Ermənistanda xaos
19.10.2016 [10:04]
İşğalçı ölkədə hökm sürən total böhran nəticəsində hakimiyyətdəki hərbi xunta “siyasi dalan”a dirənib
Ermənistanı cənginə alan sosial-iqtisadi, siyasi və demoqrafik böhran daha da dərinləşib. İşğalçı ölkəyə rəhbərlik edən hərbi xuntanın həyata keçirdiyi yarıtmaz siyasət nəticəsində Ermənistanda, demək olar ki, bütün sahələrdə xaotik durum yaranıb. Bütün bunlar isə cəmiyyət daxilində mənəvi-psixoloji deqradasiyanı şərtləndirməkdədir. Ermənistan KİV-in məlumatına görə, işğalçı ölkədə zorakılıq halları artıb və rüşvətxorluq, korrupsiya, intihar kimi neqativ tendensiyalar aktuallığını qorumaqdadır. “Ermənistan xəbərləri” jurnalında dərc olunan məqalədə qeyd edilir ki, cari il ərzində ölkədə rekord sayda zorakılıq halları qeydə alınıb. Bu isə cəmiyyət daxilində xaotik durumun yaranmasına səbəb olub.
Bunlarla yanaşı, Ermənistan KİV-in məlumatına görə, bu ölkədə ümumilikdə özünə qəsd edən vətəndaşların sayında da artım müşahidə edilib. Qeyd olunur ki, intihar edən vətəndaşların sayının artması ölkədə mövcud olan bir sıra neqativ hallarla bağlıdır. Məlumata görə, ölkədə intihar edənlərin əksər hissəsini gənclər təşkil edir ki, bu da ciddi həyəcan siqnalıdır. Bildirilir ki, ölkədəki vəziyyətin qeyri-sabitliyi, orduda özbaşınalıq, səhiyyə xidmətinin aşağı səviyyədə olması və başqa mənfi hallar gənclərin intihar etmələrinə səbəb olur.
Yerli kütləvi informasiya vasitələrinin məlumatına görə, Ermənistan ordusunun əsgərləri arasında intihar halları artır. Orduda yüksəkçinli zabitlərin tabeliyindəki əsgərlərlə kobud rəftar etməsi, rüşvətxorluğun geniş yayılması, dözülməz şərait, sıravi hərbçilərin təhqir olunması intihar hallarının artmasına səbəb olub. Əsgərlər arasında sui-qəsdlərin artması ölkə rəsmilərinin guya nümunəvi ordu yaradıldığı, zabitlərin özbaşınalığına son qoyulduğu barədə bəyanatlarının yalan və mənasız olmasını sübut edir. “Ermənistan xəbərləri” yazır ki, cari il ərzində çoxsaylı erməni əsgəri həyatına qəsd edib. Ekspertlər nizam-intizamdan uzaq olan erməni ordusunda təcili islahatlar aparılmasının vacibliyi, intihar hadisələrinin daha da çox olacağı barədə ölkə rəhbərliyini xəbərdar etdiklərini bildiriblər.
“Joxovurd” qəzeti isə yazır ki, Ermənistandakı ağır iqtisadi vəziyyət ölkənin gələcəyi üçün yalnız təhlükəli nəticələr vəd edir. Məqalədə bildirilir ki, xaricdən gələn pul transferləri kəskin şəkildə azalıb. İxrac isə 10-15 faiz ixtisar olunub. Hazırda Ermənistanın valyuta ehtiyatları son beş ilin ən aşağı səviyyəsindədir. Ermənistan xarici investorlar üçün onsuz da zəif olan mövqelərini itirib. Nəşr onu da yazır ki, ölkənin sabiq prezidenti Levon Ter-Petrosyan Ermənistanın bundan da ağır günlərlə üz-üzə qalacağını açıqlayıb: “Rejim idarəçilik sisteminin islahatlaşdırılması və seçki prosesinin səhnələşdirilməsi adı altında “vaxt öldürür”. Belə davam edəcəyi təqdirdə ölkənin yaxın zamanda real iqtisadi fəlakətlə üzləşməsi gözlənilir. Bu mərasimlər dövlətin sağlamlaşdırılmasına deyil, iqtidarın hakimiyyətini möhkəmləndirməyə və əbədiləşdirməyə xidmət edir. Mənə maraqlıdır, onlar iqtisadiyyatı çökmüş, hər sahədə böhran yaşanan ölkəni idarəetmədən necə zövq alırlar?”
Yazıda o da qeyd edilib ki, Ermənistan büdcəsində də vəziyyət kritik həddə çatıb. 2017-ci ilin dövlət büdcəsini hazırlayan hökumət xərcləri 17 milyard dram azaldacaq. Bu da gələn il işğalçı ölkə sakinlərinin sosial vəziyyətini gərginləşdirəcək. Bu səbəbdən siyasi ekspertlər Ermənistanda etiraz dalğasının daha da genişlənəcəyini proqnozlaşdırırlar.
“Aykakan Jamanak” qəzeti isə yazır ki, xarici borclar Ermənistanın maliyyə vəziyyətini ağırlaşdırıb. Mənbənin məlumatına görə, bu ölkənin ümumi xarici kredit borcu 5,4 milyard olub. 7 il əvvəl Ermənistan Mərkəzi Bankının ümumilikdə borcu 2 milyard dollardan az idi. İndi isə göstərici ümumi daxili məhsulunun yarısını keçir. Götürülən kreditlərin böyük əksəriyyəti yüksəkçinli məmurlar tərəfindən mənimsənilib. Hökumət alınan borclarla elektrik enerjisi, su təminatı, həmçinin xidmət sahələrində vəziyyətin yaxşılaşacağını bəyan etsə də, reallıqda bunun əksi müşahidə olunur. Özəlləşdirilən dövlət müəssisələrinin böyük əksəriyyəti isə xarici şirkətlərə, ayrı-ayrı iş adamlarına satılıb. Rentabelli olmadığından belə müəssisələrin çoxu fəaliyyətini dayandırmalı olub.
Beləliklə, Sarkisyan rejimi manevrləri davam etdirməyə çalışsa da, işğalçı ölkə faktiki olaraq iflasın astanasındadır. Dərin iqtisadi tənəzzül və xaos insanların həyat şəraitini olduqca çətinləşdirdiyi üçün ekspertlər işğalçı ölkənin gələcəyinin qeyri-müəyyən olduğunu bildirirlər.
NURLAN
Xəbər lenti
Hamısına baxMaraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17

