Siyasi səhnənin iştirakçıları dəyişir...
26.02.2025 [09:15]
Almaniyada sosial demokratlar zəifləyib, sağçılar isə ilk dəfə ikinci olub
Merkeldən sonra CDU/CSU ilk dəfə qələbə qazanıb
Fevralın 23-də Almaniyada parlament seçkiləri keçirildi. Qeyd edək ki, Almaniya 299 birmandatlı seçki dairəsinə bölünür və hər bir seçici Bundestaq üçün konkret namizədə səs verməlidir. Səslərin 5 faizdən çoxunu toplayan partiyalar federal ştatlarda tərtib edilmiş partiya siyahıları əsasında parlament fraksiyaları yaradırlar. Hazırkı seçkilər ilk dəfə olaraq yeni qanuna əsasən keçirilib: parlamentdəki yerlərin sayı 733-dən 630-a endirilib. Parlamentdə proporsional partiya təmsilçiliyi hüququ yenə də namizədləri ən azı üç birmandatlı seçki dairəsində qalib gələ bilmiş partiyalara verilir. Səsvermədə təxminən 59,2 milyon alman seçicisi iştirak edib. Son seçkilərin nəticələrinə görə isə, XXI əsrdə cəmisi iki dəfə (Şröder və Şolts) hökumət quran sosial demokratlar estafeti yenidən xristian demokratlara “təhvil verir”.
35 ildə ilk dəfə...
1990-cı ildən bu yana ən böyük seçici fəallığının qeydə alındığı (84 faiz) seçkidə Xristian Demokrat İttifaqı və Xristian Sosial Birliyinin (CDU/CSU) müxalifət bloku 299 seçki dairəsinin hamısında səslərin hesablanmasından sonra Almaniyada keçirilən parlament seçkilərində birinci yeri tutub və qalib elan edilib. Qeyd edək ki, Almaniya parlamentinə beş partiya daxil olub - CDU/CSU birinci yerdə olduğu üçün partiya lideri Mertzin kansler olacağı dəqiqləşib. İkinci yerdə isə heç bir partiya ilə əməkdaşlığı “hədəfləməyən” AfD-dir. Şoltsun partiyası səsvermələrdə üçüncü olub. Faiz nisbətlərinə gəldikdə, ilk yeri tutan CDU/CSU təxminən 29 faizə qədər, ikinci yeri tutan AfD 20,8 faiz, üçüncü yeri tutan sosial demokratlar isə 16,4 faiz səs yığıb. Parlamentə isə 5 partiya “düşüb”. 5 faizlik səs baryerini SPD ilə “işıqfor” koalisiyasını (birliklərin rənglərinə görə) yaratmış Yaşıllar Partiyası (11,6 faiz) və Sol Partiya (8,8 faiz) keçə bilib. “İşıqforun” üçüncü “rəngi” Azad Demokrat Partiyasıdır (FDP) 4,3 faizlə kənarda qalıb. Yeni kansler Fridrix Mertz Pasxa bayramına qədər, yəni aprelin 20-dək hökumət qurmaq niyyətində olduğunu açıqlayıb. Şoltz onu qələbə münasibətilə təbrik edib və səsvermənin nəticəsini partiyası üçün “acı” məğlubiyyət adlandırıb.
Mertz “hakimiyyət qurmaq” üçün əməkdaşlıq etməlidir...
CDU/CSU 14 milyon 158 min 432 səs alaraq cəmisi 208 yer qazanıb. İkinci yeri tutmuş AfD isə 10 milyon 327 min 148 səsin müqabilində parlamentdə 152 deputatla təmsil olunacaq. “Köhnə hakimiyyət” olan SPD isə “oturacaqların” cəmisi 120-ni əldə edə bilib. Şoltzun partiyasına 8 milyon 148 min 284 şəxs səs verib. Keçmiş XİN başçısı Berbokdan sonra partiyasının lideri olan Robert Habekin başçılığı ilə “Yaşıllar” 5 milyon 761 min 476 səslə 85, Sol Partiya isə 4 milyon 355 min 382 səslə 64 yer qazanıb.
