Alkoqola yox!
03.10.2024 [10:45]
İnsanları fiziki və mənəvi uçuruma sürükləyən içki...
Dünya Alkoqolizmlə Mübarizə Günüdür
Spirtli içkilərin sağlamlığa mənfi təsirlərini saymaqla bitməz. Alkoqol asılılığı müasir cəmiyyətin ən böyük problemlərindən biridir. İndi hətta gənclər və yeniyetmələr arasında da alkoqola olan meyil ciddi narahatlıq doğurur. Bu içkilərə aludəlik dünyada vaxtından əvvəl ölüm və əlilliyin mühüm risk faktorlarından biridir. Belə ki, alkoqollu içkilər beyin hüceyrələrinə və neyronlara təsir edərək, onları fəaliyyətdən saxlayır. Bir çox hallarda beyindəki nazik damarların partlamasına, qanın laxtalanmasına səbəb olur.
Spirtli içkilər həmçinin qanın normal qaydada dövr etməsinin qarşısını aldığına görə infarktla nəticələnir. Bəzi hallarda isə beyində əzələlərin yığılmasına, şişlərə və qan təzyiqinin yaranmasına səbəb olur. Bu da bədən üzvlərinin iflic vəziyyətinə düşməsi ilə nəticələnir.
Dünya əhalisinin 45 faizi...
Hər zaman spirtli içkilərin sağlamlığa mənfi təsirləri barədə danışılır. Müxtəlif maarifləndirici məlumatlar verilir. Baxmayaraq ki, alkoqol qəbulu bir çox mədəniyyətlərdə və cəmiyyətlərdə ənənədir, lakin dünya əhalisinin 45%-i, qadınların isə 55%-i heç zaman alkoqol qəbul etməyib.
Yeri gəlmişkən, hər il oktyabrın 3-də müxtəlif ölkələrdə Dünya Alkoqolizmlə Mübarizə Günü kimi qeyd olunur. XIX əsrdə ABŞ-da həyatını sərxoşluqla mübarizəyə həsr edən ictimai xadim Con Finçin xatirəsinə həsr edilib. Həmin gün dövlət qurumları və ictimai təşkilatlar alkoqolizm problemlərinə, onun doğurduğu xəstəliklərə həsr edilmiş mühazirə, seminar və sərgilər təşkil edir, tədbirlərdə çıxış edən həkim-narkoloq, psixoloq və psixiatrlar alkoqolun sağlamlığa vurduğu zərər və ondan yaranan asılılıq barədə məlumat verirlər.
Spirtli içkilərin insan nəslinə təsiri...
Spirtli içkilər insanın spermatozoidlərinə və onları istehsal edən hüceyrələrdə xoşagəlməz təsirlər qoyur. Almaniyalı həkimləri sübut ediblər ki, spirtli içkilərin acınacaqlı təsirləri, hətta onlardan istifadə etməyən üç nəslə qədər davam edir. Spirtli içkilərə qurşanan şəxslərin nəsli azalaraq tamamilə kəsilə bilir. Amerikalı alim doktor Nalin bildirib ki, bir sağlam kişidən orta hesabla on bir sağlam övlad əmələ gələ bilər. Halbuki, spirtli içkilərə qurşanan şəxsdən 1-3 nəfər belə sağlam övlad dünyaya gəlmir. Dünyaya gələn övladlar da müxtəlif ruhi və fiziki xəstəliklərə, o cümlədən infarkt, əsəbilik, dəlilik, əql qüvvəsinin normal inkişaf etməməsi, qan azlığı və sair kimi xəstəliklərə düçar olur, daim ruhi və fiziki çatışmazlıqlardan əziyyət çəkirlər.
Alkoqol asılılığı olanlar içməyənlərə nisbətən 15 il az yaşayır
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə alkoqoldan sui-istifadə dünyada ölüm səbəbləri arasında 3-cü yeri tutur (birinci yerdə ürək-damar xəstəlikləri, ikinci yerdə isə onkoloji xəstəliklərdir). Alkoqoliklər içməyənlərə nisbətən 15 il az yaşayır. Onların yalnız 25 faizi 50 illik sərhəddi keçir.
Xoş əhval-ruhiyyə yaratmaq...
ÜST-ün məlumatına görə, alkoqoldan istifadəyə vadar edən müxtəlif səbəblər - yorğunluğu çıxarmaq, depressiyadan xilas olmaq, özündə xoş əhval-ruhiyyə yaratmaq, ovqatı yüksəltmək və sair göstərilir. Lakin alkoqolun mütəmadi istifadəsi orqanizmin ondan asılılığına səbəb olur. İstifadəçilər arasında keyfiyyətsiz spirt və alkoqolun yüksək miqdarda qəbulu nəticəsində baş verən ölüm hadisələri də az deyil.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 18:00
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51

