ABŞ-da media azadlığı məhdudlaşdırılır
11.07.2014 [09:55]
Özünü “demokratiyanın beşiyi” hesab edən və müxtəlif dövlətlərə qarşı “demokratik” çağırışlar səsləndirən Amerika Birləşmiş Ştatlarında jurnalistlərin informasiya əldə etmələrinə, dövlət məmurlarının KİV nümayəndələri ilə təmasda olmasına ciddi maneələr yaradılır, media nümayəndələri təqib edilir və onlara qarşı açıq təzyiqlər göstərilir
Müasir dövrdə bir sıra hegemon güclər ayrı-ayrı ölkələrə təzyiq etmək üçün ən müxtəlif vasitələrdən istifadə edirlər. Bunların sırasında demokratiya, insan hüquq və azadlıqları kimi məsələlər xüsusi yer tutur. Xüsusilə də söz, fikir və özünüifadə azadlığı, medianın vəziyyəti və inkişaf göstəriciləri əsas təzyiq obyektinə çevrilir. Vaxtaşırı müxtəlif təşkilatlara hesabatlar hazırlanması tapşırılır və həmin sənədlərdə mətbuat azadlığı ilə bağlı ayrı-ayrı ölkələrə qarşı ittihamlar irəli sürülür. Ən əsası, qeyri-dəqiq mənbələrdən qərəzli məlumatlar alınır. Şübhəsiz, bütün bunlar isə ictimai şüurla manipulyasiyaya və ölkələrin beynəlxalq imicinə kölgə salmaq niyyətinə xidmət edir.
Belə ölkələrdən biri də dünya siyasətini öz məhdud transmilli maraqları və hegemonluq fəlsəfəsi əsasında idarə etməyə çalışan Amerika Birləşmiş Ştatlarıdır (ABŞ). Ümumiyyətlə, ABŞ-ın xarici siyasət kursunun səciyyəvi xüsusiyyətlərindən biri budur ki, bu ölkə tərəfindən müstəqil milli dövlətlərə qarşı təzyiq mexanizmi formalaşdırılıb. Yəni, suveren daxili və xarici siyasət həyata keçirən, Vaşinqtonun geostrateji tələblərinə məhəl qoymayan, öz milli maraqları əsasında hərəkət edən dövlətlərin Birləşmiş Ştatlar tərəfindən təzyiqə məruz qalması gözləniləndir, çünki qeyd etdiyimiz kimi, ABŞ-ın xarici siyasəti hegemonluq fəlsəfəsinə söykənir. Yuxarıda da vurğuladığımız kimi, Vaşinqton, xüsusilə “demokratiya” və “insan hüquqları” məsələləri ətrafında müxtəlif ölkələrə təsir və təzyiq etməyə çalışır. ABŞ-ın maraqlarına xidmət edən bu və ya digər təşkilatlarla yanaşı, hətta ayrı-ayrı dövlət qurumları da qərəzli hesabatlar hazırlayır. Məsələn, bir müddət öncə ABŞ Dövlət Departamentinin dünyada insan hüquqlarının vəziyyətinə dair illik hesabatında yenə də subyektiv və qərəzli məlumatlar yer almışdı. İlk növbədə, qeyd etmək lazımdır ki, hesabatın hazırlanmasında dəqiq informasiya mənbəyindən istifadə olunmamışdı. Müxtəlif ölkələrə qarşı dərc edilmiş “qara piar” xarakterli, qərəzli məlumatların əsas informasiya mənbəyi kimi götürülməsi Dövlət Departamentinin hansı məqsədlərə xidmət etməsini göstərmişdi.
Bu məqamda qeyd edək ki, insan hüquq və azadlıqlarını, əsas etibarilə də mətbuat azadlığını əldə bayraq edən ABŞ-ın özündə bu istiqamətdə çox ciddi problemlər var. Söz və fikir azadlığına zidd olaraq media nümayəndələrinin təbiq edilməsi, bir çox hallarda onlara təzyiqlərin göstərilməsi bu gün ABŞ mediasının əsas gündəm mövzularından birini təşkil edir. Yeri gəlmişkən, ABŞ-ın peşəkar jurnalist təşkilatları Barak Obama administrasiyasını informasiyaların yayılmasını məhdudlaşdırmağa yönəlmiş səylərə görə ciddi tənqid ediblər. 38 müxtəlif KİV tərəfindən imzalanmış və ölkə rəhbərinə ünvanlanan məktubda qeyd olunur ki, prezident seçkisi öncəsi B.Obamanın medianın açıq və şəffaf fəaliyyət göstərməsi üçün bütün şəaitin təmin olunacağını vəd verməsinə baxmayaraq, ABŞ hakimiyyətinin jurnalistlərin informasiya əldə edilməsinə qarşı yönəlmiş səyləri artıq kritik həddə çatıb.
Məsələn, “Vaşinqton Examimer” yazır ki, KİV-in şəffaf və açıq şəkildə fəaliyyət göstərməsinə münbit şərait yaratmaq əvəzinə, ABŞ prezidenti “maraqlı şəxslər”in, eləcə də külli miqdarda maliyyə vəsaitinə sahib olan şəxslərin mənafelərini müdafiə edən qrupların lobbiləşdirilməsi üçün geniş şərait yaradır.
Məktubu imzalayan amerikalı jurnalistlər, həmçinin, dövlət məmurlarının KİV nümayəndələri ilə təmasda olmasına ABŞ hökuməti tərəfindən qadağa qoyulmasından da şikayətlənirlər. Bundan əlavə, media nümayəndələri təsdiq edirlər ki, onların hökumətə ünvanladıqları suallar əksər hallarda cavabsız qalır, hökumətin fəaliyyətini daha çox tənqid edən jurnalistlər isə “qara siyahı”ya daxil edilirlər.
Beləliklə, bu hal öz növbəsində bir sıra gerçəklikləri növbəti dəfə əks etdirib. Əvvəla bu fakt, ilk növbədə, ona dəlalət edir ki, özünü “demokratiya”nın beşiyi hesab edən və müxtəlif dövlətlərə qarşı “demokratik” çağırışlar səsləndirən Amerika Birləşmiş Ştatlarında ciddi illeqal hallara yol verilir, insan hüquq və azadlıqları kontekstində ciddi hüquq pozuntuları baş verir. Lakin hər hansı bir ölkədə qanunlara müvafiq olaraq ictimai asayişin qorunması istiqamətində görülən tədbirləri, eyni zamanda, qanunamüvafiq halları ciddi tənqid və qınaq obyektinə çevirirlər. Dolayısıyla, sadalananlar ABŞ “demokratiyası”nın gerçək mahiyyətini aşkar edir.
NURLAN
Xəbər lenti
Hamısına baxAnalitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10

