Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İraqda beynəlxalq koalisiyanın missiyasının bitəcəyi tarix açıqlanıb

İraqda beynəlxalq koalisiyanın missiyasının bitəcəyi tarix açıqlanıb

02.07.2025 [13:32]

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya 2026-cı ilin payızında İraqdakı missiyasını başa vuracaq.

AZƏRTAC xəbər verir ki, INA agentliyi bu barədə İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudaniyə istinadla məlumat yayıb.

Hökumət başçısının sözlərinə görə, İraq hakimiyyəti hazırda koalisiyaya daxil olan ölkələrlə təhlükəsizlik sahəsində ikitərəfli münasibətlərə keçmək üçün danışıqlar aparır.

Xatırladaq ki, 2014-cü ildə İŞİD qruplaşması İraq ərazisinin təxminən üçdəbirini ələ keçirmişdi. 2015-ci ildə hökumət qüvvələri beynəlxalq koalisiyanın dəstəyi ilə qruplaşmaya qarşı miqyaslı əməliyyatlara başlamış və 2017-ci ilin dekabrında İŞİD-i məğlubiyyətə uğratmışdı. 2020-ci il yanvarın 5-də isə İraq parlamenti beynəlxalq qüvvələrin respublika ərazisindən tamamilə çıxarılmasını tələb edən qətnamə qəbul etmişdi.

Paylaş:
Baxılıb: 129 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30