PKK silahı yerə qoyacaqmı?
26.04.2025 [09:58]
Ankara terrora qarşı mübarizəni davam etdirir
Türkiyədə fəaliyyəti qadağan edilmiş və terrorçu təşkilat kimi tanınan PKK aprel ayının sonuna qədər özünü buraxmaq barədə qərar qəbul edəcək. Türkiyə mətbuatının yazdığına görə, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəsmi nümayəndəsi Ömər Çelik jurnalistlərə bildirib ki, cari ay ərzində uzunmüddətli problemin həllində əhəmiyyətli irəliləyişlər ola bilər. DEM (Xalqların Bərabərlik və Demokratiya Partiyası) partiyasının nümayəndələri isə aprelin 22-də terrorçuluq fəaliyyətinə görə ömürlük həbs cəzası çəkən PKK lideri Abdullah Öcalanla görüşüblər. “Məlumatlara görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK-nın aprel ayının sonuna qədər silahlı qarşıdurmanı dayandırmaq və özünü buraxmaq barədə qərar qəbul edəcəyi barədə məlumatlandırılıb”, - deyə Türkiyə KİV-i yazıb.
49 min 902 əməliyyatda 842 terrorçu ələ keçirilib...
Qeyd edək ki, “Terrorsuz Türkiyə” prosesi bir neçə gün öncə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Mərkəzi İdarə Heyətinin iclasının əsas gündəm maddəsi olub. Prezident Ərdoğan prosesin əhəmiyyətinə diqqət çəkərək, “Ən mühüm hədəfimiz “Terrorsuz Türkiyə”dir. Bu çərçivədə hər şey proqnozlaşdırdığımız kimi yaxşı gedir. DEM heyəti ilə görüşüm də çox məhsuldar keçdi. Görüşlər davam edəcək. Ümid edirik ki, nəticə əldə edəcəyik” deyə vurğulayıb. AK Parti Baş Qərargahında təxminən 2 saat davam edən toplantıda daxili işlər naziri Əli Yerlikaya nazirliyin 1 yanvar - 31 dekabr 2024-cü il tarixləri arasında fəaliyyəti ilə bağlı təqdimatla çıxış edib. “Hürriyet”in əldə etdiyi təqdimatda bu məlumatlar yer alıb: “Yalnız bir məqsədimiz var - Terrordan Azad Türkiyə. Keçirilən 49 min 902 əməliyyatda 842 terrorçu ələ keçirilib ki, onların 35-i öldürülüb, 672 nəfər isə sağ ələ keçirilib. 135 terrorçu isə təslim olub. Əməliyyatların 54 min 612-ində Pilotsuz Uçuş Aparatlarının (PUA) dəstəyindən istifadə olunub. 5 min 600 şəhər əməliyyatlarında 10 min 993 şəxs saxlanılıb. Onlardan 1991-i həbs olunub, 2 min 653-ü haqda isə məhkəmə qərarı çıxarılıb. Terrorla mübarizə çərçivəsində 91-i PKK, 13-ü isə İŞİD olmaqla, ümumilikdə, 104 aksiyanın qarşısı alınıb. Qarşısı alınan terror aktlarından 79-u bombalı hücumlar olub. FETÖ-yə qarşı 5059, İŞİD-ə qarşı isə 1509 əməliyyat keçirilib - 1170 nəfər FETÖ, 816 nəfər isə İŞİD üzvü olan və ya bağlılığı olan şəxs həbs edilib. Əməliyyatlar zamanı 7-si qırmızı, 4-ü narıncı, 2-si sarı, 28-i isə boz siyahıda olan 41 yüksək səviyyəli terrorçu zərərsizləşdirilib.
Qeyd olunub ki, terrorun maliyyələşdirilməsi ilə bağlı 296 əməliyyat keçirilib. 1684 nəfər saxlanılıb, 254 nəfər həbs edilib - 4,4 milyonu PKK/KCK təşkilatına aid olmaqla 85 milyon 741 min TL ələ keçirilib.
Terrorçulara çağırış: Silahı yerə qoyun...
Beləliklə, ötən il terrora qarşı mübarizədə aparılan bu yüksək səviyyəli fəaliyyətdən sonra ortaya bir sual çıxır - həqiqətən də PKK silahı yerə qoyacaqmı və sabitliyin bərpası üçün yaradılan bu şəraitdən istifadə ediləcəkmi? Göründüyü kimi Türkiyə dövləti terrorun bitməsi üçün bütün lazımi addımları atır və tədbirləri görür - hətta, Türkiyə Silahlı Qüvvələri döyüş təyyarələrindən terrorçulara “təslim olun” çağırış vərəqələri atıb. Terror təşkilatı liderinin PKK-nın dağılması lehinə açıqlama verdiyi vurğulanan və kürd dilində yayılan bəyanatda təslim olanlara dövlətin bağışlayıcı yanaşması ilə qarşılanacağı bildirilib. Bildirişlərdə “Bu fürsəti qaçırmayın. Dövlət bağışlayandır. Mağaralardan çıxın, insanpərvər həyat sürün” ifadələri işlədilib. Bəyannamədə daha əvvəl təslim olmuş PKK üzvlərinin Türkiyə hərbçilərinin onlara qarşı münasibətini əks etdirən və meydandakı terrorçuları “təslim olmağa” çağıran mesajlar da yer alıb.
DEM yenidən İmralıya getdi...
Bu arada PKK-nın silahı yerə qoyaraq təslim olması üçün aparılan fəaliyyət də davam etdirilir. Belə ki, DEM Partiyasının üzləri növbəti dəfə İmralıda olublar və terrorçu dəstə rəhbəri Öcalanla görüşüblər. DEM Partiyasının həmsədri Tuncer Bakırhan İmralı nümayəndə heyətinin PKK lideri Abdullah Öcalanla son görüşü ilə bağlı “ümidliyik” deyib. Bakırhan partiyasının qrup toplantısında və daha sonra jurnalistlərə verdiyi açıqlamada “Terrordan azad Türkiyə” hədəfi ilə bağlı bildirib ki, Türkiyə cəmiyyəti yeni və mühüm inkişafların olmasını gözləyir: “Artıq Öcalanın silahı yerə qoymaq çağırışı var. Ümid edirəm ki, qarşıdakı günlərdə qarşıdurma, zorakılıq, döyüş olmadan, cənab Ömər Çelikin dediyi kimi, gözəl günlər, gözəl addımlar görəcəyik. Qarşıdakı günlər çox önəmli günlərdir”.
SADİQ
Xəbər lenti
Hamısına baxMEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31

