Türkiyənin İğdır və digər vilayətlərində humanitar minatəmizləmə işləri davam edir
05.04.2026 [08:51]
2015-ci ildən bəri Türkiyədə 56 milyon kvadratmetrə qədər ərazidə ümumilikdə 228 minə yaxın mina təmizlənib. Minatəmizləmə işləri Türkiyə Milli Müdafiə Nazirliyinin nəzdindəki Milli Minatəmizləmə Mərkəzi (MAFAM) tərəfindən əlaqələndirilir.
AZƏRTAC xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi bu məlumatı aprelin 4-də qeyd olunan Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü münasibətilə açıqlayıb.
Nazirlik qeyd edib ki, piyadaəleyhinə minalar Türkiyədə ilk dəfə 1956-cı ildə Türkiyə-Suriya sərhədi boyunca qaçaqmalçılığın qarşısını almaq üçün, 1993-cü ildən 1997-ci ilə qədər isə terrorizm təhlükəsi fonunda şərqi və cənub-şərqi Anadoluda hərbi zonaların və dövlət sərhədinin təhlükəsizliyini təmin etmək məqsədilə istifadə olunub. Nazirlik bildirib: “Son illər uğurlu antiterror əməliyyatları fonunda humanitar minatəmizləmə işləri intensivləşib və Türkiyənin bir sıra vilayətlərində kənd təsərrüfatı və heyvandarlıq inkişaf edib”.
Türkiyə Milli Müdafiə Nazirliyi qeyd edib ki, onun və Daxili İşlər Nazirliyinin himayəsi altında olan minatəmizləmə bölmələri hazırda İğdır, Tunceli, Şırnak, Şanlıurfa, Kilis və Hatayda humanitar minatəmizləmə əməliyyatlarını davam etdirir.
Dost və müttəfiq ölkələrlə hərbi əməkdaşlıq müqavilələrinin bir hissəsi olaraq, Azərbaycana göndərilən türk mütəxəssisləri 2020-ci il dekabrın 11-dən bəri Ağdam, Cəbrayıl, Hadrut və Laçında təlimlərə dəstək verirlər.
Bundan əlavə, türk mütəxəssisləri Suriya, Liviya, Litva, Ukrayna, Nigeriya və Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasına (ASEAN) üzv dövlətlərin nümayəndələri ilə minatəmizləmə sahəsində əməkdaşlıq edirlər.
Nazirlik, həmçinin davam edən Rusiya-Ukrayna müharibəsi fonunda Qara dənizdə istifadə edilən dəniz minaları təhlükəsini də aradan qaldırıb. “Türkiyə Hərbi Dəniz Qüvvələrinin Naviqasiya, Hidroqrafiya və Okeanoqrafiya Departamentinin gündəlik məlumatların təhlili əsasında sualtı minaların ehtimal olunan marşrutları müəyyən edilir və onların mövcudluğuna dair gecə-gündüz monitorinq aparılır”, - deyə açıqlamada bildirilir.
“Qara dənizin Türkiyə sektorunda ümumilikdə 275 şübhəli obyekt aşkar edilib ki, bunlardan 10-u mina, 8-i kamikadze dron və 11-i pilotsuz qayıq kimi müəyyən edilib. Müəyyən edilmiş obyektlər uğurla məhv edilib”, - deyə Türkiyə Milli Müdafiə Nazirliyi qeyd edib.
Dəniz nəqliyyatı marşrutlarının təhlükəsizliyini təmin etmək üçün girişdə daim ən azı iki hərbi gəminin yerləşdiyi Bosforda təhlükəsizliyə xüsusi diqqət yetirilir.
Xəbər lenti
Hamısına baxAnalitik
31 İyul 11:15
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Dünya
31 İyul 10:19
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Gündəm
31 İyul 09:37
Gündəm
31 İyul 09:25
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41

