Mərkəzi Seçki Komissiyası: Moldovada parlament seçkiləri baş tutmuş hesab olunur
29.09.2025 [09:54]
Moldovada parlament seçkiləri baş tutmuş hesab olunur. Səsvermədə 1 milyondan çox vətəndaş iştirak edib ki, bu da seçici siyahılarında qeydiyyata alınmış ümumi seçicilərin üçdəbirinə bərabərdir.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, Seçicilərin Dövlət Reyestrində 3 299 396 səsvermə hüququ olan vətəndaş qeydiyyatdan keçib. Saat 14:30-a olan məlumata görə, iştirak göstəricisi seçicilərin ümumi sayının üçdəbirini təşkil edib. Parlament seçkilərinin baş tutmuş hesab olunması üçün minimum 33,3 faiz seçicinin iştirak etməsi tələb olunur.
Seçkilərin nəticəsinə əsasən, Moldova Respublikasının XII çağırış parlamentinin 101 deputatı seçiləcək. Səsvermə prosesi saat 07:00-da başlayıb və 21:00-da (Bakı vaxtı ilə 22.00) başa çatıb.
Vətəndaşlar ölkə daxilində və xaricdə açılmış 2 274 seçki məntəqəsində səs verə bilərlər. Ümumilikdə seçki məntəqələrində seçki sistemi üzrə 24 mindən çox əməkdaş fəaliyyət göstərir.
Parlament seçkiləri üçün MSK 2 772 255-dən artıq bülleten çap edib. Onların 2 117 039-u rumın dilində, 649 573-ü rus dilində, 3 400-ü qaqauz, 1 827-si bolqar, 416-sı isə roman dilindədir.
Seçkiləri 3 423 müşahidəçi izləyir. Onların 2 496-sı milli müşahidəçidir və ölkənin səkkiz ictimai assosiasiyasını təmsil edir. Əksər müşahidəçilər Promo-LEX Assosiasiyasının və Moldova Hüquqşünaslar İttifaqının müraciəti əsasında akkreditə olunub. Eyni zamanda, MSK 912 beynəlxalq müşahidəçini akkreditə edib.
Seçki yarışında ümumilikdə 32 müraciətdən 23-ü qeydiyyata alınıb: 15 siyasi partiya, dörd seçki bloku və dörd müstəqil namizəd.
Moldova Respublikasının Konstitusiyasına görə, parlament ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və azad səsvermə yolu ilə dörd il müddətinə seçilir. Parlament seçkiləri proporsional sistem üzrə, vahid ümummilli dairə üzrə və bir turda keçirilir. 101 mandatın bölgüsündə yalnız seçki baryerini aşan namizədlər iştirak edə bilər. Bu baryer siyasi partiyalar üçün 5 faiz, bloklar üçün 7 faiz, müstəqil namizədlər üçün isə 2 faiz müəyyən edilib.
Xəbər lenti
Hamısına baxAnalitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54

