Bakıda müəyyənləşən strategiya
18.12.2024 [10:27]
“S&P” agentliyi COP29-un mühüm nəticələrinə əsaslanaraq yeni reytinq yanaşması tətbiq edəcək
“S&P Global Ratings” (“S&P”) beynəlxalq reytinq agentliyi Azərbaycanda keçirilən COP29 Zirvə sammitində əldə edilmiş müsbət nəticələri nəzərə alaraq COP-la bağlı reytinq tərtibatına yenilənmiş yanaşma təqdim edib. Belə ki, COP29-da əldə olunan ən mühüm nəticələrdən biri kimi kollektiv iqlim maliyyələşdirilməsi və şəffaflıq platformasının yaradılması agentliyin reytinq baxışlarını da yeniləməyə sövq edib. “S&P Global Ratings” hesab edir ki, Bakıda iqlim ailəsi üçün geniş imkanlar aça biləcək maliyyə fondunun yaradılması, dövlət və özəl mənbələrdən hər il 300 milyard dollar məbləğində vəsaitin ayrılmasına dair anlaşmanın əldə olunması əvvəlki COP hədəfinin üç qatı olmaqla qlobal karbon emissiyasının azaldılması istiqamətində mühüm addım olacaq.
Borc alətlərinə yeni baxış
Hesabatda vurğulanır ki, COP29-dan sonra ölkələrin öz Milli Müəyyənləşdirilmiş Töhfələrini (NDCs) və iqlim dəyişikliyinə uyğunlaşma planlarını yenidən nəzərdən keçirəcəyi nəzərdə tutulub ki, bu addımlar fiziki iqlim risklərinə məruz qalan ölkələr üçün, orta və uzunmüddətli hədəflərə yönəldiləcək. “S&P” hesab edir ki, daha iddialı maliyyə hədəfləri ölkələri daha iddialı planlar hazırlamağa sövq edə bilər ki, bu da iqtisadiyyatın əsas sektorlarına, xüsusən də inkişaf etməkdə olan ölkələrə əhəmiyyətli təsir göstərəcək. Dayanıqlı maliyyə infrastrukturunun qurulması ekoloji maneələrin aradan qaldırılması və xalis sıfır emissiya məqsədlərinə nail olunması yolunda mühüm töhfə verəcək.
“S&P”-nin ekspert qrupu hesab edir ki, maliyyələşmə institutunun fəaliyyətə başlaması iqlim dayanıqlılığına həssas ölkələrin borc alətlərinin də qiymətləndirilməsinə yeni baxışı formalaşdırır. Bu baxımdan iqlim fəsadlarına məruz qalan ölkələr üçün maliyyə donorluğunun təmin edilməsi həm də borcların restrukturizasiyasını meydana çıxarır ki, COP-un reytinq qiymətləndirməsində yanaşmanın dəyişdirilməsi zərurəti yaranır.
Azərbaycanın iradəsi sayəsində
Göründüyü kimi, COP29 sammiti Azərbaycanın qlobal miqyaslı mötəbər tədbirə olduqca peşəkarcasına və məsuliyyətlə hazırlaşdığını, builki tədbirin əvvəlki COP toplantılarına nisbətən daha mütəşəkkil və fəal müzakirələr, geniş məsləhətləşmələr ruhunda davam etdiyini bir daha təsdiqləyir. Ən mühüm hadisələrdən biri kimi Paris sazişinin 6,4 maddəsi (karbon bazarları) üzrə razılaşmanın əldə olunması Azərbaycanın COP hərəkatında yeni cığır açdığını göstərir.
COP29-dan əsas gözləntilərin biri dayanıqlı maliyyələşmə arxitekturasının qurulmasıdır. Sammitdə bu istiqamətdə də iradəli təşəbbüslər ortaya qoyuldu və artıq beynəlxalq maliyyə korporasiyaları və bank strukturları iqlim dəyişiklərinin fəsadlarına qarşı mübarizə məqsədilə öz maliyyə töhfələrini artıracağına dair yekun razılaşma sənədi imzalandı. Həmçinin, İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun (İMFF) yaradılması inkişaf etməkdə olan ölkələrdə iqlim maliyyələşməsinin mühüm sütunu olan “İqlim Dəyişmələri üzrə İtki və Zərər Fondu”na vəsait ayrılmasına da hüquqi-iqtisadi təminat yaratdı. Azərbaycanın iradəsi sayəsində qlobal iqlim dəyişmələri ilə bağlı mübarizə tədbirlərində həlledici rol olan digər maliyyələşmə mexanizmləri də təmin edilib.
