/ / ABŞ Prezidentinin idxal məhsullarına vergilərin artırılması barədə qərarı Avropa İttifaqında ciddi etirazla qarşılanıb
ABŞ Prezidentinin idxal məhsullarına vergilərin artırılması barədə qərarı Avropa İttifaqında ciddi etirazla qarşılanıb
03.04.2025 [21:55]
ABŞ Prezidenti Donald Trampın idxal məhsullarına tətbiq edilən gömrük vergisinin artırılması barədə qərarı dünyanın digər ölkələrində olduğu kimi, Avropa İttifaqı (Aİ) tərəfindən də etirazla qarşılanıb.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta X səhifəsindəki paylaşımında Aİ-nin digər tərəfdaşlarla əlaqələrini gücləndirəcəyini ifadə edərək bildirib: “Ticarət qlobal rifahın güclü mühərrikidir. Aİ azad və ədalətli ticarətin qətiyyətli müdafiəçisi olaraq qalacaq. Bütün tərəfdaşlarımızla əməkdaşlığı davam etdirəcək və ticarət şəbəkəmizi gücləndirib genişləndirəcəyik. İndi MERCOSUR və Meksika ilə razılaşmaları irəli aparmaq, Hindistan və digər əsas tərəfdaşlarla danışıqları qətiyyətlə sürətləndirmək vaxtıdır”.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen də ABŞ-ın bu qərarının Avropada məyusluq yaratdığını qeyd edərək bildirib: “Bilirəm ki, çoxlarınız ən köhnə müttəfiqimiz tərəfindən xəyal qırıqlığına uğramısınız. Bəli, bunun qaçılmaz təsirlərinə hazır olmalıyıq. Lakin Avropa bu çətinlikləri aşmaq üçün lazım olan hər şeyə malikdir. Biz bu vəziyyətdə birlikdəyik. Əgər sizlərdən birinə qarşı çıxırlarsa, deməli, hamımıza qarşı çıxırlar. Ona görə də biz bir-birimizin yanında duracaq və bir-birimizi müdafiə edəcəyik. Bizim birliyimiz bizim gücümüzdür”.
Avropanın 450 milyon istehlakçı ilə dünyanın ən böyük vahid bazarına malik olduğunu qeyd edən Ursula Fon der Lyayen bildirib ki, Avropa birbaşa təsirlənənlərin yanında olacaq.
Bu qərara ondan ən çox təsirlənən ölkələrdən olan Almaniyanın siyasi rəhbərliyi də etirazını bildirib. Almaniyanın Kansleri Olaf Şolts X şəbəkəsində paylaşımında bu barədə qeyd edib: “ABŞ Prezidentinin gömrük tarifləri barədə qərarını tamamilə yanlış hesab edirəm. Bu qərardan ABŞ da daxil olmaqla yalnız itirənlər olacaq. Almaniya və Avropa azad ticarəti dəstəkləyir. Biz maraqlarımızı müdafiə edəcəyik”.
Qeyd edək ki, Donald Trampın imzaladığı qərara əsasən, Aİ məhsullarına 20, Çindən idxala isə 34 faiz gömrük vergisi tətbiq olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

