Radikal müxalifətin növbəti böhtanı laçınlılar tərəfindən hiddətlə qarşılanıb
27.09.2012 [16:31]
“Azadlıq” qəzetinin 25 sentyabr tarixli sayında dərc olunmuş növbəti qərəzli materialda bu dəfə Laçın rayonundan olan insanlar barədə əsassız fikirlər yer alıb. Bu isə laçınlılarda böyük hiddət doğurub. Bu səbəbdən də, 478 nəfər laçınlı məcburi köçkün redaksiyamıza məktubla müraciət edərək, “Azadlıq” qəzetinə, eyni zamanda, “İctimai Palata”nın rəhbərliyinə öz etirazlarını çatdırıblar.
Müraciətdə deyilir ki, biz laçınlı ağsaqqal və ziyalılar “Azadlıq” qəzetinin 25 sentyabr tarixli sayında xalq arasında heç bir sosial dayağı olmayan, qondarma “İctimai Palata” adlı qurum altında birləşmiş radikal müxalifət üzvlərindən bəzilərinin laçınlılar adından danışaraq, verdikləri saxta məlumatlara kəskin etirazımızı bildirir, bunu rayonumuza qarşı qarayaxma kimi qiymətləndiririk: “Birmənalı olaraq bildiririk ki, rayon sakinləri adından danışmağa heç bir hüququ olmayan Rafiq Daşdəmirli və Əhməd Cəlaloğlu kimilərinin belə sərsəm çıxışları bütün rayon sakinləri tərəfindən hiddətlə qarşılanmışdır. Əli Kərimli, İsa Qəmbər və onların əlaltıları olan naşı siyasətbazlara üzümüzü tutub deyirik ki, onsuz da sizin xalq arasında heç bir dayağınız yoxdur, nahaq yerə növbəti axtarışa başlamısınız”.
Müraciətdə deyilir: “Bəsdir, bir dəfə xalqı aldadaraq hakimiyyətə gəldiyiniz. Xalqımız sizin kimi siyasətbazların səriştəsizliyi, naşılığı ucbatından düçar olduğu hakimiyyət böhranını, xaos və anarxiyanı hələ unutmamışdır. Məgər bu gün haqqın, ədalətin bərpasından, demokratiyadan, vətəndaş həmrəyliyindən danışan, xalqa özünü “vətənpərvər” göstərən sizin kimi müxalifətçilər deyildimi ki, Xocalı, Şuşa, Laçın və digər torpaqlarımız yağı düşmənlə üzbəüz qaldığı bir vaxtda, hakimiyyət davası edir, “qoçu” qismində saxladıqları hərbi birləşmələrini düşmənə qarşı çevirmək əvəzinə, Bakıya qaytarır, xalqı yalan vədlərlə aldadaraq çaş-baş salırdılar.
Acı təəssüf hissi ilə bildiririk ki, bu naşı siyasətbazların qısa fəaliyyəti zamanı ölkədə qaçqın və məcburi köçkün vəziyyətinə düşən soydaşlarımıza ikinci qrup insanlar kimi baxılır, onlar addımbaşı alçaldılaraq mənəvi əzaba məruz qoyulurdular. Heç tutduğunuz bu əməllərdən utanırsınız?
İndi hansı üzlə yenidən laçınlıların adını tutur, onlara müraciət edirsiniz. Biz sizin əməllərinizə, mənəvi cılızlığınıza yaxşı bələdik. Nəinki laçınlılar, digər rayon sakinlərinin də heç biri sizə heç zaman dəstək olmayacaq.
Haqlı olaraq, sizin kimi siyasətbazlardan birdəfəlik üz döndərən xalqımız düçar etdiyiniz o çətin anlarda yeganə düzgün seçim edərək, onu bir çox bəlalardan qorumuş Ulu öndər Heydər Əliyevə üz tutdu. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı isə nəinki məcburi köçkünlərdə, eləcə də, bütün ölkə vətəndaşlarında yaşamaq əzmini və qurub-yaratmaq amalını yenidən özünə qaytardı. Ölkəmiz fəaliyyətsizliyiniz ucbatından düçar olduğu hakimiyyətsizlikdən, xaos və anarxiyadan, qardaş qırğınından qurtuldu. Vahid komandanlıq altında birləşdirilən ordu qüvvələri cəbhə bölgəsində bir sıra ərazilərimizi düşməndən azad etdi”.
