İran-BAEA münasibətləri bərpa olunacaqmı?
07.08.2025 [10:59]
İran İslam Respublikası Beynəlxalq Atom Enerji Agentliyi ilə əlaqələri yenidən bərpa edə bilər. Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai Tehranda keçirdiyi mətbuat konfransında İran və BAEA arasında bundan sonrakı münasibətlər ilə bağlı məsələlərə aydınlıq gətirib. Bəqai qeyd edib ki, hazırda İranda heç bir beynəlxalq nüvə müfəttişi fəaliyyət göstərmir, lakin o, BAEA-nın direktorunun müavini Massimo Aparonun Tehrana yaxın on gün ərzində səfərinin baş tutacağını jurnalistlərin diqqətinə çatdırıb. Onun sözlərinə görə, BAEA-nin rəsmisi ilə görüşdən sonra İranın beynəlxalq qurum ilə münasibətlərinin yenidən bərqərar olunması ilə bağlı müəyyən addımlar nəzərdən keçirilə bilər. İran XİN-in rəsmisi Tehranın Qərb dövlətləri ilə nüvə proqramına dair danışıqlarda güzəştə gedib-getməyəcəyi ilə bağlı suallar? cavablandırarkən bildirib ki, İranın müdafiə imkanları danışıqlarda heç vaxt müzakirə mövzusu olmayacaq. Xatırladaq ki, iyunun 24-də İran parlamentinin müvafiq komitəsi Beynəlxalq Atom Enerji Agentliyi ilə əməkdaşlığın dayandırılması barədə qanun qəbul edib. İran hakimiyyəti bunun səbəbini BAEA-nın İsrail və ABŞ-ın 12 gün ərzində İrandakı nüvə obyektlərinə raket hücumlarına heç bir ciddi reaksiya verməməsi ilə əlaqələndirib.
Münasibətlər yenidən bərpa oluna bilər, amma...
Məsələ ilə bağlı politoloq Asif Nərimanlı “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, bunun üçün ilk növbədə Qərb və İran ortaq məxrəcə gəlməlidir: “İran ilə BAEA arasında münasibətlərin bərpası ABŞ-ın Tehranın nüvə proqramına mövqeyinin dəyişməsindən, o cümlədən Avropa İttifaqının, xüsusilə də Avropanın 3 aparıcı ölkəsi - Britaniya, Fransa və Almaniyanın bu prosesdə güc balansına nə dərəcədə təsir edəcəyindən asılıdır. On iki günlük İsrail-İran müharibəsindən sonra Tehran BAEA ilə danışıqları faktiki olaraq dayandırıb. BAEA də İranın nüvə proqramı ilə bağlı mövqeyini dəyişib, belə demək mümkünsə, agentliyin İrana irəli sürdüyü tələblər Vaşinqtonun tələbləri ilə üst-üstə düşür. Yəni, İranın nüvə proqramı ləğv edilməlidir və bu proqram birbaşa nəzarətə götürülməlidir. Tehran isə bunu qəbul etmir. İsrail və ABŞ Hərbi Hava Qüvvələrinin raket zərbələri nəticəsində İranın nüvə obyektləri ciddi zərər görsələr də, Tehran öz nüvə proqramından imtina etmək niyyətində deyil. İran rəsmiləri bəyan edirlər ki, Tehranın nüvə proqramı yalnız dinc məqsədlər üçün istifadəyə yönəlib. Amma İran hakimiyyəti öz məqsədində nə qədər qərarlı görünsə də, Qərb ilə danışıqları və BAEA ilə əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Xüsusilə də Avropa İttifaqı və Avropa üçlüyü - Britaniya, Fransa və Almaniya ilə danışıqların aparılmasına üstünlük verir. Təbii ki, İranın danışıqlarda əsas hədəfi ortaq mövqeyin tapılması, növbəti hərbi müdaxilənin qarşısının alınması və öz nüvə obyektlərində bərpa işləri aparmaq üçün zaman qazanmaqdır”. Politoloq əlavə edib ki, bu məsələdə İranın mövqeyi də nəzərə alınmalıdır. Belə ki, əgər Qərb İranın nüvə proqramından dinc məqsədlər üçün istifadə ilə bağlı mövqeyini qəbul edərsə, Tehran yenidən BAEA-nın müfəttişlərini nüvə obyektlərində yoxlamalar aparmaq üçün ölkəyə buraxa bilər. Hətta belə bir halda BAEA İranın nüvə proqramına müəyyən nəzarət etmək imkanı da qazana bilər. Ancaq son hadisələrdən sonra vəziyyət artıq dəyişib. Qərb ilə İran arasında qarşılıqlı etimadın bərpası kifayət qədər çətin görünür.
