USAID-in maliyyə fırıldaqları ifşa olunur
15.02.2025 [11:37]
Xarici ölkələr üzərindən “pulsilmə” əməliyyatı...
ABŞ prezidenti Donald Trampın təşkilatının USAID (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) ətrafında başlatdığı proses dünya siyasi gündəminin əsas müzakirə predmetlərindən biri olmaqda qalır. Qeyd edək ki, formal olaraq müstəqil dövlət agentliyi hesab olunan, amma birbaşa ABŞ prezidenti, dövlət katibi və Milli Təhlükəsizlik Şurasına tabe olan USAID-in layihələri dayandırılıb, saytı bağlanıb, ofisində işlər saxlanılıb. USAID-in qlobal məkanda maliyyələşdirdiyi layihələrin sayı və ayrılan pullar isə olduqca böyükdür - yalnız 2024-cü maliyyə ilində USA?D layihələri üçün 36 milyard dollara yaxın vəsait ayrılıb. Son 9 ildə isə ümumilikdə, USAİD xətti ilə 335 milyard dollar xərclənib.
ABŞ heç kimin işinə qarışmayacaq...
Proses artıq yeni istiqamət qazanıb. Bunu yeni hökmətin aparıcı simaları da təsdiqləyir. “Associated Press” (AP) xəbər verir ki, amerikalı milyarder və Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən Hökumətlərin Ümumdünya Sammitində bildirib ki, ABŞ başqa ölkələrin işlərinə qarışmağı dayandırmalı və öz daxili məsələlərini həll etməyə başlamalıdır. “Bəzən Birləşmiş Ştatlar beynəlxalq məsələlərdə müəyyən inadkarlıq nümayiş etdirir (...). Amma düşünürəm ki, hazırda biz, ümumiyyətlə, başqa ölkələri öz işləri ilə baş-başa buraxmalıyıq və Birləşmiş Ştatlar hər yerdə rejim dəyişikliyinə təkan verməkdənsə, öz problemləri ilə məşğul olmalıdır”, - deyə Tramp komandasının əsas siması bildirib. Mask, həmçinin qeyd edib ki, ABŞ prezidenti Donald Trampın administrasiyası dövründə Vaşinqton “başqa ölkələrin işlərinə qarışmaqda daha az maraqlıdır”. Vurğulayaq ki, Mask daha əvvəl də bəyan etmişdi ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) işi başqa şeylərlə yanaşı, seçkilərə təsir etmək məqsədi daşıyıb. O, agentliyin hansı ölkələrin seçkilərinə təsir göstərməyə çalışdığını dəqiqləşdirmədiyini vurğulamışdı.
10 min nəfərlik yemək, transgender operası...
Bu arada USAID-in layihələrinin dayandırılması siyasi tərəflər arasında ciddi qalmaqala yol açacaq kimi görünür. Belə ki, Konqresin bir qrup Demokrat Partiyasından olan üzvü USAID-in bloklanmasının qarşısını alan qanun layihəsi təqdim edib. Konqresin Demokrat nümayəndəsi Sara Yakobs USAID-in maliyyələşdirdiyi xarici yardımların dayandırılmasının qarşısının alınması məqsədi daşıyan 15 Demokrat üzvün dəstəklədiyi qanun layihəsi ilə bağlı yazılı açıqlama verib.
Qeyd edək ki, ABŞ hakimiyyəti USAID-in “Əl-Qaidə” təşkilatı üçün 10 min nəfərlik yemək alınması, Kolumbiyada transgender operası, Peruda transgender komiksləri, İrlandiyada LGBT myuzikl, Serbiyada işçi kollektivlərdə və işgüzar dairələrdə bərabərliyin və inklüzivliyin irəliləməsi, Qvatemalada cinsin dəyişdirilməsi və LGBT fəallığı və digər proqramları maliyyələşdirdiyinin üstünü açıb. USAID-in “Əl-Qaidə”nin gələcək lideri Ənvər Əl-Əvlakinin kollec təhsilinin maliyyələşdirməsi ilə bağlı xəbər də artıq təsdiqini tapıb.
“Böyük miqyaslı sosial fırıldaq” üçün...
Bir müddət öncə agentliyin yardım etdiyi Amerikanın “Politico”, “The New York Times” qəzetləri və “Associated Press” informasiya agentliklərinin maliyyələşməsinin dayandırıldığı elan edilmişdi. İlon Mask Britaniyanın “Reuters” xəbər agentliyinin də ABŞ hökumətindən milyonlarla dollar ödəniş aldığını iddia edib. Maskın sözlərinə görə, Britaniyanın “Reuters” xəbər agentliyi 2018-2022-ci illər arasında ABŞ hökumətindən milyonlarla dollar ödəniş alıb. İş adamı bununla bağlı “X” sosial media hesabındakı paylaşımında bildirib. Mask ABŞ hökumətinin xərclərini sənədləşdirən vebsayta əsaslanan başqa bir yazıya istinad edərək, “Reuters” agentliyinə “böyük miqyaslı sosial fırıldaq” üçün ABŞ hökuməti tərəfindən milyonlarla dollar ödənilib. Bunlar tam fırıldaqlardır” deyib.
