İtaliyanın Baş naziri qadınları təhqir edən internet saytından iyrəndiyini bildirib
29.08.2025 [21:18]
İtaliyanın Baş naziri Ciorcia Meloni cümə günü qadınların, o cümlədən özünün şəkillərini icazəsiz dərc edən böyüklər üçün internet saytından qəzəbləndiyini bildirib.
AZƏRTAC “Corriere della Sera” qəzetinə istinadla xəbər verir ki, Baş nazir vulqar italyan jarqon termini ilə eyni adı daşıyan “phica.eu” saytının geniş qınaq və hüquqi şikayətlərdən sonra cümə axşamı günü ləğv edildiyini deyib. Ciorcia Meloni əlavə edib: “Mən baş verənlərdən iyrənirəm və bu forumun idarəçiləri, onun “istifadəçiləri” tərəfindən incidilmiş, təhqir edilmiş və intim münasibəti pozulmuş bütün qadınlarla həmrəyliyimi və yaxınlığımı bildirmək istəyirəm”.
Bu internet saytı 2005-ci ildən fəaliyyət göstərirdi və 200 mindən çox qeydiyyatdan keçmiş üzvü var idi, lakin bu həftə qadınlarının onlayn sui-istifadəsi ilə bağlı nalayiq hadisədən sonra sərt media və siyasi araşdırmaya məruz qalıb. Bu ayın əvvəlində “Facebook” müəllif və ictimai fəal Karolina Kaprianın təşəbbüsü ilə artan şikayət dalğasından sonra istifadəçilərin qadınların intim fotolarını onların razılığı olmadan paylaşdığı “Mia Moglie” (“Mənim arvadım”) qrupunu ləğv edib. Bu qrupun 32 mindən çox üzvü var idi.
“Facebook” şəbəkəsinin ana şirkəti “Meta”nın sözçüsü onun bağlandığını elan edib və qrupun bu platformanın siyasətini pozduğunu bildirib.
Ciorcia Meloni deyib: “2025-ci ildə hələ də qadın ləyaqətini tapdalamağı, onu vulqar təhqir obyektinə çevirməyi, anonimlik və ya klaviatura arxasında gizlənməyi normal və qanuni hesab edənlərin olduğunu görmək çox üzücüdür”.
2022-ci ildən vəzifədə olan 48 yaşlı Meloni İtaliyanın ilk qadın Baş naziridir.
İtalyan hökumətinin üzü Evgeniya Rossella qadın hüquqları müdafiəçilərinin və qanunvericilərin çağırışlarına qulaq asaraq bildirib ki, Nazirlər Kabineti qadınların hüquqlarını qorumaq üçün daha güclü onlayn müdafiə və mədəni islahatlar paketi üzərində işləyir.
Bağlanılan nalayiq sayt Meloni ilə yanaşı, müxalifət lideri Elli Şlein, ictimai fəal Çiara Ferrani və Aİ qanunvericisi Alessandra Morettinin də şəkillərini dərc edib. Onlar bununla bağlı məhkəmə iddiası qaldırıb və saytın administratoruna qarşı cinayət işi açılıb.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39