Laçınlılar birmənalı olaraq bildirir ki, artıq bu gün Rafiq Daşdəmirli, Əhməd Cəlaloğlu kimiləri ölkəmizdə sürətli inkişafın, dayanıqlı sabitliyin, əmin-amanlığın bərqərar edildiyi bir vaxtda “biz də varıq” deməklə sadə insanları aldatmağa yenidən cəhd göstərə bilməzlər: “İndi xalqımız kimin kim olduğunu yaxşı bilir və özünün əbədi Ümummilli lideri olan Heydər Əliyev ideyaları ətrafında sıx birləşmişdir.
Qürurla qeyd edirik ki, 2003-cü ildən Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hakimiyyəti xalqa xidmət etmək üçün bir fürsət hesab edən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin yorulmaz fəaliyyəti sayəsində ölkəmizdə işsizliyin aradan qaldırılması, günbəgün yeni və müasir müəssisələrin fəaliyyətə başlaması, xalqımızın rifah halının daha da yaxşılaşdırılması, ölkəmizin bir çox mötəbər yarışlara ev sahibliyi etməsi, anbaan gözəlləşən paytaxtımızın gələn qonaqları heyran etməsi hər bir azərbaycanlı kimi laçınlıların da qəlbində iftixar hissi yaradır.
Minnətdarlıq hissi ilə bildiririk ki, Prezident İlham Əliyevin ata-baba torpaqlarından didərgin salınmış insanlara daha həssaslıqla yanaşmasını, respublikamızın ərazisindəki bütün çadır şəhərciklərinin ləğv edilərək əvəzində abad qəsəbələr salınmasını, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitlərinin və məşğulluqlarının daim artırılmasını yüksək qiymətləndiririk. Xüsusilə, bu diqqət və qayğının bariz nümunəsi kimi, 24 dekabr 2011-ci ildə 50 yaşının tamam olduğu bir gündə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvəqqəti məskunlaşdığımız Ağcabədi rayonu Taxta körpü ərazisinə səfəri, laçınlı məcburi köçkünlər üçün inşa edilmiş 552 evdən ibarət, bütün infrastruktura malik, qəsəbənin açılışında iştirak etməsi hər bir laçınlının yaddaşına ən əziz xatirə kimi əbədi həkk olundu”.
Müraciətdə, həmçinin, vurğulanır ki, bu gün də hər bir laçınlı Prezident İlham Əliyevin ətrafında sıx birləşib və qəti əmindirlər ki, ölkə Prezidentinin apardığı müdrik və qətiyyətli siyasət nəticəsində tezliklə işğal altındakı torpaqlarımız azad ediləcək, bütün məcburi köçkünlər kimi biz də ata-baba yurdlarımıza qayıdacağıq: “Birmənalı şəkildə bəyan edirik ki, nə Rafiq Daşdəmirlini, nə də Əhməd Cəlaloğlunu tanıyırıq. Belələrinə qəti xəbərdarlıq edirik ki, bir daha bu cür hərəkətlərə yol verməsinlər. Çünki bu, bütün laçınlılara xəyanətdir”.
Müraciətin sonunda vurğulanır: “Qətiyyətlə qeyd edirik ki, hər zaman olduğu kimi, bu gün də bütün laçınlıların ardınca getdikləri, ümid və inamlarını bağladıqları yeganə siyasi qüvvə Yeni Azərbaycan Partiyasıdır. Məhz bunun nəticəsidir ki, rayonda yeganə mənzil qərargahı olan Yeni Azərbaycan Partiyasının rayon təşkilatının hazırda üzvlərinin sayı artaraq 3000 nəfəri ötüb. Biz laçınlı ağsaqqal və ziyalılar xalq arasında nüfuz və dayaqlarını itirmiş radikal müxalifət nümayəndələrinə üzümüzü tutaraq bir daha bildiririk ki, Prezidentimiz İlham Əliyevin çoxşaxəli fəaliyyəti sayəsində ölkəmizdə formalaşmış milli birliyi, dövlət və vətəndaş həmrəyliyini heç bir qüvvə sarsıda bilməyib, bundan sonra da sarsıda bilməyəcək”.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