İstinad edilən yazıda bildirilib ki, Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) araşdırmaları nəticəsində Müdafiə Nazirliyinin 2018-2022-ci illər arasında “Reuters”ə 9 milyon dollarlıq “müəmmalı ödənişlər” etdiyi üzə çıxıb.
Eləcə də Mask “X” hesabında İctimai media təşkilatı tərəfindən aparılan yeni araşdırmanın nəticələri ilə bağlı “Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən idarə olunan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabat Layihəsinin (OCCRP) 2019-cu ildə Trampın impiçmenti məsələsinin arxasında dayandığını açıqlayıb. Qeyd olunub ki, OCCRP Tramp və onun tərəfdaşlarının Rusiya bankçılığı və Rusiyanın çirkli pulların yuyulması fəaliyyətləri ilə əlaqəsi olması barədə əsassız fikirlərin təbliğində “əhəmiyyətli rol oynayıb”.
Vurğulayaq ki, OCCRP dünyada əsasən şər-böhtan yaymaqla məşğul olan, böyük pullar qarşılığında fərqli maraqları təmsil edən “təşkilat” kimi tanınır. Araşdırmalar nəticəsində OCCRP-nin maliyyə fəaliyyətinin USAID ilə əlaqəli olduğu və OCCRP-nin yarandığı gündən ABŞ hökumətindən 47 milyon dollar aldığı üzə çıxıb.
700-dən artıq media orqanı, 300-ə yaxın QHT, 6 mindən çox jurnalist...
Qeyd edək ki, USAID-in ifşası zamanı üzə çıxan faktlar mühüm rəqəmlərlə müşayiət olunur - USAID dünya üzrə nüfuzlu mediaları maliyyələşdirib:
- “The New York Times”: 2024-cü ildə 3,1 mln.dollar ayrılıb;
- “Politico” 8 mln. Dollar;
- “Associated Press” 19 mln.dollar;
- BBC 2,6 mln.funt;
- “Reuters” 9 mln.dollar;
- “Frans-Press” 447 min dollar.
Ümumilikdə, 700-dən artıq media orqanı, 300-ə yaxın media sahəsində çalışan QHT və 6 mindən çox jurnalist USAID tərəfindən imaliyyələşdirilib. Fevralın 6-dan ABŞ hökuməti bu təşkilat vasitəsilə “The New York Times”, “Politico” və “Associated Press”in maliyyələşdirilməsini dayandırıb. Hesabata görə, yalnız Ukraynada medianın 90 faizi USAID tərəfindən maliyyələşdirilib - 2024-cü ildə USAİD Ukraynadakı proqramlarına 6 milyard dollardan artıq vəsait xərcləyib.
USAID Bosniya və Hersoqovinada 246 milyon 180 min dolları “itirib”...
USAID-in fəaliyyəti ilə bağlı daha bir Avropa ölkəsi öz daxilində araşdırmaya başlayacaq. Belə ki, USAID-in Bosniya və Herseqovinadakı fəaliyyəti və xərcləri araşdırılacaq. Ölkənin maliyyə və xəzinə naziri Srdan Amidziç ABŞ Beynəlxalq İnkişaf Agentliyinin ölkədəki fəaliyyəti və xərcləmələri ilə bağlı araşdırma aparılmasına göstəriş verdiyini açıqlayıb. Jurnalistlərə açıqlamasında Amidziç USAID ilə bağlı iddialardan sonra ictimaiyyəti məlumatlandırma ehtiyacı hiss etdiklərini bildirib. Amidziç ABŞ rəhbərliyinin verdiyi açıqlamadan USAID-in Bosniya və Herseqovinaya 402 milyon dollar göndərdiyini öyrəndiklərini və buna əsasən belə qərar verdiklərini bildirib: “Ancaq USAID-in Bosniya və Herseqovinada göstərdiyi xərclər cəmi 155 milyon 820 min dollar təşkil edir. Bu halda 246 milyon 180 min dolların necə olduğu, nəyə xərcləndiyi və bu pulun necə idarə olunduğuna dair heç bir məlumat və ya iz yoxdur. Bundan əlavə, USAID-in açıqladığı 54 layihəyə xərclənən 155 milyon 820 min dollar vəsaitin necə və hansı məqsədlə istifadə edildiyi ilə bağlı da heç bir izahat yoxdur”.
Bosniyalıların pullarının hara getdiyini bilmək hüququna malik olduğunu deyən Amidziç USAID-in iş üsulunu “qəribə” adlandırıb. Digər tərəfdən, Bosniya və Herseqovinadakı iki qurumdan biri olan Serb Respublikasının prezidenti Milorad Dodik açıqlamasında USAID və ABŞ-ın Sarayevo səfirliyinin xərcləri ilə bağlı araşdırmalara başlanılacağını bildirib.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

