Cənubi Koreya avtomobil qadağası özəl sektora da şamil oluna bilər
29.03.2026 [19:22]
Əgər dünya bazarında xam neftin bir barelinin qiyməti 120 ABŞ dollarına çatarsa, Cənubi Koreyada dövlət avtomobillərinin istifadəsinə tətbiq olunan məhdudiyyət özəl sektora da şamil ediləcək.
AZƏRTAC xəbər verir ki, bunu Cənubi Koreyanın maliyyə naziri Koo Yun Çol Yaxın Şərqdəki gərginliyin ölkəsində yanacaq təchizatına yaratdığı çətinliklərə cavab olaraq hökumətin görəcəyi tədbirlərdən danışarkən deyib.
"Əgər vəziyyət pisləşərsə, milli resurs böhranı xəbərdarlığını 3-cü səviyyəyə qaldırmalı ola bilərik. Bu halda nəqliyyat vasitələrinin rotasiya sistemini özəl sektora da şamil edə bilərik”, - deyə nazir KBS televiziyasına müsahibədə bildirib. Koo Yun Çol qeyd edib ki, neft qiymətlərinin 120-130 dollara qədər yüksəlişi milli resurs böhranı xəbərdarlığının səviyyəsini bir pillə qaldırmağa səbəb ola bilər.
Qeyd edək ki, Cənubi Koreyada enerjiyə qənaət məqsədilə martın 25-dən dövlət qurumlarının avtomobilləri üçün məcburi beşgünlük rotasiya sisteminin tətbiqinə başlanılıb. Bu sistemə əsasən avtomobillər dövlət nömrə nişanlarının son rəqəminə görə 5 qrupa bölünür və hər qrup üzrə avtomobillərin müəyyən edilmiş iş günündə istifadəsi qadağan edilir. Rotasiya sisteminə əməl etməyən dövlət qurumlarına qarşı cəzalar tətbiq olunur. Elektromobilllər və hidrogenli nəqliyyat vasitələri bu cür məhdudiyyətlərdən azaddır. İqlim, Enerji və Ətraf Mühit Nazirliyinin hesablamalarına görə, rotasiya sistemi təxminən 1,5 milyon nəqliyyat vasitəsini əhatə edir və hər gün orta hesabla 3 min barel xam neftə qənaət etməyə imkan verir.
Cənubi Koreyanın gündəlik xam neft istehlakı təxminən 2,8 milyon barel təşkil edir ki, bunun da təxminən yarısı nəqliyyat üçün istifadə olunur. Cənubi Koreya sonuncu dəfə Körfəz müharibəsinin yaratdığı neft təchizatı böhranına cavab olaraq 1991-ci ildə özəl sektor üçün nəqliyyat vasitələrinin məcburi rotasiya sistemini tətbiq edib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25

