Ekspert: Neft spekulyantları üçün həqiqət anı başlayır
13.08.2015 [10:08]
Almaniyada çıxan “Deutsche Welle” nəşrində ekspert Andrey Qurkovun dünyada neftin qiymətlərinin dəyişmə dinamikası haqqında maraqlı məqaləsi dərc olunub. Məlum olduğu kimi, neft kotirovkaları prinsipcə yeni həddə yaxınlaşıb. İndi kotirovkalar ötən ilin bütün ikinci yarısı boyu davam edən və bu ilin yanvarında çökdüyü səviyyəyə yaxınlaşıb. Onda Avropanın “Brent” markası 46-47 dollar civarında idi. Sonra kotirovkalar artaraq may ayında 68 dollara çatdı və yenidən yavaş-yavaş enməyə başladı. Artıq avqustun 10-da hərraclar zamanı bir barrelin qiyməti azalaraq, 48 dollara düşdü. “Qara qızıl”ın başqa sortlarında da analoji trayektoriya müşahidə olundu.
Müəllif hesab edir ki, neft “birja malları üçün sözün əsl mənasında xrestomatik hərəkət edib”. Uzunsürən kəskin azalmadan sonra yetərincə güclü sıçrayış baş verib, sonra qiymətlər yenə də başlanğıc səviyyəyə qayıdıb. Neft fyuçersləri bazarında dolaşan çoxsaylı spekulyantlar üçün həqiqət anı başlayır. Başqa sözlə desək, yüksəlməyə, yoxsa azalmağa ümid bəsləmək məsələsi məhz indi həll olunmalıdır.
A.Qurkovun fikrincə, birja oyunçularını makroiqtisadi göstəricilər bir o qədər də maraqlandırmır: onlar cədvəlləri nəzərdən keçirir və əsasən texniki təhlili rəhbər tuturlar. Neft kotirovkaları cədvəlində isə bu mənzərə aydın görünür: bazar bir növ dibi test etməyə başlayır. “Brent”in qiyməti 46-49 dollar civarında sabitləşərsə, bu, dibin yetırincə möhkəm olduğunu göstərəcək, axı, yeddi ay ərzində enmə ikinci dəfədir ki, bu səviyyədə qərarlaşıb. Belə olan halda oyunçular adətən “ikiqat dib” fiqurundan danışır və yüksəlməyə üstünlük verirlər.
Ekspert əmindir ki, yaxın vaxtlarda neftin qiymətlərini azaltmağa yeni cəhdlər olacaq. Belə spekulyativ hücumlara makroiqtisadi faktorlar da açıq-aşkar kömək edir. Neft əvvəlki kimi boldur: nə Səudiyyə Ərəbistanı, nə OPEK-in başqa üzvləri, nə də Rusiya neft hasilatını azaltmayıb. İran isə hasilatı kəskin artırmağa hazırlaşır. Eyni zamanda ABŞ-da şist yataqları aşağı qiymətlərin öhdəsindən çoxlarının gözlədiyindən daha yaxşı gəlir.
Məqalə müəllifi yazır: “Ümumən vəziyyət spekulyantlar üçün neftin qiymətlərini ucuzlaşdırmağa cəhd baxımından çox cəlbedicidir. Başqa məsələ, müvəffəqiyyət qazanmaq üçün onların heç bir qarantiyası yoxdur. “İkiqat dib”in davamlı olacağı istisna deyil. Belə olan halda biz yaxın günlərdə neft kotirovkalarının yeni sıçrayışının və ola bilsin, 50-60 dollar diapazonunda sabitləşəcəyinin şahidi olacağıq. Qiymətlərin əhəmiyyətli dərəcədə artması üçün hələlik nə makroiqtisadi, nə də texniki səbəblər yoxdur”.
Xəbər lenti
Hamısına baxDünya
28 May 18:32
Dünya
28 May 17:27
Dünya
28 May 16:19
Sosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28

