Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Nigeriya ordusu 150 silahlı cinayətkarı öldürüb

Nigeriya ordusu 150 silahlı cinayətkarı öldürüb

11.07.2025 [14:10]

Nigeriya ordusu ölkənin şimal-qərbində yerləşən Kebbi ştatında silahlı cinayətkar dəstəni pusquya salaraq, azı 150 üzvünü öldürüb.

AZƏRTAC “əş-Şarq əl-Avsət” nəşrinə istinadla xəbər verir ki, hərbi əməliyyatda quru qoşunlarından və qırıcı təyyarələrdən istifadə olunub.

Bildirilir ki, ordu ilə dəstə üzvləri arasında atışma iki saat davam edib. Hərbçilər dəstə üzvlərini geri çəkilməyə məcbur ediblər və onları qırıcı təyyarələr bombalayıb.

Son illərdə silahlı dəstələr Nigeriyanın şimal-qərb və mərkəzi bölgələrindəki kəndlərə hücumlarını artırıblar. Bu bölgələrdə təhlükəsizlik problemləri yaşanır və bundan istifadə edən cinayətkar qruplar kəndləri talayır, sakinləri öldürür və sonradan pul almaq üçün insanları girov götürürlər.

Paylaş:
Baxılıb: 270 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Mədəniyyət

Elm

Gözəl ömür

09 Mart 11:48

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31