə, hər beş nəfərdən bir amerikalının adının seçici siyahısına düşməməsi (təxminən seçicilərin 20 faizinin qeydə alınmaması), 25 milyona yaxın seçici barəsində məlumatların qeyri-dəqiqliyi, 3 milyona yaxın vətəndaşın eyni zamanda bir neçə ştatda qeydə alınması faktları ABŞ seçki mühitinin neqativ reallıqları sırasında yer alıb. Bu ölkə mətbuatının məlumatına görə, 2012-ci ildə keçirilmiş prezident seçkilərində səsvermə hüququna malik 26 milyon vətəndaş seçici kimi qeydə alınmayıb, 5,9 milyon vətəndaş cinayət törətməkdə ittiham olunduğundan səsvermə hüququndan məhrum edilib, 6 milyon vətəndaşın isə seçici siyahılarında adına rast gəlinməyib.
Birləşmiş Ştatlarda seçki prosesini tənzimləyən müstəqil mərkəzi orqanın olmaması xaos mühitini şərtləndirir
Bundan başqa, prezident seçkiləri zamanı ABŞ seçki sisteminin qüsurlarını ortaya çıxaran və ciddi iradların meydana çıxmasını şərtləndirən hallardan biri isə seçkilərin keçirilməsi üzrə fəaliyyət göstərən orqanların tənzimləyici mexanizm rolunda çıxış etməməsidir. Məlumdur ki, bu ölkədə prezident seçkilərinin keçirilməsi üzrə müstəqil mərkəzi orqan yoxdur, buna görə də seçkiləri tənzimləmək üçün 2 federal seçki komissiyası fəaliyyət göstərir. Bu orqanlar isə daha çox maliyyə məsələlərini tənzimləyir və həmin strukturların tərkibi ikipartiyalı sistem əsasında formalaşıb ki, bu da qurumların sağlam, ədalətli və obyektiv fəaliyyətinə mane olur, daha çox ziddiyyət və qarşıdurmalar müşayiət olunur. Beləliklə, seçkilər daha çox korporativ rəqabət platformasında “tənzimlənir”, bir növ, “idarəedilən xaos” ortaya çıxır.
“Demokratiyanın beşiyi”ndə sağlam rəqabət mühiti yoxdur
Eyni zamanda, seçki qanunvericiliyi təkmil və demokratik olmadığından seçki prosesinə böyük məbləğdə maliyyə vəsaitləri xərclənir və güclü maliyyə dəstəyinə malik olmayan - müəyyən lobbi təşkilatlarından və iri korporasiyalardan dəstək ala bilməyən namizədlər seçki prosesindən kənarda qalırlar. Təsadüfi deyil ki, 2012-ci ildə keçirilmiş prezident seçkilərini müşahidə edən avropalı parlamentarilərdən ibarət müşahidə missiyasının rəhbəri Co Suares Birləşmiş Ştatlardakı seçkilərin maliyyə tərəfinin də ciddi problemlər və çatışmazlıqlara yol açdığını diqqətə çatdırıb: “Seçkilərdə hər bir namizəd üçün fantastik məbləğdə maliyyə vəsaiti ayrılıb. Bizim ümumi rəyimiz belə idi ki, bu seçkilərdə hər şeyi pul həll edib. Məhz bunu biz neqativ təbliğat və çirkli kampaniya adlandırırıq”.
Seçkiləri müşahidə etmək istəyən beynəlxalq təşkilatların nümayəndələri təhdid edilir və ya ciddi təzyiqlərə məruz qalırlar
Nəhayət, bu ölkədə seçkilərin beynəlxalq təşkilatlar tərəfindən müşahidə edilməsinə embarqo qoyulub. Belə ki, təkcə Missuri, Nyu-Meksika və Cənubi Dakota ştatlarında, o cümlədən Kolumbiya federal dairəsində beynəlxalq müşahidəçilərin seçki prosesini müşahidə etmələrinə icazə verən qanunlar qəbul edilib. Texas ştatının prokuroru Qreq Ebbotun ATƏT DTİHB-nin tərkibində olan müşahidəçilərin seçki məntəqələrinə 30 metrdən artıq yaxınlaşacağı təqdirdə onların cinayət məsuliyyətinə cəlb ediləcəkləri barədə xəbərdarlığı isə “demokrat”ın anti-demokratik reallığını növbəti dəfə aşkar etmişdi. O, hətta “ATƏT-in öz mövqeyi ola bilər, lakin bu mövqe ABŞ ərazisində heç bir hüquqi qüvvəyə malik deyildir” deməklə Birləşmiş Ştatların hansı mövqedə durduğunu bəyan etmişdi. Bundan başqa, ABŞ administrasiyası DTİHB-nin müşahidəçi missiyasının fəaliyyətinə qadağalar qoymuş və onların heç bir iradını qəbul etməmişdi. ABŞ-da ştatların birinin qubernatoru isə müşahidəçiləri həbs olunmaqla təhdid etmişdi.
Göründüyü kimi, “demokratiyanın beşiyi”ndə seçkiləri müşahidə etmək istəyən beynəlxalq təşkilatların nümayəndələri təhdid edilir və ya ciddi təzyiqlərə məruz qalırlar.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09

