Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / ABŞ 530 mindən çox miqrantı hüquqi statusundan məhrum edəcək

ABŞ 530 mindən çox miqrantı hüquqi statusundan məhrum edəcək

23.03.2025 [21:18]

ABŞ Prezidenti Donald Trampın administrasiyası 530 mindən çox miqrantın müvəqqəti hüquqi statusunu ləğv etməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə NBC kanalı məlumat yayıb.

Bildirilib ki, söhbət 2023-cü ildə ABŞ-ın keçmiş prezidenti Cozef Baydenin dövründə tətbiq edilən xüsusi proqramla daxil olan miqrantlardan gedir. Təşəbbüs təsdiqlənərsə, onların ölkədə müvəqqəti qalma proqramlarının qüvvəsi aprelin 24-də başa çatacaq.

“Tramp administrasiyası Kuba, Haiti, Nikaraqua və Venesueladan ABŞ-a gələn 530 mindən çox insanın müvəqqəti hüquqi statusunu ləğv etmək niyyətindədir”, - məlumatda deyilir.

Paylaş:
Baxılıb: 394 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Siyasət

Gündəm

Ədəbiyyat

MEDİA

Ədəbiyyat

Sazım

20 İyun 08:50

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30