Ağdam və Zəngilan məscidlərinə din xadimləri təyin olunub
06.08.2024 [18:42]
şğaldan azad olunmuş ərazilərdə Prezident İlham Əliyevin xüsusi diqqəti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən tarixi və dini-mədəni abidələrin bərpası proqramı çərçivəsində istifadəyə verilmiş Ağdam və Zəngilan məscidlərinə ilk dəfə din xadimləri təyin olunub.
Avqustun 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Ağdam şəhər Cümə məscidi və Zəngilan məscidinə imam vəzifəsinə təyin olunmuş Mehman Nəsirov və Müşfiq Fərzəliyevlə görüşüb.
Komitədən AZƏRTAC-a bildiriblər ki, görüşdə R.Məmmədov Qarabağ və Şərqi Zəngəzurda tikilən məscidlərə imamların təyin edilməsinin 30 ilə yaxın düşmən işğalında qalan torpaqlara yenidən həyatın qayıtdığını göstərən növbəti fakt olduğunu vurğulayıb. O qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Qələbədən sonra Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dini abidələrimizin, məscidlərimizin bərpası istiqamətində həyata keçirilən tədbirlər Azərbaycan dövlətinin və xalqının öz dini və tarixi-mədəni irsinə nə qədər bağlı olduğunu sübut edir.
Komitə sədri İslam dininin əsaslarının olduğu kimi insanlara çatdırılmasında, dini və ideoloji sahədə aparılan maarifləndirmə işlərində din xadimlərinin üzərinə mühüm vəzifələr düşdüyünü deyib. Diqqətə çatdırıb ki, azərbaycançılıq ideyalarının təbliği, milli-mənəvi dəyərlərin, tarixi-dini ənənələrin qorunması din xadimlərinin fəaliyyətinin əsas istiqamətlərini təşkil etməlidir.
Din xadimləri işğaldan azad olunmuş ərazilərdə tikilən məscidlərə təyin olunmalarından qürur duyduqlarını vurğulayıb, dövlət tərəfindən dinə və din xadimlərinə göstərilən qayğını yüksək dəyərləndirdiklərini vurğulayıb, məscidlər və dini icmaların fəaliyyəti ilə bağlı təkliflərini diqqətə çatdırıblar.
Xəbər lenti
Hamısına baxSiyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Sosial
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
İqtisadiyyat
06 Avqust 13:31
Elm
06 Avqust 13:17