Beynəlxalq təşkilatlar strateji qərarlarını Bakı sazişlərinə uyğunlaşdırır
Sessiya çərçivəsində Bakı Maliyyə Məqsədinin yekdilliklə dəstəklənməsi inkişaf etməkdə olan ölkələrə 2035-ci ilə qədər 1,3 trilyon dollar məbləğində iqlim maliyyəsi portfelinin formalaşması və maliyyənin təmin edilməsi öhdəliyini qoyur. İqlim kapitalı fondunun öhdəlik ssenarisinə əsasən, 2035-ci ilə qədər ehtiyac olan ölkələr blokuna hər il ən azı 300 milyard dollar vəsaitin səfərbər olunması nəzərdə tutulur. Sammitdə bu istiqamətdə digər iradəli təşəbbüslər ortaya qoyuldu və artıq beynəlxalq maliyyə korporasiyaları və bank strukturları iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizə məqsədilə öz maliyyə töhfələrini artıracağına dair ümidverici bəyanatlar səsləndirdi. Məsələn, Dünya Bankı maliyyə töhfəsini 170 milyarda çatdıracağını bildirib. Eləcə də Avstraliya və İsveç Fonda 730 milyon dollar töhfə verəcək.
Ümumilikldə, Azərbaycanın məsuliyyətli ölkə kimi üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirərək beynəlxalq iqlim çağırışları ilə bağlı nümunəvi modelləri ortaya qoydu. COP29 sammitindən bir aya yaxın müddət keçməsinə baxmayaraq, ölkəmizin təşəbbüskarlığı ilə əldə olunmuş mühüm nəticələr iqlimlə bağlı növbəti fəaliyyət planlarının yol xəritəsini təşkil etməkdədir. Bakıda müəyyənləşən strategiya, eyni zamanda, beynəlxalq iqtisadi qurumların, reytinq agentliklərinin, o cümlədən “S&P”-nin hesabatlarında da yeni iqlim dəyərləndirmələrini labüdləşdirib. Bu, Azərbaycanın COP hərəkatınıda yaratdığı yeni reallıqlardır və beynəlxalq təşkilatların strateji qiymətləndirmə metodologiyasını Bakı sazişlərinə uyğunlaşdırması deməkdir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
22 Oktyabr 08:13
Sosial
22 Oktyabr 08:02
Sosial
22 Oktyabr 08:01
Sosial
21 Oktyabr 23:52
Siyasət
21 Oktyabr 23:44
Siyasət
21 Oktyabr 22:42
Siyasət
21 Oktyabr 21:41
Siyasət
21 Oktyabr 21:15
Dünya
21 Oktyabr 20:57
Siyasət
21 Oktyabr 20:38
Sosial
21 Oktyabr 20:25
Dünya
21 Oktyabr 20:23
Gündəm
21 Oktyabr 19:46
YAP xəbərləri
21 Oktyabr 18:20
Gündəm
21 Oktyabr 18:09
İqtisadiyyat
21 Oktyabr 17:51
Hadisə
21 Oktyabr 17:39
Gündəm
21 Oktyabr 17:39
Siyasət
21 Oktyabr 17:38
YAP xəbərləri
21 Oktyabr 17:27
Dünya
21 Oktyabr 16:50
Sosial
21 Oktyabr 16:48
Hadisə
21 Oktyabr 16:47
İqtisadiyyat
21 Oktyabr 16:47
Sosial
21 Oktyabr 16:46
Mədəniyyət
21 Oktyabr 16:45
YAP xəbərləri
21 Oktyabr 16:32
Dünya
21 Oktyabr 15:49
Siyasət
21 Oktyabr 15:40
Siyasət
21 Oktyabr 15:33
Dünya
21 Oktyabr 14:48
Gündəm
21 Oktyabr 14:41
YAP xəbərləri
21 Oktyabr 14:07
YAP xəbərləri
21 Oktyabr 12:56
Dünya
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:44
YAP xəbərləri
21 Oktyabr 12:20
YAP xəbərləri
21 Oktyabr 11:38
Gündəm
21 Oktyabr 11:07
İqtisadiyyat
21 Oktyabr 11:06
İqtisadiyyat
21 Oktyabr 10:49
Siyasət
21 Oktyabr 10:46
Siyasət
21 Oktyabr 10:33
Hadisə
21 Oktyabr 10:08
Siyasət
21 Oktyabr 09:11
Siyasət
21 Oktyabr 09:00
Mədəniyyət
21 Oktyabr 08:54
Ədəbiyyat
21 Oktyabr 08:38
YAP xəbərləri
20 Oktyabr 23:02
İdman
20 Oktyabr 22:46
İdman
20 Oktyabr 22:13
Dünya
20 Oktyabr 21:07
YAP xəbərləri
20 Oktyabr 20:49
Dünya
20 Oktyabr 20:42
Mədəniyyət
20 Oktyabr 20:10
İdman
20 Oktyabr 19:10
İqtisadiyyat
20 Oktyabr 18:49
İqtisadiyyat
20 Oktyabr 18:32
İqtisadiyyat
20 Oktyabr 18:11
Sosial
20 Oktyabr 17:59
YAP xəbərləri
20 Oktyabr 17:40
İqtisadiyyat
20 Oktyabr 17:28
Sosial
20 Oktyabr 16:43
Dünya
20 Oktyabr 16:22
Sosial
20 Oktyabr 16:17
Gündəm
20 Oktyabr 16:12
Mədəniyyət
20 Oktyabr 16:11
YAP xəbərləri
20 Oktyabr 16:11
Dünya
20 Oktyabr 15:51

