Aİİ-yə qoşulması Ermənistana boş vədlərdən başqa heç nə verməyib
06.01.2016 [09:19]
Ötən bir ildə bu ölkədə bütün sahələr üzrə geriləmələr qeydə alınıb
Ötən il yanvarın 1-dən Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olmasını Serj Sarkisyan hakimiyyəti xalqa “bəh-bəh”lə təqdim etməyə çalışsa da, faktlar bunun tam əksini isbatlayır. Sən demə, Aİİ-yə daxil olması Ermənistan üçün yalnız mənfi göstəriciləri ilə yaddaqalan olub. Yerli KİV-lərdən biri daha da irəli gedərək, Sarkisyanın gerçəkləşməyən arzularına hətta sənədli videoklip belə həsr edib.
Ermənistanın populyar internet resurslarından olan “Lragir.am” saytında yerləşdirilən videoklipdə əksini tapan araşdırmalara görə, hakimiyyəti zəbt etmiş Serj Sarkisyan və onun kriminal komandası üçün 2015-ci il ən uğursuz il olub. Hakimiyyət Aİİ-yə daxil olmağın Ermənistan üçün iqtisadi, siyasi və təhlükəsizlik baxımından çox vacib olduğunu xalqa nə qədər təlqin etsə də, bunların hamısı boş vədlərdən başqa bir şey olmayıb. Belə ki, Avrasiya İqtisadi İttifaqına daxil olduqdan sonra Ermənistanda ÜDM 2014-cü ildəki 11,6 milyard ABŞ dollarından 10,6 milyardadək aşağı enib. Bundan əlavə, ölkənin xarici ticarət dövriyyəsində də geriləmə qeydə alınıb - idxal 20 faiz, ixrac isə 5 faiz azalıb. Hətta Ermənistanın ən böyük iqtisadi tərəfdaşı olan Rusiya ilə olan ticarət dövriyyəsinin həcmi də 15 faiz aşağı düşüb. Bunun qarşılığında isə Ermənistanın xarici borcu xeyli yüksəlib. Əgər 2014-cü ilin yanvarında Ermənistanın xarici borclarının həcmi 4,4 milyard dollar təşkil edirdisə, 2015-ci ilin sonunda bu rəqəm 12 faiz artaraq 5 milyard dollar həddini aşıb. Saytın yazdığına görə, Serj Sarkisyanın Ermənistanın Aİİ-yə daxil olmasının əsas səbəbi kimi göstərdiyi təhlükəsizlik sahəsində də faktlar heç də ürəkaçan deyil. Belə ki, ötən bir ildə Ermənistanın müttəfiqi olan Rusiya Azərbaycana böyük həcmdə müasir silahlar - tank, hava hücumundan müdafiə sistemləri, bronitexnika və digər texnikalar satıb. Bundan əlavə, 2014-cü illə müqayisədə, ötən ildə qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması halları iki dəfədən çox artıb. Azərbaycan tərəfinin hərbi sahədəki üstünlüyü tam şəkildə öz təsdiqini tapıb.
2015-ci il həm də Ermənistan rəhbərliyinin “demokratiyaya sadiqliyi” ilə də yaddaqalan olub. Saytın araşdırmalarına görə, ötən il Ermənistanda baş verənləri heç cür demokratiya ilə bir araya sığdırmaq mümkün deyil. Müxalifət liderlərinə qarşı təzyiqlər güclənib, vətəndaşların sərbəst toplaşmaq azadlıqları məhdudlaşdırılıb. İnsan hüquqları, demək olar ki, hər addımda pozulub və tapdalanıb. Polis tərəfindən etiraz mitinqlərində iştirak edənlərə qarşı xüsusi amansızlıq göstərilib. Mitinqlərdə həbs edilənlərin sayı 2014-cü illə müqayisədə 11 dəfə artıb. Mitinqlərdə hətta jurnalistlərə belə məhəl qoyulmayıb, onlar da həbs olunublar.
Dekabrın 6-da keçirilmiş və ölkə konstitusiyasına dəyişikliyi nəzərdə tutan referendum isə “demokratiyanın kulminasiyası”nı təşkil edib. Səsvermə yetərsay olmadan keçirilib, seçki məntəqələrində “karusel” metodundan istifadə olunub, səsvermənin nəticələri saxtalaşdırılıb. Başqa sözlə, Serj Sarkisyan öz kriminal rejiminin ömrünü uzatmaq üçün saxta referendumla “dövlət çevrilişi”ni həyata keçirib. Ölkənin konstitusiya quruluşunu dəyişib. Bundan sonra Ermənistanda prezident ümumxalq səsverməsi yolu ilə deyil, parlament tərəfindən seçiləcək. Hələ bu azmış kimi, ölkə prezidentinin əksər səlahiyyətləri referendumla baş nazirə həvalə edilib. Müharibə şəraitində ölkənin ali baş komandanı səlahiyyətləri də baş nazirə verilib. Prezident isə ölkədə simvolik səlahiyyətlərə sahib marionet bir fiqura çevrilib. Ölkə parlamentinə majoritar seçki sistemi ləğv edilib. Bütün bunlar isə Serj Sarkisyana 2017-ci ildə keçiriləcək parlament seçkilərində hakim partiyanın xeyrinə qələbə əldə etmək üçün hesablanmış addımlardır. Analitiklərin fikrincə, 2017-2018-ci illərdə Ermənistanda keçid hökuməti yaradılacaq ki, bunda da əsas məqsəd 2018-ci ildə prezident səlahiyyətlərini başa vurduqdan sonra Serj Sarkisyanı yenidən ölkədə ali hakimiyyətə - baş nazir postuna gətirməkdir.
Saytın yazdığına görə, yuxarıda sadalananlar Serj Sarkisyan rejiminin 2015-ci ildə Ermənistanda əldə etdiyi “uğurlar”ın heç də hamısı deyil. Bu siyahını yeni-yeni faktlarda daha da “zənginləşdirmək” olar.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48

