İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir
18.12.2025 [12:23]
İsveç hökuməti 2026-cı ildə keçiriləcək parlament seçkiləri ilə bağlı Seçki İdarəsinin reklamlarının “Facebook” və “Instagram” platformalarında bloklanması ilə bağlı “Meta” şirkətindən izahat tələb edib.
AZƏRTAC xəbər verir ki, İsveçin mədəniyyət naziri Parisa Lilyestrand şirkət nümayəndələri ilə görüş keçirərək hökumətin bu qərara şübhə ilə yanaşdığını bildirib. Onun sözlərinə görə, sözügedən addım seçkilər ərəfəsində dövlət qurumlarının vətəndaşları məlumatlandırmaq imkanlarını məhdudlaşdırır.
Seçki İdarəsi “Meta”nın bu addımını kəskin tənqid edərək onu demokratik proses üçün ciddi təhlükə adlandırıb. Qeyd olunub ki, indiyədək sosial şəbəkələr seçkilərin keçirilmə qaydaları ilə bağlı məlumatların yayılması üçün əsas kanallardan biri olub.
Qeyd edilib ki, oktyabr ayından etibarən Avropa İttifaqına üzv olan bütün ölkələrdə siyasi mövzuda olan reklamla bağlı yeni qaydalar qüvvəyə minib. Həmin qaydalar maliyyələşmə mənbələri və sifarişçilər barədə şəffaflığın təmin edilməsini nəzərdə tutur. Bu çərçivədə “Meta” və “Google” siyasi reklamların yerləşdirilməsini tamamilə dayandırıb. Lakin “Meta” bununla kifayətlənməyərək dövlət qurumlarına məxsus elanları da bloklayıb. Mədəniyyət nazirinin sözlərinə görə, şirkət bu qərarı müstəqil şəkildə qəbul edib və Aİ-nin müvafiq tənzimləmələri bu cür məlumatlara şamil edilmir.
“Meta” öz mövqeyini Avropa İttifaqı qanunvericiliyinin tətbiqində hüquqi qeyri-müəyyənlik və çətinliklərlə izah edir. Tərəflər məsələ üzrə müzakirələrin Yeni ildən sonra davam etdirilməsi barədə razılığa gəliblər.
Qeyd edək ki, yeni qaydalar Avropa ölkələrində seçkilərə mümkün xarici müdaxilələrlə bağlı narahatlıqlar fonunda hazırlanıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

