Ermənistanı yeni etiraz dalğası gözləyir
15.02.2014 [10:50]
İşğalçı ölkənin əhalisi forpost dövlətdə yaşamaqdan, sosial, iqtisadi problemlərdən bezib
Məlum olduğu kimi, işğalçı Ermənistanda ictimai həyatın bütün sahələrində problemlərin getdikcə dərinləşməsi özünü aydın göstərir, insanların narazılığını artıran hallar çoxalır. Məsələn, bu günlərdə Ermənistan ordusunun daha bir hərbçisi xəstəlikdən ölüb. Bu isə son zamanlar Ermənistan ordusunda xəstəlik səbəbindən qeydə alınan üçüncü ölüm hadisəsidir. Yaranmış vəziyyət bu ölkə ictimaiyyətinin ordudakı şəraitdən narazılığını bir qədər də artırıb, işğalçı ölkənin müdafiə nazirliyinin rəsmisi isə yerli KİV-i bu cür hadisələr ətrafında spekulyasiya yaratmaqda ittiham edib.
İşğalçı ölkənin təkcə hərbi deyil, iqtisadi və maliyyə sektorundakı bərbad vəziyyət də daxili gərginliyi artırmaqdadır. Belə ki, ölkənin milli valyutası olan erməni dramı tədricən dəyərdən düşür, iqtisadiyyatın “dollarlaşması” genişlənir, Ermənistandan kənara kapitalın çıxarılması artır. Erməni ekspertlər vəziyyət belə davam edərsə, ölkənin öz valyutasını və bununla da suverenliyini itirəcəyini bildirirlər.
Lakin Ermənistan əhalisi ölkənin suverenliyinin mühüm hissəsini faktiki olaraq çoxdan itirdiyini anlayır. Ermənistan mətbuatında gedən yazılardan da görünür ki, ermənilər forpost ölkənin vətəndaşı olmaqdan beziblər. Ölkənin xaricdən asılılığının güclənməsi Sarkisyan rejiminə qarşı qəzəbi daha da artırır. Ekspert Naira Ayrumyan “lragir.am” saytındakı yazısında bildirir ki, Ermənistanın siyasi işğalının başa çatmasına baxmayaraq, Rusiya öz “tərəfdaşının”, daha doğrusu, “peykinin” güclənməsinə şans vermək istəmir: “Moskva başa düşür ki, hətta blokadanın az da olsa, yarılması Ermənistanın Rusiya məkanından çıxmasına gətirib çıxaracaq. Rusiyaya Ermənistanın tamamilə küncə sıxışması və hətta manevr imkanından da məhrum olması lazımdır”.
Onun sözlərinə görə, Ermənistandakı siyasi dairələr regionla bağlı geosiyasi qiymətləndirmələrdən yayınır və hakimiyyətin hazırkı kursuna alternativ təklif etmirlər. Ermənistan hakimiyyətinin “Rusiya maraqlarının distribüteri olması” barədə yalnız sosial şəbəkələrdə açıq danışılır. Ayrumyanın fikrincə, daxili siyasi çevrələr hakimiyyətə lazımi təzyiqi göstərmir: “Belə olan halda, Ermənistan hakimiyyətinin öz siyasətini, daha doğrusu, onun yoxluğunu yenidən nəzərdən keçirməyə heç bir stimulu yaranmır”.
Bununla yanaşı, Ermənistanda demək olar ki, il boyu davam edən etiraz mitinqlərinin mart ayının 1-dən növbəti dalğasının başlayacağı gözlənilir. Bu ərəfədə, hakim Respublikaçılar partiyasının gənclər qolu müxalifəti güc tətbiq etməklə əzmək yolunu tutub. Belə ki, təşkilatın üzvləri hakimiyyət əleyhinə müxtəlif tipli aksiyaları keçirənlərlə mübarizə aparmaq missiyasını üzərinə götürüb. Artıq bununla bağlı respublikaçı gənclərlə Erməni Milli Konqresinin üzvləri arasında əlbəyaxa dava da yaşanıb.
“lragir.am” saytının yazdığına görə, hakimiyyəti təhqir edən vərəqələrin yayılması nəticəsində meydana çıxan insidentdən sonra hakim partiyanın gənclər təşkilatlarından birinin rəhbəri Karen Avakyan belə hallara qarşı mübarizənin davam etdiriləcəyini bildirib. Vəziyyəti təhlil edən saytın şərhçisi Akop Badalyan qeyd edir ki, əgər kimsə doğrudan da təhqirə məruz qalıbsa, bu məsələni məhkəmə aydınlaşdırmalıdır. Onun fikrincə, bu, onu göstərir ki, Respublikaçılar partiyasının gəncləri “linçləmə” elan ediblər və bunun üçün yaradılmış xüsusi “gənclər bölmələri” bu və ya digər siyasi subyektin fəaliyyətinin qanunlara uyğunluğunu müəyyənləşdirmək haqqını özlərində görürlər: “Karen Avakyanın sözlərini başqa cür izah etmək çətindir. Əgər ölkədə polis olsa idi, onu bölməyə çağırıb izahat tələb edərdilər. Lakin Ermənistanda polis yoxdur...”.
Beləliklə, qeyd olunanlar Ermənistanda hakimiyyətsizliyin, qanunsuzluğun yüksək həddə çatdığını göstərir.
H.MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxMüsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34

