Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İsveçrədə dörd ildə ilk dəfə deflyasiya qeydə alınıb

İsveçrədə dörd ildə ilk dəfə deflyasiya qeydə alınıb

03.06.2025 [20:13]

İsveçrədə may ayında istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz ucuzlaşıb.

AZƏRTAC xəbər verir ki, İsveçrənin Federal Statistika İdarəsinin məlumatına görə, bu 2021-ci ilin martından bəri qeydə alınan ilk deflyasiyadır.

Ötən ay ölkədə nəqliyyat xidmətlərinin qiymətləri 3,7 faiz, məişət malları və xidmətlərinin qiymətləri 2,6 faiz, ərzaq və alkoqolsuz içkilərin qiymətləri 0,3 faiz ucuzlaşıb. Eyni zamanda, alkoqolu içkilərin və tütün məmulatlarının qiymətləri 1,6 faiz, restoran və mehmanxana xidmətləri 1,3 faiz, kommunal xidmətlər və enerji qiymətləri isə 1,1 faiz bahalaşıb.

Qida və enerji xərclərini nəzərə almayan əsas inflyasiya göstəriciləri apreldə 0,6 faizdən may ayında 0,5 faizə enib.

Xatırladaq ki, “Trading Economics” platformasının təqdim etdiyi ekspert konsensus proqnozu da aprel ayındakı sıfır dəyişikdən sonra may ayında istehlak qiymətlərinin 0.1 faiz ucuzlaşacağını nəzərdə tuturdu.

Paylaş:
Baxılıb: 420 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Bir tarixin izi ilə...

22 İyul 13:39  

Analitik

103-cü hökumət...

22 İyul 12:38

Analitik

Sosial

YAP xəbərləri

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31