Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Çində sel təhlükəsi ilə əlaqədar 114 min nəfər təxliyə edilib

Çində sel təhlükəsi ilə əlaqədar 114 min nəfər təxliyə edilib

01.07.2025 [11:06]

Çinin Siçuan əyalətində 3 gündür yağan yağışların yaratdığı fəsadlarla əlaqədar təxminən 73 min nəfər təxliyə olunub. Quycou əyalətində isə 41 min sakin təxliyə edilib. Yağış bölgədə fəsadlar törədib. Güclü yağış, sel və daşqınla əlaqədar “qırmızı xəbərdarlıq” elan olunub. Təbii fəlakətlə mübarizəyə 8 mindən çox canlı qüvvə cəlb edilib.

AZƏRTAC əyalətin təbii fəlakətlərlə mübarizə qərargahına istinadla xəbər verir ki, güclü yağışlardan ən çox ziyan çəkən yaşayış məntəqələrindən biri də Bacon şəhəridir. Sel və daşqın suları şəhərdəki iqtisadi zonada yerləşən inzibati və yaşayış binalarına, habelə fermer təsərrüfatlarına dolub. Aramsız yağış Neycian şəhərində torpaq sürüşməsi yaradıb. Nəticədə avtomobil yollarında nəqliyyatın hərəkəti iflic olub.

Qeyd edək ki, yağışlar Çinin mərkəz, şərq və cənub hissələrində, xüsusilə də Quandon, Anhuy, Hubey, Sıçuan, Hunan, Quansi, Hınan və Quycou əyalətlərində, həmçinin Çonçin şəhərində böyük fəsadlar törədib.

Paylaş:
Baxılıb: 457 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30