İranın digər şərtləri də ola bilər
“Əgər Qərb ilə yenidən danışıqlar bərqərar olunacaqsa, Tehran bu danışıqlarda təkcə nüvə məsələsini qaldırmayacaq, həmçinin İrana qarşı beynəlxalq təcrid siyasətinə son verilməsini və sanksiyaların aradan qaldırılmasını, eləcə də İrana növbəti hərbi müdaxilənin baş verməyəcəyi ilə bağlı öhdəliyin götürülməsini tələb edəcək. Bütün bu məsələlər üzrə ümumi razılıq əldə olunmalıdır. Ümumiyyətlə, İran üçün əsas tərəf BAEA deyil, ABŞ və Aİ-dir. BAEA yalnız nəzarətedici funksiyanı yerinə yetirir,” - deyə A.Nərimanlı vurğulayıb.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
20 Oktyabr 12:41
İqtisadiyyat
20 Oktyabr 12:39
Elm
20 Oktyabr 12:28
Dünya
20 Oktyabr 11:45
İqtisadiyyat
20 Oktyabr 11:42
İqtisadiyyat
20 Oktyabr 11:15
YAP xəbərləri
20 Oktyabr 11:03
İqtisadiyyat
20 Oktyabr 10:59
YAP xəbərləri
20 Oktyabr 10:29
Analitik
20 Oktyabr 10:23
YAP xəbərləri
20 Oktyabr 10:15
Dünya
20 Oktyabr 10:12
Gündəm
20 Oktyabr 10:05
Dünya
20 Oktyabr 09:50
YAP xəbərləri
20 Oktyabr 09:47
Analitik
20 Oktyabr 09:41
Gündəm
20 Oktyabr 09:30
YAP xəbərləri
20 Oktyabr 09:28
Sosial
20 Oktyabr 09:17
İqtisadiyyat
20 Oktyabr 08:51
Sosial
20 Oktyabr 08:36
Gündəm
20 Oktyabr 08:12
İdman
19 Oktyabr 23:17
Dünya
19 Oktyabr 22:55
Dünya
19 Oktyabr 22:12
Sosial
19 Oktyabr 21:49
Dünya
19 Oktyabr 21:13
Mədəniyyət
19 Oktyabr 21:09
Dünya
19 Oktyabr 20:41
İdman
19 Oktyabr 20:19
Siyasət
19 Oktyabr 20:18
YAP xəbərləri
19 Oktyabr 19:06
İqtisadiyyat
19 Oktyabr 18:53
YAP xəbərləri
19 Oktyabr 18:26
Müsahibə
19 Oktyabr 18:25
Elm
19 Oktyabr 18:23
Siyasət
19 Oktyabr 18:12
Sosial
19 Oktyabr 18:11
Xəbər lenti
19 Oktyabr 18:07
Elanlar
19 Oktyabr 18:07
YAP xəbərləri
19 Oktyabr 18:04
Sosial
19 Oktyabr 17:47
Mədəniyyət
19 Oktyabr 17:22
Dünya
19 Oktyabr 17:16
İqtisadiyyat
19 Oktyabr 16:46
Siyasət
19 Oktyabr 16:37
Xəbər lenti
19 Oktyabr 16:36
Hadisə
19 Oktyabr 16:36
Dünya
19 Oktyabr 16:12
Sosial
19 Oktyabr 15:45
İdman
19 Oktyabr 15:45
YAP xəbərləri
19 Oktyabr 15:41
YAP xəbərləri
19 Oktyabr 15:35
Siyasət
19 Oktyabr 15:27
YAP xəbərləri
19 Oktyabr 15:04
Elanlar
19 Oktyabr 15:02
Sosial
19 Oktyabr 14:54
Gündəm
19 Oktyabr 14:33
Sosial
19 Oktyabr 14:13
Sosial
19 Oktyabr 14:12
İqtisadiyyat
19 Oktyabr 14:12
İqtisadiyyat
19 Oktyabr 14:11
Sosial
19 Oktyabr 14:10
Mədəniyyət
19 Oktyabr 14:09
Dünya
19 Oktyabr 14:08
YAP xəbərləri
19 Oktyabr 13:43
YAP xəbərləri
19 Oktyabr 13:39
Siyasət
19 Oktyabr 13:02
YAP xəbərləri
19 Oktyabr 12:50
YAP xəbərləri
19 Oktyabr 12:49

