Gəncə şəhər İcra Hakimiyyətində təhsil işçilərinin konfransı keçirilib
09.09.2014 [09:34]
Dünən Gəncə şəhər İcra Hakimiyyətində təhsil işçilərinin konfransı keçirilib. Konfransda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək, bütün təhsil işçilərini qarşıdan gələn “Bilik günü” münasibətilə təbrik edib, onlara işlərində yeni-yeni nailiyyətlər arzulayıb. İcra Hakimiyyətinin başçısı Ulu öndər Heydər Əliyevin müəllimlərə xüsusi hörmət və ehtiramla yanaşdığını, hər zaman təhsilə önəm verdiyini söyləyib. O, Ümummilli liderin layiqli davamçısı, ölkə başçısı İlham Əliyev tərəfindən Azərbaycan elminin, təhsilin inkişafına, eyni zamanda, təhsil işçilərinə göstərilən qayğı və diqqətdən, Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi tədbirlərdən də ətraflı danışıb.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov Prezident İlham Əliyevin milli təhsilimizin inkişafı, Avropaya inteqrasiyası, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi naminə dövlət əhəmiyyətli, taleyüklü qərarlar imzalamasını, qarşıya qoyulan şərəfli məqsədin reallaşdırılması istiqamətində görülən vacib və zəruri işləri önə çəkib. Natiq, məktəbin cəmiyyətin inkişafı fövqündə olması üçün dövlətimizin müəyyən etdiyi tədbirlərin icrasında şəhərin təhsil işçilərinin fəal iştirakını diqqətə çatdırıb.
Tədbirdə “2013-2014-cü dərs ilinin yekunları və qarşıda duran vəzifələr” haqqında məruzə ilə çıxış edən Təhsil İdarəsinin müdiri Zakir Hüseynov hazırda dövlətin təhsil siyasətinin prioritet sahələrindən biri kimi hər bir vətəndaşın keyfiyyətli və fasiləsiz təhsil alması imkanının təmin edilməsindən, təhsil sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlərdən söhbət açıb. Qeyd edib ki, son illər ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı, həmçinin, Heydər Əliyev Fondunun dəstəyi ilə təhsil sahəsində köklü islahatlar aparılır. Bu islahatların həyata keçirilməsi nəticəsində ölkəmizin hər yerində, o cümlədən, Gəncədə ciddi yeniləşmə və müasirləşmə prosesləri gedir.
Konfransda o da qeyd olunub ki, ötən tədris ilində şəhəriin 31, 25, 12 nömrəli tam orta məktəblərinin əsaslı təmirdən sonra açılışı olub, 16 və 32 nömrəli tam orta məktəblərdə yeni korpus, Uşaq Yaradıcılıq Mərkəzinin yeni binası şagirdlərin istifadəsinə verilib. Bu tədris ilində isə 4, 26, 39 və 40 nömrəli tam orta məktəblər şagirdlərin istifadəsinə veriləcək.
Hazırda Təhsil İdarəsinin yeni binasının tikintisi başa çatıb və yaxın günlərdə açılışı olacaq. Sanatoriya tipli internat məktəbdə, 14, 41 və 44 nömrəli tam orta məktəblərdə əsaslı təmir işləri davam edir. 39 nömrəli tam orta məktəbdə 1200 şagird yerlik korpuslar inşa edilir. 18 nömrəli tam orta məktəbdə istilik sistemləri yenidən qurulub, müasir qazanxanalar tikilib. 2011-ci ildən indiyədək 49 ümumtəhsil məktəbindən 35 məktəbdə əsaslı təmir işləri aparılıb, bunlardan son üç ildə 24 məktəb, əvvəlki 8 ildə isə 11 məktəb təmir olunub.
Təhsilə göstərilən ciddi münasibətin nəticəsidir ki, 2013-2014-cü dərs ilində XI sinfi bitirən 2334 nəfər şagirdin hər biri tam orta təhsil haqqında attestat alıb. O cümlədən, 4 nəfər məzun Qızıl medala layiq görülüb. Ali məktəblərə qəbul olunanların 179 nəfəri 500-dən yuxarı, 48 nəfəri 600-dən yuxarı, 14 nəfəri isə 650-dən yuxarı bal toplayaraq yüksək nəticələr əldə ediblər.
Tədbirdə müzakirə olunan məsələlərlə bağlı müvafiq qərar qəbul edilib.
Sonda 650-dən çox bal toplayan məzunlar mükafatlandırılıb və onlara qiymətli hədiyyələr verilib.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14

