/ / Mərkəzi Seçki Komissiyasının aşağı seçki komissiyalarının üzvləri üçün keçirdiyi kurslarda növbəti mühazirələr dinlənilib
Mərkəzi Seçki Komissiyasının aşağı seçki komissiyalarının üzvləri üçün keçirdiyi kurslarda növbəti mühazirələr dinlənilib
01.08.2013 [09:42]
Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının sədrləri üçün təşkil edilmiş seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar iyulun 31-də davam edib.
Tədbirdə “Seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri” mövzusunda mühazirə ilə çıxış edən Azərbaycan Respublikası baş prokurorunun birinci müavini Rüstəm Usubov bildirib ki, seçki komissiyalarının fəaliyyətinə müdaxilə edənlər - partiyalar, bələdiyyələr və digər təşkilatların nümayəndələri Cinayət Məcəlləsinə uyğun məsuliyyətə cəlb oluna bilərlər.
Rüstəm Usubov diqqətə çatdırıb ki, 2005-ci ildə keçirilən parlament seçkilərinin nəticələri ilə bağlı Baş Prokurorluğa 365 müraciət daxil olub. Həmin müraciətlərin 102-si MSK-dan, 35-i dairə seçki komissiyalarından, 4-ü partiyalar blokundan, 31-i hüquq mühafizə orqanlarından, 193-ü isə vətəndaşlardan daxil olub. Həmin vaxt 20 dairə seçki komissiyaları ilə bağlı cinayət işi qaldırılıb. Eyni zamanda, 10 dairə seçki komissiyalarının nəticələri ləğv edilib. Dörd dairə seçki komissiyasının nəticəsi MSK, altı dairə seçki komissiyasının nəticəsi isə Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilib.
Azərbaycanda 2008-ci ildə keçirilmiş prezident seçkiləri zamanı Baş Prokurorluğa heç bir müraciətin daxil olmadığını deyən Rüstəm Usubov vurğulayıb ki, 2010-cu ildə parlament seçkiləri ilə bağlı 89 müraciət qeydə alınıb. Həmin müraciətlərin 83-ü MSK-ya və dairə seçki komissiyalarına göndərilib, 5-i ilə bağlı şərh verilib. Bir müraciətlə bağlı isə cinayət işi açılıb. Qanun pozuntularının sayının azalması seçki komissiyalarının işinin düzgün qurulmasının nəticəsi kimi də qiymətləndirilə bilər.
Baş prokurorun birinci müavini deyib ki, prokurorluq orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, sosial vəziyyətin yaxşılaşdırılması, korrupsiyaya qarşı mübarizə istiqamətində ciddi işlər görülüb. Korrupsiyaya qarşı mübarizədə ciddi islahatlar aparılmaqla səmərəlilik gücləndirilib və kompleks tədbirlər həyata keçirilib. O deyib: “Hüquqpozmaların sahələri müəyyənləşdirilərək aidiyyəti üzrə göndərilib. Korrupsiyaya qarşı mübarizə sahəsində ictimai qurumlar QHT-lərlə əməkdaşlıq edərək əhəmiyyətli işlər görüblər. Bunun nəticəsində bəzi beynəlxalq təşkilatlar Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi mübarizə tədbirlərini səmərəli hesab ediblər”.
“Elektron hökumət” layihəsi çərçivəsində yaradılmış “Elektron sənəd dövriyyəsi” sistemi sahəsində bir sıra işlərin görüldüyünü deyən Rüstəm Usubov qeyd edib ki, korrupsiyaya qarşı mübarizədə inzibati tədbirlər və sistem xarakterli addımlar atılır. “ASAN xidmət” mərkəzlərinin yaradılmasının da məqsədi korrupsiyaya qarşı mübarizənin gücləndirilməsidir. Korrupsiyaya qarşı mübarizədə şəffaflığın artırılmasında İKT sahəsinin inkişafı çox mühümdür. Baş Prokurorluq tərəfindən 2013-cü ildə “Azərbaycan Respublikasında qeydə alınmış cinayət xarakterli məlumatlar üzrə cinayət təqibinin nəticələrinə dair Elektron cinayət” İnformasiya Proqramı da yaradılıb. Bu, prokurorluq orqanlarının işinin daha da asanlaşdırılmasında əvəzsiz rol oynayır.
MSK sədrinin müavini Natiq Məmmədov “Vətəndaşların seçki hüquqlarının pozulmasına aid müraciətlərə baxılması” mövzusunda mühazirə ilə çıxış edib. Bildirib ki, artıq Mərkəzi Seçki Komissiyasında vətəndaşların müraciətlərinin araşdırılması üçün mexanizm qurulub. Vətəndaşların seçki hüquqlarının pozulmasına aid müraciətlərə baxılması məsələlərinə toxunan MSK sədrinin müavini vurğulayıb ki, son vaxtlar şikayətlərin azaldılması meylləri müşahidə olunur. Bu da maarifləndirmə işinin artırılması ilə bağlıdır.
Məntəqə seçki komissiyalarının vətəndaşlarla ən çox ünsiyyətdə olan seçki qurumu olduğunu xatırladan Natiq Məmmədov, burada çalışan şəxsləri diqqətli olmağa çağırıb. O deyib: “Məntəqə seçki komissiyalarının əsas fəaliyyət istiqamətləri seçiciləri müəyyənləşdirərək onların seçkidə iştirakını təmin etməkdir. Məntəqə seçki komissiyalarının şikayətlərə laqeyd yanaşmağa ixtiyarları yoxdur. Seçki günü isə məntəqə seçki komissiyaları əsas işlərini davam etdirməli, şikayətlərə də baxmağa çalışmalıdırlar”.
Natiq Məmmədov qeyd edib ki, Avropa Şurası Venesiya Komissiyasının tövsiyəsinə uyğun olaraq dairə seçki komissiyalarının qərarları açıq keçirilən iclaslarda elan olunmalıdır. Ancaq qanunvericiliyə görə, maraqlı tərəflər qərar verən şəxslərin mövqelərini bilməməlidirlər.
MSK sədrinin müavini dairə seçki komissiyalarında telefon və internetlə müraciətə baxılması prosedurunu da açıqlayıb. Bildirib ki, qeydiyyat kitabında şəxsin hansı saatda zəng etdiyi və hansı məsələ ilə əlaqədar müraciəti əksini tapmalıdır. Komissiyaların əsas fəaliyyəti seçiciləri müəyyən edərək onların səsverməsini təmin etməkdən ibarətdir. Lakin onların şikayətlərə laqeyd yanaşmağa da hüququ yoxdur. Ona görə də orada iki şikayət kitabı mövcuddur. Onlardan biri seçki günü edilən şikayətlər, digəri isə səsvermə gününədək olunan müraciətlər üçündür.
Dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar Azərbaycan Respublikasının Ali Məhkəməsində davam etdirilib.
“Seçki hüquqlarının məhkəmə müdafiəsi, mübahisələrin məhkəmə aidiyyəti. Bu sahədə məhkəmə təcrübəsi” mövzusunda çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev vətəndaşların Konstitusiya və qanunlarda nəzərdə tutulmuş seçki hüquqlarının məhkəmə müdafiəsinin səmərəliliyini artırmaq üçün mühüm işlərin görüldüyünü vurğulayıb.
Kursda seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat, seçki hüquqlarının müdafiəsi haqqında ərizələrin verilməsi və onlara baxılması qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda vətəndaşların seçki hüququnun etibarlı təmin edilməsi məsələləri ilə əlaqədar müzakirələr aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09

