Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Almaniya G20 ölkələri arasında elektrik enerjisinin ən baha olduğu ölkədir

Almaniya G20 ölkələri arasında elektrik enerjisinin ən baha olduğu ölkədir

31.08.2026 [14:23]

Almaniya G20 ölkələri arasında elektrik enerjisinin ən yüksək qiymətə satıldığı ölkədir.

AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, aparılan təhlilərə əsasən, Almaniyada 1 kilovatsaat elektrik enerjisinin qiyməti 35,6 sent təşkil edir. Siyahıda İtaliya 34,5 sentlə ikinci, Böyük Britaniya isə 32,4 sentlə üçüncü yerdə qərarlaşıb. G20 ölkələri üzrə orta qiymət 16,3 sentdir. Beləliklə, Almaniyada elektrik enerjisi orta göstəricidən iki dəfədən çox bahadır. Fransada bu göstərici 23,3, ABŞ-da isə 18,3 sent təşkil edir.

Təhlili aparan “Verivox” müqayisə portalı yüksək qiymətlərin əsas səbəblərindən birinin vergilər, rüsumlar və şəbəkə haqlarının yükünün çox olması ilə əsaslandırıb. Məlumata görə, Almaniyada elektrik enerjisinin qiymətinin 60 faizindən çoxunu məhz bu ödənişlər təşkil edir.

İqtisadi birliklər və siyasətçilər isə hökumətin elektrik vergisinin azaldılması istiqamətində tədbirlər görməsinin vacibliyini bildirirlər.

Paylaş:
Baxılıb: 412 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

Analitik

Sosial

Sosial

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31