Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Bavariyada hoteldəki yanğın nəticəsində 11 nəfər xəsarət alıb

Bavariyada hoteldəki yanğın nəticəsində 11 nəfər xəsarət alıb

05.10.2024 [16:59]

Almaniyanın Bavariya federal əyalətində yerləşən Bamberq şəhərindəki hoteldə baş vermiş yanğın nəticəsində azı 11 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır.

AZƏRTAC xəbər verir ki, “Bild” nəşri bu barədə şəhər polisinə istinadla məlumat yayıb. Xəsarət alanların üçü xəstəxanaya yerləşdirilib.

Yanğının cümə günü axşam saatlarında birinci mərtəbədəki mətbəxdə başladığı bildirilir. Hazırda 70-ə yaxın müştərinin yerləşdiyi hoteldə otaqların yaşayış üçün yararlılığı yoxlanılır. Hotel növbəti xəbərdarlığa qədər boşaldılıb.

Paylaş:
Baxılıb: 532 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30