Prezidentliyə namizədin dövlət başçısı kimi fəaliyyəti heç bir qanuna zidd deyil
10.09.2013 [09:41]
Azərbaycan müxalifətinin radikal qanadına mənsub olan dairələrin nümayəndələri Prezident İlham Əliyevin seçkiyə qədər dövlət başçısı kimi fəaliyyətini dayandırmasını və faktiki olaraq işləməməsini təklif edirlər. Məsələn, ölkəyə yeni gələn səfir öz etimadnaməsini Prezidentə təqdim etmək istəyirsə, gərək etməsin, gözləsin. Və ya maaşının artımını arzulayan vətəndaş bu fikirlərdən əl çəkməlidir, müxalifət hesab edir ki, olmaz. Yaxud yollarda nəqliyyat, ölüm hadisələrinin qarşısını almaq üçün yeraltı keçid, körpü istifadəyə hazırdırsa, gərək bağlı saxlansın. Piyadaların, avtomobil sürücülərinin keçid, körpü hazır ola-ola təhlükə ilə üz-üzə qalmasına göz yummaq olar, təki seçkiyə qədər açılmasın. Ölkənin təhlükəsizliyi və ya xarici siyasəti ilə bağlı vacib və təxirəsalınmaz hər hansı bir addım, tədbir, görüş bu əcaib təklif verənlərə görə ertələnməlidir. Bu siyahını çox uzatmaq mümkündür...
Bütün bunlara bir izah verilir ki, İlham Əliyev prezidentliyə namizəddir, nə iş görürsə xalqın dəstəyini qazanır, belə olmaz.
Siyasi mübarizədə nihilist və məntiqsiz mövqe nümayiş etdirən radikal müxalifətin “başbilənləri” bu dəfəki seçkilərdə bu tipli əcaib təklifləri ilə özlərini çox gülünc vəziyyətə qoyublar. Axı harada yazılıb ki, prezidentliyə namizəd olan hazırkı prezident dövlət başçısı səlahiyyətlərindən imtina etməlidir?
Müxalifətdə hesab edirlər ki, hələ təbliğat-təşviqat dövründən öncə əgər telekanallar prezidentin günlük fəaliyyəti ilə bağlı 50 saniyə, 1 dəqiqə xəbər verirsə, bu, normaldır, əks halda anormaldır. Telejurnalistikadan az da olsa baş çıxaran adam bu “arqumentə” sadəcə istehza ilə baxır. Çünki xəbər süjetinin xronometrajını xəbərin operativliyi, mahiyyəti müəyyən edir. Bu məntiqlə Prezident əgər Qarabağ danışıqları ilə bağlı xalqa mühüm mesaj çatdırmaq istəyirsə, o zaman onun danışığı efirdə yarımçıq kəsilməlidir ki, 50 saniyə keçdi...
Radikal müxalifətin nəzarətində olan KİV-dən düşməyən daha bir “arqument” var: təbliğat-təşviqat üçün Azərbaycan Respublikasının Seçki Məcəlləsi 21 gün vaxt verir, amma respublikanın 80-ə yaxın rayonu var, bəs hər bir rayonda olmaq üçün hakimiyyət vaxt qoymur. Adamdan soruşarlar ki, yaxşı, ötən prezident seçkilərindən keçən 5 il ərzində bu rayonlar niyə yada düşməyib? Bir az da dərinə getsək, 20 ildir hakimiyyət əleyhinə təbliğat aparan dairələr əgər bu illər ərzində haqqında bəhs etdiyi çoxsaylı tərəfdara, elektorata sahibdirsə, niyə gün dərdi çəkir? Əslində, bu, müxalifətin hansı gündə olduğunu göstərir. Seçkilərə hazırlıq seçki başa çatan günün səhəri başlayır. Deyəsən, bunu anlamırlar... Ona görə də radikal müxaliflər tarixçi Cəmil Həsənlini irəli verərək onun arxasında gizləniblər. Cəmil Həsənliyə niyə buna razı olub, bunu təftiş etməyəcəm, çünki prezident seçkisində namizəd kimi iştirak etmək vətəndaşa verilən konstitusion hüquqdur.
Politologiya elmi sübut edib ki, siyasətçi üçün nəzəriyyə ilə bərabər, praktika çox əhəmiyyətli rol oynayır. Tədqiqatçı-alim, politoloq olmaq, müəyyən nəzəri məsələləri öyrənmək, pafoslu nitqlər söyləmək dövlət idarəçiliyi kimi məsuliyyətli bir vəzifəni daşımaq üçün yetərli deyil. Nəzəriyyə ilə praktika vəhdətdə deyilsə, prezidentliyə iddialı olanın müəyyən idarəçilik təcrübəsi yoxdursa, nəticə yaxşı olmayacaq.
Bu səriştəsizlik özünü hər yerdə göstərir. Məsələn, Cəmil Həsənli deyir ki, “o vətəndaş ki, 1 manatını bizim seçki kampaniyamıza vermək qayğısı ilə yaşayacaq, o, bizim tərəfdarımızdır”. Tərəfdarları saymaq üçün hesabı yoxlamaq da olar: cəmi 509 manat. Əgər kimsə, 1 manat yox, 2 manat veribsə, onda tərəfdarları saymaq bir az da qəlizləşir...
Cəmil Həsənli bəlkə də müəllim kimi tələbələrinə pul gözü ilə baxmayıb, amma indi vətəndaşlara, məhz bu cür baxır, onları bu cür ayırır. Nə isə, gözdən düşmək çox pis şeydir...
Siyasətdə radikallığı özlərinə yol seçənlər gərək tarixdən ibrət alsınlar. Amma görünən budur ki, ibrət ala bilmirlər.
Mübariz Qurbanlı
YAP-ın İcra katibinin müavini,
millət vəkili
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31

