Qubadlı rayonunun Ermənistan hərbi birləşmələri tərəfindən işğalının 20-ci ildönümü qeyd olunub
31.08.2013 [09:24]
Avqustun 30-da Milli Təhlükəsizlik Nazirliyinin mədəniyyət mərkəzində Qubadlı rayonunun erməni hərbi birləşmələri tərəfindən işğalının 20-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların nümayəndələri və Qubadlı ziyalılarının iştirak etdikləri mərasimdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra “Yol gedir...Qubadlıya” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov qeyd edib ki, 1993-cü il avqustun 31-də Qubadlının erməni hərbi birləşmələri tərəfindən işğalı Ermənistanın 1988-ci ildən Azərbaycana qarşı başladığı təcavüzkar müharibənin tərkib hissəsidir. İşğalçı dövlətin hərbi təcavüzü ilə başlanmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin elə ilk günlərindən Qubadlı təcavüzkar Ermənistanın hədəfinə çevrilib. İşğalçılara qarşı döyüşlərdə rayonun müdafiəçiləri böyük şücaət göstəriblər. Bu ədalətsiz müharibədə 238 qubadlılı şəhid olub, döyüşlərdə xüsusilə fərqlənən 10 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
M.İsaqov bildirib ki, rayonun sakinləri yurd-yuvalarından didərgin düşərək məcburi köçkün kimi Sumqayıt şəhərində, eləcə də respublikanın 42 şəhər və rayonunda heç bir şəraiti olmayan binalarda məskunlaşıblar. Məcburi köçkünlüyün ilk vaxtlarında ciddi problemlərlə üzləşən rayon əhalisinə Ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı bu insanların həyat şəraitinə müsbət təsir göstərib.
Qeyd olunub ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli lider Heydər Əliyevin qaçqın və məcburi köçkünlərlə bağlı siyasətini yüksək səviyyədə davam etdirir. Dövlətimizin başçısının doqquz il əvvəl təsdiqlədiyi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində qaçqın və məcburi köçkünlərin həyat şəraiti əsaslı surətdə yaxşılaşdırılıb. Ötən illər ərzində qaçqın və məcburi köçkünlərin mənzil-kommunal və sosial problemlərinin həlli ilə bağlı davamlı iş aparılıb.
M.İsaqov deyib ki, köçkünlük illərində əsas məsələlərdən biri rayonun təhsil ənənələrinin qorunub saxlanması olub. Bu məqsədlə Qubadlı sakinlərinin daha sıx məskunlaşdığı Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunun ərazisində rayon təhsil şəbəkəsinin müasir tələblərə cavab verən maddi bazası yaradılıb. Bu illər ərzində 10 yeni məktəb binası inşa olunub, 22 məktəb əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Hər il məktəblərimizin 120-130 məzunu müxtəlif ali təhsil müəssisələrinə qəbul olunur. Xaricdə təhsil alan, Prezident təqaüdünə layiq görülənlər də az deyildir.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tədbirdə çıxış edərək bildirib ki, Azərbaycanda qaçqın və məcburi köçkünlərin ümumi sayı 1 milyon 200 min nəfərdir. Ermənistanın Azərbaycana vurduğu ziyanın həcmi də dəqiqləşdirilib. Beynəlxalq Qiymətləndiricilər Assosiasiyasının araşdırmaları nəticəsində bunun 300 milyard dollardan çox olduğu müəyyənləşdirilib.
Baş nazirin müavini deyib: “İşğal edilmiş rayonların əhalisi ötən iyirmi ildə öz ləyaqətlərini qoruyub saxlamışdır. Bu, asan məsələ deyildir. Çətin və dözülməz həyat şəraitində belə öz ləyaqətini, qürurunu və mənliyini uca tutmaq yalnız Azərbaycan xalqına məxsus xüsusiyyətdir. Təbii ki, belə bir xalqın gələcəyi çox yaxşı olmalıdır. Azərbaycanın qaçqın və məcburi köçkünləri üçün yaradılan şəraitin dünyanın heç bir yerində analoqu yoxdur. Bu gün dünyanın bütün münaqişə zonalarında ən yaxşı təmin olunan Azərbaycan qaçqın və məcburi köçkünləridir. Bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarı da öz çıxışlarında dəfələrlə bəyan etmişdir. Bu istiqamətdə işlər gələcəkdə də davam etdiriləcəkdir”.
Ə.Həsənov məlumat verib ki, ilin sonunadək məcburi köçkünlər üçün tikilən qəsəbələrin sayı 82-yə, köçürülən əhalinin sayı isə 180 min nəfərə və 35 min ailəyə çatdırılacaq. Bu işlərin 90 faizindən çoxu son 10 il ərzində həyata keçirilib. O, əminliklə vurğulayıb ki, dövlətimizin başçısı Azərbaycanı bütün dünyanın maraq mərkəzinə çevirə bilibsə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin də həllinə nail olacaq.
Baş nazirin müavini çətin vaxtlarda Azərbaycan xalqı ilə birlikdə olduqlarına, köməklərini əsirgəmədiklərinə görə beynəlxalq humanitar təşkilatların nümayəndələrinə minnətdarlığını bildirib.
Tədbirdə ölkəmizdə bütün istiqamətlərdə, o cümlədən ordu quruculuğu sahəsində qazanılmış uğurlardan da söz açılıb. Çıxışlarda belə bir əminlik ifadə olunub ki, Azərbaycanın güclü, qüdrətli ordusu ölkəmizin ərazi bütövlüyünü təmin etməyə qadirdir və işğalçıları torpaqlarımızdan qovub çıxaracaq. Bütün məcburi köçkünlər kimi, Qubadlı sakinləri də doğma yurdlarına qayıdacaqlar.
Anma mərasimi “Uzun sürməz bu həsrət” ədəbi-bədii kompozisiyası ilə başa çatıb.
Tədbir iştirakçıları, həmçinin mədəniyyət mərkəzinin foyesində Qubadlı rayonunun işğaldan əvvəlki və sonrakı dövrünü əks etdirən fotostendə də baxıblar.
Xəbər lenti
Hamısına baxSosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
İqtisadiyyat
31 Oktyabr 10:49
MEDİA
31 Oktyabr 10:30
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

