Rahat və sağlam nəqliyyat növü...
03.06.2025 [08:14]
Dünya Velosiped Günüdür
Velosiped ətraf mühitə ən uyğun nəqliyyat növü hesab olunur. Onun istifadəsi ekologiya və insan sağlamlığı üçün təhlükəsizdir. Velosipedlər daxiliyanma mühərriklərindən fərqli olaraq istixana qazı xaric etmir, atmosferi çirkləndirmir və yollarda səs-küy yaratmadan insanların narahatlığına səbəb olmur. Küçələrdə daha çox velosiped və daha az avtomobillərin olması yol qəzalarının başvermə ehtimalını da azaldır.
İyunun 3-ü Dünya Velosiped Günü kimi qeyd olunur. Bu gün BMT Baş Assambleyası tərəfindən 2018-ci ilin aprel ayında təsis edilib. Sənəd 56 ölkə tərəfindən hazırlanıb və qəbul edilib.
Bəşəriyyətin ən böyük ixtiralarından biri
“Velosiped” sözü 1860-cı ildə Fransada meydana gəlib. Bu terminin ixtiraçısı Pyer Mişo istəyirdiki, iki çarxlı və sadə mexanizmli bir nəqliyyat vasitəsinə ad qoysun. Fransız dilində bu söz “BİCYCLETTE” (Bisiklet) kimi səslənir.
Müasir velosipedin prototipini alman baronu Karl fon Drez 1818-ci ildə dizayn edərək patentləşdirib. Bu mexanizmin əsas çərçivəsi taxtadan, təkərləri və sükanı dəmirdən idi. Lakin onu hərəkətə gətirəcək pedalları yox idi. Onu hərəkətə gətirmək üçün ayaqlarla yerdən təkan vurmaq lazım idi. Bu ixtiraçının soyadı ixtirasında yer ala bilmədi.1839-1840-cı illərdə bu mexanizm bir az da təkmilləşdirildi. Şotland dəmirçi Kirkpatrik Makmillan mexanizmə pedal əlavə etdi. Arxa təkər pedallara metal dartıcı çubuqlarla birləşdirilirdi. Sürücü qabaq və arxa təkərlərin arasında yerləşərək qabaq təkərə bərkidilmiş sükan vasitəsilə velosipedi idarə edə bilirdi.
Bir neçə il sonra ingilis mühəndis Tompson hava şinlərini dizayn edir və patentləşdirir. Lakin şinlər dözümlü olmadığından o zamnlar elədə məşhurlaşa bilmədi. Pedalla velosipedlər artıq 1867-ci ildən istehsal edilməyə başladı. Əvvəllərdə velosipedin qabaq təkəri qeyri mütənasib olaraq olduqca yekə arxa təkər isə tarazlığı qorumaq üçün nəzərdə tutularaq birinciyə nisbətdə çox kiçik idi. Bu nəhənglərdə hərəkət etmək olduqca çətin idi. Sonradan bu nəqliyat növü daha da təkmilləşdirildi.
Velosipedlə ilk səyahət
Tomas Stivens 1884-1887-ci illərdə velosipedlə dünya səyahətinə çıxmış ilk adamdır. Belə ki, bu səfər digər bir məqamla da unikal sayıla bilər. Belə ki, Stivens köhnə mexanizmli qabaq təkəri iri olan və hava şinləri olmayan velosipedlə səyahət edib.
Müasir dağ velosipedlərinin prototipi 1977-ci ildə yaranıb. Hazırda müxtəlif çeşiddə velosipedlər mövcuddur. Ən qədim velosiped yarışı 1200 km olmaqla Paris-Brest-Paris marafonu sayılır. Bu marafon zəmanəmizdə da keçirilir.
“Avropanın velosiped paytaxtı”
Danimarka əhalisinin 95 faizi nəqliyyat vasitəsi kimi velosipeddən istifadə edir yəni boş yerə velosiped ölkəsi adlandırmayıblar. Velosipedə aid yaradılan ən sərfəlisi şərait isə Velosiped kirayəsidir. Kopenhagendə gündəlik 14 dollar girov qoymaqla gündəlik, 65 dollar girov ilə isə bir həftəlik velosiped götürüb sonra isə qaytarıb girov qoydugunuz pulu geri ala bilərsiniz, yəni tam pulsuz şəkildə dövlətin sizə yaratdığı bu şəraitdən istifadə edə bilərsiniz. Velosipedi ictimai nəqliyyat vasitəsi kimi istifadə edən ölkələr siyahısında Hollandiya da yer alır, ancaq bu mədəniyyət Amsterdamda nəqədər inkşaf etmiş olsa da, velosiped üçün ayrılan yolların genişliyi hələ də Kopenhagendəki yolların genişlinə çata bilmir.
Sağlam nəqliyyat, sağlam həyat!
Velosiped sürmək insan orqanizmi üçün çox faydalıdır. Araşdırmalar göstərib ki, gündə maksimum 10 dəqiqə velosiped sürənlər, sürməyənlərə nisbətən daha arıq olurlar. Velosiped sürərkən bütün bədən əzələləri fəaliyyətə keçir. Beləliklə, orqanizmdəki artıq yağlar əriyir. 1 saat velosiped sürərək 500 kalori xərcləmək mümkündür.
Velosiped həmçinin ürəyin dostudur. Ürək xəstəliklərindən ölən insanlaırn sayı gün keçdikcə artır. Alimlər gündə, sadəcə, 10 dəqiqə velosiped sürərək daha sağlam bir ürəyə sahib olacağınızı bildirirlər. Həm də depressiyaya düşməyə qoymur. mütəxəssislər bildirirlər ki, velosiped sürmək insanın əhvalına da yaxşı təsir edir. Bu zaman orqanizmdə endorfin, dopamin, serotonin hormonları istehsal olunur ki, bunlar da özünüzü daha xoşbəxt və enerjili hiss etməyinizə gətirib çıxarır.
Daha rahat yuxunu təmin edir Yuxuya getməkdə və ya səhərlər oyanmaqda çətinlik çəkirsinizsə, velosiped sürərək bu problemləri aradan qaldırın. Stanford Universitetinin tədqiqatçılarının apardıqları araşdırmalar gündə 30 dəqiqə velosiped sürənlərin yuxu rejiminin qaydaya düşdüyünü açıqlayıblar.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
12 Avqust 11:45
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15

