Çin-Avropa yük qatarlarının sayı 12 faiz artıb
22.09.2024 [23:41]
Çindən Avropaya və əksinə istiqamətdə hərəkət edən yük qatarlarının sayı yanvar-avqust ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq, 13 mini ötüb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Çin Dövlət Dəmir Yolu Qrupu” açıqlama yayıb. İlin 8 ayında Çin-Avropa istiqamətində yük qatarları ilə 1,4 milyon TEU ekvivalentində yük daşınıb ki, bu göstərici üzrə artım 11 faiz təşkil edib.
Qeyd edək ki, Çin ilə Avropa arasında dəmir yolu ilə yük daşımalarına 2011-ci ildən başlanılıb. Ötən müddətdə Çindən Avropanın və Asiyanın onlarla şəhərinə və əks istiqamətdə 93 mindən çox qatar səfər edib. Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verildikdən sonra Azərbaycandan keçməklə bir neçə yeni Çin-Avropa yük qatarı marşrutu istifadəyə verilib. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra şimal xətti üzrə dəmir yolu xəttində yaranmış çətinliklər logistika şirkətlərinin Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə - Orta Dəhlizə marağını əhəmiyyətli dərəcədə artırıb. Son vaxtlar Qırmızı dənizdəki təhlükəsizlik problemləri səbəbindən gəmilərin Çindən Avropaya səyahət müddəti ən azı 12 gün çoxalıb, nəticədə daşıma və sığorta xərcləri 2 dəfədən çox artıb.
Beynəlxalq ticarətdəki gərgin vəziyyət fonunda Çin-Avropa yük qatarları hər 2 istiqamət üzrə sabit, sürətli və sərfəli alternativ yaradıb. Bu kontekstdə Orta Dəhlizin əhəmiyyəti getdikcə daha qabarıq formada özünü göstərir. Hazırda Mərkəzi Asiya-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Qara dəniz və Türkiyə üzərindən keçməklə Çindən Avropaya bir neçə marşrut üzrə multimodal yük daşımaları həyata keçirilir. Çin-Avropa yük qatarlarının, xüsusən də Orta Dəhlizdən keçən qatarların əsas hissəsi Çinin Sian şəhərindəki quru yük terminalından çıxır. İyul ayından başlayaraq Sian limanından Bakıya Orta Dəhlizlə gündəlik müntəzəm konteyner blok qatarların göndərilməsinə başlanılıb. Sentyabrın 18-də Siandan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) vasitəsilə Avropaya daha bir yük qatarı xətti açılıb. Qatar Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Qara dəniz, Bolqarıstan, Serbiya, Macarıstan, Slovakiya və Çexiyadan keçməklə son təyinat nöqtəsi olan Manheym şəhərinədək (Almaniya) 11,3 min kilometr məsafə qət edəcək.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov bildirib ki, blok qatarları orta hesabla Çindən Azərbaycana 8-10, Gürcüstan limanlarına isə 12 gün ərzində çatdırılır. Bu ilin sonuna qədər Çindən Orta Dəhliz vasitəsilə 300-ə yaxın konteyner blok qatarının göndərilməsi planlaşdırılır ki, bu da təxminən 30 min TEU ekvivalentinə və ya 420 min tonadək yük həcminə bərabərdir.
Qazaxıstanın Baş naziri Oljas Bektenov Orta Dəhliz üzrə yük daşınmasının ötən il 65 faiz, bu ilin 8 ayı ərzində isə 69 faiz artaraq 2,9 milyon tona çatdığını açıqlayıb. Dünya Bankının proqnozlarına görə Orta Dəhliz üzrə daşınan yüklərin həcmi 2030-cu ilədək 10 milyon tona çatacaq.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

