Ermənistanda siyasi xaos...
04.08.2016 [09:55]
Ekspertlərin proqnozları Sarkisyan rejimi üçün yalnız bədbin mənzərə yaradır
Ermənistanda mövcud olan ictimai-siyasi kataklizmlər daha da güclənir. Ermənistan mətbuatı siyasi gərginliyin daha da kəskinləşərək vətəndaş müharibəsi həddinə çatdığını bəyan edir. Siyasi narazılıq və ziddiyyətlər daha çox qarşıdurma və aksiyalarla müşahidə edilir.
Sarkisyan rejiminin siyasi gələcəyi sual altında...
Ermənistanda nəşr edilən “168 Jam” qəzeti yazır ki, hakimiyyətin siyasi gələcəyi sual altında olduğuna görə Sarkisyan rejimi hansı tədbirləri görəcəyini dəqiq müəyyənləşdirə bilmir. Mənbə qeyd edir ki, ekspertlərin proqnozları Sarkisyan hakimiyyəti üçün yalnız bədbin gələcək mənzərəsi yaradır.
“Armenia today” isə yazır ki, etirazçılarla konsensusa gəlinməsini məqbul variant hesab etməyən hakimiyyət sabitliyi təmin etmək iqtidarında deyil. Nəşrin yazdığına görə, sonuncu aksiyalarda etirazçılar həbs olunan fəalların azadlığa buraxılmasını tələb edirlər. “Təsis parlamenti” hərəkatının üzvü Arutyun Aslamazyanın rəhbərlik etdiyi mitinqdə hakimiyyət əleyhinə şüarlar səsləndirilib, ölkənin vətəndaş müharibəsi ilə üz-üzə olduğu bildirilib. Arutyun Aslamazyan silahlı qrupun üzvlərinin tezliklə azad olunaraq yenidən mübarizəyə qatılacaqlarına ümid etdiyini deyib. Aksiya iştirakçıları həbs edilmiş siyasi partiya fəallarının azadlığa buraxılmasını da tələb ediblər. Armavir şəhərində də yüzlərlə sakin həbs olunmuş qiyamçıların müdafiəsi üçün aksiya keçirib. Bundan başqa, Erməni-Amerika Şurası Ermənistan polisi və mülki geyimli naməlum şəxslərin söz azadlığı və sərbəst toplaşma hüquqlarından istifadə edən vətəndaş və vəzifə borcunu yerinə yetirən jurnalistlərə qarşı zor tətbiq etməsini kəskin pisləyib. Şuranın yaydığı bəyanatda qeyd olunur ki, Ermənistandakı avtoritar rejim tərəfindən dinc etirazçılara qarşı misli görünməmiş qəddarlıq göstərilməsi gözlənilən idi. Bundan başqa, şura ABŞ Dövlət Departamentini qanlı hadisələrə görə məsuliyyət daşıyan məmurlar və polis rəhbərliyi cəzalandırılmayana qədər Ermənistan hökuməti ilə əməkdaşlığı dayandırmağa çağırıb.
Polisin vəzifə borclarını yerinə yetirən jurnalistlərə hücumu ciddi qınaq obyektinə çevrilib
Bununla yanaşı, bu ölkədə hakimiyyətin mətbuata təzyiqləri də şiddətlənib. Bunun fonunda bir sıra jurnalist və ictimai təşkilatlar media nümayəndələrinə qarşı hərəkətləri pisləyən bəyanat yayıb, jurnalistlərin öz vəzifə borcunu yerinə yetirməsinə mane olduğuna görə bir sıra asayiş qoruyucularının məsuliyyətə cəlb edilməsini tələb ediblər. Yeri gəlmişkən, “Human Rights Watch” təşkilatının yaydığı bəyanatda qeyd olunub ki, 2016-cı il iyulun 29-da Ermənistan polisi dinc nümayişçilərə qarşı həddən artıq güc tətbiq edib, hətta vəzifə borclarını yerinə yetirən jurnalistlərə hücum ediblər. Diqqətə çatdırılıb ki, polis nümayişçilərə qarşı səs qumbaralarından istifadə edib ki, nəticədə onlarla dinc nümayişçi, eləcə də jurnalistlər yaralanıb. ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç isə Ermənistan hakimiyyətindən İrəvanda keçirilən aksiyalarda jurnalistlərin təhlükəsizliyini və hüquqlarını təmin etməyi tələb edib. Bəyanatda bildirilib ki, 29 iyuldakı iğtişaşlarda 13 jurnalist xəsarət alıb.
Erməni diasporu da narazıdır...
“Armenia today” onu da yazır ki, Ermənistan hakimiyyətinin başlıca dayaq nöqtəsi olan xaricdəki erməni lobbisi də hazırkı hərbi xuntanı tənqid və qınaq atəşinə tutmaqdadır. Müşahidələr onu deməyə əsas verir ki, bu istiqamətdəki son tendensiya mövcud hakimiyyətlə xaricdə yaşayan ermənilər arasında kəskin ziddiyyət, mübahisə və mübarizə meyillərinin ortaya çıxmasıdır. Xaricdəki erməni lobbisi, demək olar ki, davamlı olaraq İrəvan hakimiyyətinin əleyhinə tənqidi materiallar yayır, üstəlik, lobbinin nəzarəti altında fəaliyyət göstərən əksər mətbu orqanlar da saylarında Ermənistan hakimiyyətini kəskin şəkildə tənqid edirlər. Eyni zamanda, diaspor Sarkisyan hakimiyyətinə etdiyi maliyyə yardımlarını da kəsmək haqqında müəyyən mesajlar verməkdədir.
Beləliklə, Ermənistan növbəti dəfə ciddi siyasi kataklizmlərin məngənəsindədir. Ekspertlər vətəndaş müharibəsi ilə qarşı-qarşıya olan işğalçı ölkənin gələcək taleyinə dair optimist proqnozlar vermirlər.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09