Birinci yerdə olmasına baxmayaraq, CDU/CSU Bundestaqda müstəqil səs çoxluğu əldə edə bilməyib - bunun üçün 630 yerdən 316-nın qazanılması gərəkir. Üzərində “əməkdaşlıq tabusu” gəzdirən AfD isə Almaniya parlamentində ikinci ən böyük fraksiyadır. Mertz yeni hakim komandanı formalaşdırmaq üçün mütləq şəkildə koalisiyaya getməlidir - CDU/CSU isə ikinci yeri tutmuş ifrat sağçılarla koalisiya yaratmayacağını təsdiqləyib. Hələ ki, Şoltsun qrupu yeni “iqtidar” üçün ən məqbul əməkdaş sayılsa da, hələlik bununla bağlı dəqiq fikir yoxdur. Qeyd edək ki, Bundestaqda yeni kanslerlə bağlı səsvermə yalnız hakim koalisiya qurulduqdan sonra keçiriləcək.
Veydel keçmiş ADR-də daha populyardır...
Qeyd edək ki, AfD-nin kanslerliyə namizədi Alisa Veydel partiyasının qələbəsini “tarixi uğur” adlandırıb və koalisiya yaratmaq məsələsini müzakirə etməyə hazır olduğunu bildirib. Səsvermənin nəticələrindən göründüyü kimi, radikal sağçı partiyalar keçmiş Almaniya Demokratik Respublikasının (ADR) ərazisində tərkibində olan dövlətlər tərəfindən fəal şəkildə dəstəklənib: Türingiyada AfD demək olar ki, 39 faiz, Saksoniya və Saksoniya-Anhaltda - 37 faiz, Meklenburqda - 35 faiz, Brandenburqda - 32 faizdən çox səs toplayıb.
Xatırladaq ki, AfD ciddi miqrasiya siyasətinin tərəfdarıdır. Qrup həm də Avropa İttifaqının yeni standartlara əsaslanmasını tələb edir - hətta bu islahat uğursuz olacağı təqdirdə sağçılar Almaniyanın Aİ-dən çıxması üçün səsvermə belə tələb edəcək. Eyni zamanda partiya həm də atom elektrik stansiyalarının bərpasının, Rusiya ilə münasibətlərə yenidən baxılmasının tərəfdarıdır. “Köhnə koalisiya” məhz iqtisadi siyasətdə razılığa gələ bilmədiyi üçün dağıldı - Aİ-nin ən böyük iqtisadiyyatı olan Almaniya iki ildir ki, inkişaf etmir...
ABŞ radikal sağçıları dəstəkləyir?
Vurğulandığı kimi, sağçıların mühüm irəliləyiş əldə etdiyi indiki halda miqrasiya və təhlükəsizlik məsələsi ön plana çıxır. Xatırladaq ki, son dövrlərdə Almaniyada miqrasiya təmayüllü kriminal hadisələrin sayı artıb. 2024-cü ilin may ayından bəri Almaniyada 5 ölümcül hücum qeydə alınıb - hər beş halda şübhəlilərin miqrasiya keçmişi mövcud olub. Seçkilər ərəfəsində, şənbə günü daha bir hücum baş verib: bir nəfər (polisin dediyinə görə, suriyalı) Holokost abidəsində turisti bıçaqlayıb.
Mertz isə Almaniya iqtisadiyyatını bərpa edəcəyini, miqrasiyanı məhdudlaşdıracağını, vergiləri və sosial təminat xərclərini azaldacağını və Ukraynaya dəstəyi artıracağını vəd edir. Maraqlıdır ki, ABŞ prezidenti Donald Trampın yaxın adamı İlon Mask açıq şəkildə AfD-ni dəstəklədiyini bildirib. Vitse-prezident J.D.Vans isə Münhendəki tarixi tənqidi çıxışından qısa müddət sonra Veydel ilə görüşüb. Bu isə, Mertzin kanslerlik yolunda ən mühüm təhlükələrdən xəbər verir...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına bax
Maraqlı
21 Oktyabr 21:30

