Tehran -Vaşinqton münasibətləri gərginləşir...
19.03.2025 [10:07]
Husilərin hücumu danışıqları başlamamış bitirə bilər
Son dövrlərdə İran ilə ABŞ arasında münasibətlər yenidən kəskin hal almaqdadır. İki ölkənin rəsmiləri arasındakı ritorikaya diqqət yetirdikdə, vəziyyətin ciddiliyi ortaya çıxır. Xüsusilə, İran ilə ABŞ arasında nüvə proqramı ilə bağlı gərginlik artmaqdadır. ABŞ Prezidenti Donald Trampın İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyini bəyan etməsi vəziyyəti daha da kəskinləşdirib. Trampın bu mövqeyi fonunda, İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei ABŞ-ın danışıqlar təklifini “aldadıcı” adlandıraraq rədd edib. O, ABŞ-ın təkliflərinin səmimiyyətdən uzaq olduğunu və məqsədinin İrana qarşı təzyiqləri artırmaq olduğunu bildirib. Paralel olaraq İran Prezidenti Məsud Pezeşkian da Trampı sərt tənqid edərək, onun siyasətini qınayıb.
Nüvə danışıqları necə yarımçıq qaldı...
Qeyd edək ki, 2015-ci ildə Vyanada rəsmi adı ilə Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA - Joint Comprehensive Plan of Action) imzalandı. İran ilə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin) və Almaniya (P5+1) arasında imzalanmış nüvə razılaşmasının əsas məqsədi İranın nüvə proqramını məhdudlaşdırmaq və əvəzində ona qarşı tətbiq edilən beynəlxalq sanksiyaları yüngülləşdirmək idi. Sazişin əsas məqamları uranın zənginləşdirilməsinə məhdudiyyətlərin qoyulması, nüvə obyektlərinə nəzarət - Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın nüvə obyektələrini mütəmadi yoxlamaq hüququ əldə etməsi və İran üzərinə tətbiq edilmiş iqtisadi və maliyyə sanksiyalarının aradan qaldırılması, xarici investisiyalara və neft satışına yol açılması kimi xarakterizə olunurdu. Amma nəticə etibarı ilə proses yarımçıq qaldı - 2018-ci ildə ABŞ prezidenti Donald Tramp ölkəsini Vyana sazişindən çıxardığını elan etdi və İrana qarşı sanksiyaları bərpa etdi. ABŞ-ın bu addımı digər JCPOA iştirakçılarının etirazına səbəb oldu, lakin İran da buna cavab olaraq razılaşmanın bəzi öhdəliklərindən imtina etdi. 2021-ci ildə Co Bayden administrasiyası sazişin bərpası üçün diplomatik səylərə başladı, lakin İranla yeni razılaşma əldə olunmadı.
Hazırkı durumda isə yayılan xəbərlərə görə, İran uran zənginləşdirmə səviyyəsini 60 faizə qədər artırıb. Vyana Sazişi isə hazırda qeyri-müəyyən vəziyyətdədir və onun taleyi İran, ABŞ və digər dünya güclərinin siyasi qərarlarından asılıdır.
ABŞ xəbərdarlıq edir...
Qeyd edək ki, bir neçə gün öncə Tramp Əli Xameneiyə məktub ünvanlamışdı. Bu barədə məlumatı Tramp “Fox Business” telekanalına müsahibəsində açıqlamışdı və bildirmişdi ki, məktubda İranın nüvə proqramına dair danışıqlar üzrə təklif verib: “İranla saziş bağlamağa üstünlük verərdim”. O, həmçinin İranın nüvə silahı əldə etməməli olduğuna dair fikrini bir daha təkrar etmişdi.
Tehranın isə cavabı fərqli olmuşdu - İranın dini lideri bildirmişdi ki, Tramp öz tələblərini qəbul etdirməyə çalışır, ancaq bunu qəbul etməyəcəyik.
Bu arada ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts deyib ki, Vaşinqton İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün variantları nəzərdən keçirir. Bu barədə ABC telekanalında məlumat verilib. O vurğulayıb ki, Tramp dəfələrlə İranın nüvə silahı əldə etməsinin qəbuledilməz olduğunu bildirib. Uolts Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün “bütün variantların” masa üzərində olduğunu söyləyib. ABŞ prezidentinin köməkçisi qeyd edib ki, Tehran nəticələrlə üzləşə bilər. “İstənilən halda, barmağını nüvə düyməsinə basan ayətullahlarla barışa bilmərik. Biz nüvə silahının yayılması baxımından Yaxın Şərqdə silahlanma yarışına gətirib çıxaran vəziyyətə getməməliyik. Prezident Tramp isə bu və ya digər şəkildə bunu etməkdə qərarlıdır”, - deyə Uolts bildirib.
Əraqçı “danışıqlar başlayıb” deyir...
İranın xarici işlər naziri Abbas Əraqçı isə Tehran ilə Vaşinqtonun artıq vasitəçilər vasitəsi ilə danışıqlar apardıqlarını söyləyib. Nazir tərəflərin müzakirə mövzusunun İranın nüvə proqramı olduğunu deyib.
Əraqçı deyib: “Bizim mümkün nüvə danışıqları üçün planımız və düşünülmüş strategiyamız var. Danışıqlar vasitəçilər vasitəsilə davam etdirilir və üç Avropa ölkəsi (Böyük Britaniya, Almaniya və Fransa) ilə də qarşılıqlı fəaliyyət kanalı saxlanılır”.
Nazir İranın Beynəlxalq Atom Enerjisi Agentliyi və onun baş direktoru Rafael Qrossi ilə əməkdaşlıq etdiyini qeyd edib.
Husilər aranı qatdı...
Bu arada husilərin Qırmızı dənizdə Amerikanın təyyarədaşıyan “USS Harri Truman” və digər döyüş gəmilərinə hücum etməsi vəziyyəti yenidən gərginləşdirib. Xatırladaq ki, husilər 18-ə yaxın ballistik və qanadlı raket, həmçinin PUA-larla hücum ediblər. Bu isə hazırkı vəziyyəti daha da dramatikləşdirib. Belə ki, ABŞ-ın maliyyə naziri Skott Bessent “NBC News”a müsahibəsində bildirib ki, Yəməndə husilərə qarşı əməliyyat Tramp administrasiyasının İrana “maksimum təzyiq” göstərmək strategiyasının yalnız başlanğıcıdır. “Bu, güclü siqnaldır və əvvəlki administrasiyanın siyasətindən köklü şəkildə uzaqlaşmadır. Husilər və İran başa düşməlidirlər ki, bu, yalnız başlanğıcdır. Biz dünya ticarətini yavaşlatan və inflyasiya təzyiqlərini artıran gəmiçiliyin tıxanmasına imkan verməyəcəyik. İki həftə əvvəl Tramp İrana qarşı “maksimum təzyiq” strategiyasını elan edib və bu strategiyanın məqsədi İran neftinin ixracını sıfıra endirməkdir”, - deyə o, bildirib.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:39
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Dünya
26 Avqust 20:34
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
İqtisadiyyat
26 Avqust 18:10
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Mədəniyyət
26 Avqust 16:56
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35

