İşğalçı ölkədə vəziyyət çıxılmaz həddə çatıb
13.03.2014 [14:33]
Qrant Baqratyan: Son 6 ildə Ermənistan tamamilə xarici şirkətlərə satılıb, korrupsiya hakimiyyətin ən yüksək pilləsinə qədər gedib çıxıb
İşğalçı Ermənistanda vəziyyət gün keçdikcə daha da pisləşir. Bu isə ermənilərin bu ölkəni tərk etməsini daha da sürətləndirir. Bunu aparılan araşdırmalar da təsdiqləyir. Məsələn, araşdırmalar göstərir ki, işğalçı ölkədəki miqrantların sayı yerli əhalinin sayından çoxdur və Ermənistan bu göstəricisinə görə dünyada yeganə ölkədir. Ermənistanın dövlət məmurları isə statistik məlumatları təhrif edir, işğalçı ölkədən köçənlərin sayını ictimaiyyətdən gizlətməyə çalışaraq, guya bu adamların mövsümü işlərlə əlaqədar işğalçı ölkəni müvəqqəti tərk etmələri barədə həqiqətdən tamamilə uzaq fikirlər söyləyirlər. Lakin Qayane Mkrtçyan adlı müəllif Fransada fəaliyyət göstərən erməni lobbisinin vəsaiti hesabına Parisdə nəşr olunan “Ermənistan xəbərləri” qəzetində dərc edilən məqaləsində qeyd edib ki, ölkəni kütləvi surətdə tərk edənlərlə bağlı dövlət statistika idarəsinin verdiyi məlumatlar həqiqətə uyğun deyil. Belə ki, rəsmi statistik məlumata görə, 2013-cü ildə 1452085 erməni ölkəyə daxil olub, 1494086 nəfər isə Ermənistanı tərk edib. Rəqəmləri müqayisə etsək, fərqin 42001 olduğunu aydın görərik. Buradan belə nəticə çıxır ki, 2013-cü ildə 42001 erməni ölkəni birdəfəlik tərk edib. 2012-ci ildə isə Ermənistandan gedənlərin sayı 49660 nəfər təşkil edib. Lakin Ermənistan-Gürcüstan sərhəddini keçən ermənilərin sayını hesabladıqda statistik məlumatın düzgün olmadığı üzə çıxır. Belə ki, 2012-ci ildə Baqrataşene sərhəd-keçid məntəqəsindən 21144 erməni ölkəni tərk etdiyi halda, 2013-cü ildə onların sayı 39726 nəfərə çatıb. Bavre sərhəd-keçid məntəqəsindən isə, 2012-ci ildə 8288 erməni doğma vətənini tərk edibsə, 2013-cü ildə bu rəqəm 13 min olub. Burada yalnız avtobusla 2 keçid məntəqəsindən ölkəni tərk edənlərin sayı diqqətə çatdırılıb. Hava yolları və digər vasitələrlə Ermənistandan baş götürüb gedənlər nəzərə alınmayıb.
Demoqraf Ruben Yeqenyan etiraf edib ki, vətəndaşların əksəriyyəti ölkədəki əxlaqi və psixoloji vəziyyətdən narazıdır. Bu cür acınacaqlı vəziyyətin yaxşılaşdırılması istiqamətində isə heç bir addım atılmır və insanların olduqca ağır sosial vəziyyətdə yaşamaları dövlət rəsmilərini qətiyyən narahat etmir.
Beləliklə, inkişaf göstəriciləri baxımından MDB məkanında son pillələrdə yer alan Ermənistanın sosial-iqtisadi sahədə üzləşdiyi ən mühüm məsələ sayılan miqrasiyanın miqyasını genişləndirən səbəblər arasında işsizlik, korrupsiya və rüşvətxorluq, məmur özbaşınalığı, inhisarçılıq və digər sosial-ictimai problemlərin böyük rolu var. Bu günlərdə, Ermənistan parlamentinin deputatı Qrant Baqratyanın sosial şəbəkələrin birində bu barədə yazdığı fikirlər isə xüsusilə maraq doğurub. “Armenia today” yazır ki, müzakirə mövzusuna çevrilən bu fikirlər Ermənistanın vəziyyətinin çıxılmaz olduğunu sübut edir. Ermənistan KİV-i qeyd edir ki, əslində ölkədə korrupsiyanın hökm sürməsi, əhalinin səfalət içərisində yaşaması və milli şirkətlərin xaricilərə satılması heç də yeni xəbər deyil. Yeni olan odur ki, prezident tərəfindən ələ alınmış deputat bu mənfi hallar barəsində açıq danışmağa başlayıb ki, bu da Ermənistanın vəziyyətinin milli fəlakət dərəcəsində olduğunu göstərir.
Əlavə edək ki, sözügedən şəxs son 6 ildə Ermənistanın tamamilə xarici şirkətlərə satıldığını, korrupsiyanın hakimiyyətin ən yüksək pilləsinə qədər gedib çıxdığını yazıb. Onun sözlərinə görə, Prezident Serj Sarkisyan isə nəinki bunun qarşısını almağa çalışmır, əksinə, korrupsiyanı daha da genişləndirir.
SEVİNC
Xəbər lenti
Hamısına baxAnalitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16