Xəbər lenti
21 Oktyabr 21:28

YAP xəbərləri
21 Oktyabr 21:12

YAP xəbərləri
21 Oktyabr 20:57

Dünya
21 Oktyabr 20:18
YAP xəbərləri
21 Oktyabr 20:01

YAP xəbərləri
21 Oktyabr 19:46

Dünya
21 Oktyabr 19:15

Dünya
21 Oktyabr 18:19

YAP xəbərləri
21 Oktyabr 18:09

Analitik
21 Oktyabr 17:56

YAP xəbərləri
21 Oktyabr 17:43

Yeni texnologiyalar
21 Oktyabr 17:25
YAP xəbərləri
21 Oktyabr 17:21

YAP xəbərləri
21 Oktyabr 16:55

Gündəm
21 Oktyabr 16:51

Mədəniyyət
21 Oktyabr 16:40

Dünya
21 Oktyabr 16:34
YAP xəbərləri
21 Oktyabr 16:22

YAP xəbərləri
21 Oktyabr 16:09

YAP xəbərləri
21 Oktyabr 16:07

YAP xəbərləri
21 Oktyabr 16:05

Dünya
21 Oktyabr 15:21

YAP xəbərləri
21 Oktyabr 15:20

YAP xəbərləri
21 Oktyabr 15:14

Gündəm
21 Oktyabr 15:14

YAP xəbərləri
21 Oktyabr 15:10

YAP xəbərləri
21 Oktyabr 14:42

YAP xəbərləri
21 Oktyabr 14:30

Dünya
21 Oktyabr 14:30

Gündəm
21 Oktyabr 14:28

Siyasət
21 Oktyabr 14:18

YAP xəbərləri
21 Oktyabr 14:12

YAP xəbərləri
21 Oktyabr 14:08

Sosial
21 Oktyabr 14:06

YAP xəbərləri
21 Oktyabr 13:51

Gündəm
21 Oktyabr 13:49

Gündəm
21 Oktyabr 13:47

Dünya
21 Oktyabr 13:26

Dünya
21 Oktyabr 12:55

YAP xəbərləri
21 Oktyabr 12:50

YAP xəbərləri
21 Oktyabr 12:36

YAP xəbərləri
21 Oktyabr 12:32

Dünya
21 Oktyabr 12:18

Gündəm
21 Oktyabr 12:15

YAP xəbərləri
21 Oktyabr 12:05

YAP xəbərləri
21 Oktyabr 11:58

YAP xəbərləri
21 Oktyabr 11:50

Gündəm
21 Oktyabr 11:46

Gündəm
21 Oktyabr 11:46

Gündəm
21 Oktyabr 11:28

Hadisə
21 Oktyabr 11:19

Siyasət
21 Oktyabr 10:53

İqtisadiyyat
21 Oktyabr 10:39

İqtisadiyyat
21 Oktyabr 10:33

İqtisadiyyat
21 Oktyabr 10:31

Sosial
21 Oktyabr 10:29

Gündəm
21 Oktyabr 10:16

Analitik
21 Oktyabr 10:15

Siyasət
21 Oktyabr 09:54

Dünya
21 Oktyabr 09:32

İqtisadiyyat
21 Oktyabr 09:10

Mədəniyyət
21 Oktyabr 08:49

Ədəbiyyat
21 Oktyabr 08:17

Siyasət
21 Oktyabr 08:17

YAP xəbərləri
20 Oktyabr 23:52

YAP xəbərləri
20 Oktyabr 23:48

YAP xəbərləri
20 Oktyabr 23:10

YAP xəbərləri
20 Oktyabr 22:46

YAP xəbərləri
20 Oktyabr 22:19
