Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Paris Kiyevə kəşfiyyat məlumatları ötürməyə davam edəcək

Paris Kiyevə kəşfiyyat məlumatları ötürməyə davam edəcək

06.03.2025 [21:53]

Fransanın kəşfiyyat xidmətləri Ukraynaya kəşfiyyat məlumatları ötürməyə davam edir.

AZƏRTAC xəbər verir ki, Fransanın müdafiə naziri Sebastyan Lekornyu bu barədə “France Inter” radiosuna müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ-dan asılı olan Böyük Britaniyadan fərqli olaraq, Fransa kəşfiyyatı müstəqildir. “Bizim Ukraynaya ötürdüyümüz kəşfiyyat məlumatlarını əldə etmək üçün yollarımız var”, - deyə Sebastyan Lekornyu bildirib.

Nazir, həmçinin Vaşinqtonun Kiyevi kəşfiyyat məlumatları ilə təmin etməyi dayandırdığını da təsdiqləyib. O, eyni zamanda, ABŞ-ın Ukraynaya dəstəyinin Donald Tramp tərəfindən kəsilməsini kompensasiya etmək üçün Fransa Prezidenti Emmanuel Makrondan yardım paketlərinin hazırlanması prosesini sürətləndirməyi xahiş etdiyini vurğulayıb.

Paylaş:
Baxılıb: 589 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

İqtisadiyyat

Sosial

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30