Novruz və Ramazan bayramı günlərində tibbi xidmət gücləndirilmiş rejimdə təşkil olunacaq
18.03.2026 [18:12]
Qarşıdan gələn Novruz və Ramazan bayramı günlərində əhalinin tibbi xidmətlərə fasiləsiz çıxışının təmin edilməsi məqsədilə martın 20–27-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin stansiyaları və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində xüsusi hazırlıq planı həyata keçirilir. Qeyri-iş günlərində xidməti nəzarətdə saxlamaq üçün məsul şəxslərdən ibarət növbətçilik yaradılacaq, həkim briqadalarının sayı xidməti ştata uyğun təşkil olunacaq.
Bu barədə AZƏRTAC-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Novruz bayramı ilə əlaqədar həm xarici ölkələrdən, həm də bölgələrdən xüsusilə Bakı şəhərinə gələn qonaqların sayında artım müşahidə olunduğu üçün təchizat və təminat buna uyğun təşkil ediləcək.
Bakı şəhərində 150, 63 region üzrə isə 280-ə yaxın təcili tibbi yardım briqadası xidmətə hazır vəziyyətə gətirilib. Onlar tibbi ləvazimatlarla, eləcə də dərman preparatları və s. ilə tam təmin olunub.
Bayram günlərində xəstəxanaların qəbul-təcili yardım şöbələri, reanimasiya və intensiv terapiya bölmələri gücləndirilmiş növbətçilik sistemi əsasında fəaliyyət göstərəcək. Təxirəsalınmaz tibbi yardım çərçivəsində cərrahiyyə, travmatologiya, kardiologiya, nevrologiya, pediatriya, həmçinin mamalıq-ginekologiya üzrə ixtisaslı xidmətlərin fasiləsiz təşkili təmin ediləcək.
Eyni zamanda, laborator və radioloji diaqnostika xidmətləri təcili müraciətlərin operativ qiymətləndirilməsi üçün hazır vəziyyətdə saxlanılacaq.
Bayram günlərində paytaxt əhalisinin regionlara səfərlərinin artması, kütləvi tədbirlərin təşkili, eləcə də yol-nəqliyyat hadisələrinin sayında mümkün artım nəzərə alınaraq, tibb müəssisələrində əlavə hazırlıq tədbirləri görülüb. Təcili tibbi yardım briqadalarının sayı artırılıb, regionlar üzrə koordinasiya gücləndirilib və ehtiyat tibbi resurslar hazır vəziyyətə gətirilib.
Həmçinin kütləvi tədbirlərin keçirildiyi ərazilərdə və intensiv hərəkət müşahidə olunan istiqamətlərdə operativ tibbi müdaxilə imkanlarının genişləndirilməsi üçün aidiyyəti qurumlarla birgə fəaliyyət təmin edilir.
Bayram günləri ərzində ixtisaslı tibbi xidmətlərin fasiləsiz və operativ təşkili aidiyyəti struktur bölmələr tərəfindən daim nəzarətdə saxlanılacaq.
Qeyd edək ki, altıgünlük iş rejimi tətbiq olunan tibb müəssisələrində fəaliyyət 28 mart tarixindən etibarən bərpa ediləcək.
Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Novruz və Ramazan bayramları ilə əlaqədar martın 20-dən 31-dək qeyri-iş günü olacaq.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10

