Stress zamanı bədən ölü hüceyrələri necə təmizləyir? - ARAŞDIRMA
10.06.2025 [09:45]
Arlinqton Texas Universiteti (UT Arlington) tədqiqatçılarının apardığı yeni araşdırma stressə cavab verən genlərin gözlənilməz bir funksiyasını ortaya çıxarıb.
AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, “PLOS Genetics” jurnalında dərc olunan bu araşdırma stress zamanı orqanizmin ölü hüceyrələri necə tanıyıb və təmizlədiyinə dair əhəmiyyətli mexanizmləri üzə çıxararaq, immun sistemi, beyin fəaliyyəti və maddələr mübadiləsi kimi həyati sistemlərin işləməsinə dair yeni anlayışlar təqdim edir.
Tədqiqat Biologiya fakültəsinin dosenti dr. Piya Ghosenin rəhbərlik etdiyi laboratoriyada həyata keçirilib. Layihənin əsas icraçısı Aladin Elkhalil qeyd edib ki, bədənin ölü hüceyrələri effektiv şəkildə çıxarması yeni hüceyrələrin yaradılması qədər həyati əhəmiyyət daşıyır: “Əgər bədən ölü hüceyrələrdən xilas ola bilməsə, bu, ciddi sağlamlıq pozuntularına səbəb ola bilər”.
Tədqiqatın modeli kimi “Caenorhabditis elegans” (C. elegans) adlı mikroskopik şəffaf qurd növündən istifadə olunub. Bu orqanizm genetika sahəsində model sistem olaraq geniş istifadə olunur, çünki onun şəffaf bədəni hüceyrələrin davranışını canlı şəkildə müşahidə etməyə imkan verir. Tədqiqat qrupu bu üstünlükdən istifadə edərək stress zamanı ölü hüceyrələrin necə təmizləndiyini və bu prosesdə hansı genlərin rol oynadığını müəyyənləşdirib. Aparılan təhlillər nəticəsində elm adamları hüceyrələrin təmizlənməsində rol oynayan və “Lyst” adlı insan geninə bənzərliyi olan əsas geni müəyyənləşdiriblər. Bu genin insan versiyası “Chediak-Higashi” Sindromu kimi nadir immun sistem xəstəliyi ilə əlaqələndirilir. Ən maraqlı tapıntılardan biri bu genin C. elegans-da əvvəllər yalnız stressə cavab verdiyi bilinən klassik genlər tərəfindən idarə olunmasıdır. Tədqiqat zamanı CRISPR/Cas9 gen redaktə texnologiyası və yüksəkdəqiqlikli canlı görüntüləmə üsullarından istifadə edilib. Bu yanaşmalar tədqiqatçılara stresslə əlaqəli genlərin və hüceyrə təmizləyici mexanizmlərin hansı mərhələlərdə və necə aktivləşdiyini birbaşa izləməyə şərait yaradıb.
Bu kəşf stress-gen əlaqəsinin yalnız adaptasiya və sağ qalma ilə deyil, həm də ölü hüceyrələrin aradan qaldırılması kimi fundamental biologiya prosesləri ilə də əlaqəli olduğunu göstərir. Tədqiqat qrupu bu mexanizmlərin insan sağlamlığı ilə əlaqəsini araşdırmaq üçün növbəti mərhələlərə keçməyi planlaşdırır.
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41

