Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Antonio Tayani: Avropa İttifaqında güclü lider çatışmır

Antonio Tayani: Avropa İttifaqında güclü lider çatışmır

08.12.2025 [20:49]

Avropa İttifaqında güclü lider çatışmır və Brüssel hazırda digər iri oyunçularla bərabər səviyyədə dura bilməz.

AZƏRTAC xəbər verir ki, İtaliyanın xarici işlər naziri və Baş nazirin müavini Antonio Tayani bu barədə “Corriere della Sera” qəzetinə müsahibəsində deyib. “Bizim bacarıqlı milli liderlərimiz olsa da, Alçide De Qasperi (İtaliyanın 1945-ci ildən 1953-cü ilə qədər Baş naziri), Helmut Kol (Almaniyanın sabiq kansleri) və ya Fransua Mitteran (Fransanın keçmiş Prezidenti) kimi şəxsiyyətlərimiz yoxdur”, - deyə Antonio Tayani bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqında bürokratik deyil, daha çox siyasi birlik olmalıdır. İtaliyanın xarici işlər naziri, həmçinin Avropa Komissiyası və Avropa Şurası rəhbərlərinin rollarının birləşdirilməsini və həmin vəzifəyə namizədin vətəndaşlar tərəfindən seçilməsini təklif edib.

Paylaş:
Baxılıb: 784 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30