Dünya ölkələrinin QHT-ləri COP29-u yüksək qiymətləndirir
30.11.2024 [09:44]
COP29 QHT Koalisiyası “Baku dönüşü” ilə əlaqədar bəyanat yayıb
Hazırda bütün dünyada qlobal istiləşmənin, ekologiyanın xeyli dərəcədə çirklənməsinin qarşısıalınmaz fəsadlara yol açması ciddi narahatlıq doğurur. Getdikcə daha təhlükəli hal alan qlobal təhdidlər təxirəsalınmaz tədbirlər görülməsini, ölkələrin və beynəlxalq təşkilatların səylərini gücləndirmələrini, koordinasiyalı fəaliyyət göstərilməsini zərurətə çevirib. Ötən ilin dekabrında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində, Prezident İlham Əliyevin də iştirak etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammiti problemin həll yollarının müzakirəsi baxımından vacib platforma olmuşdu. Həmin tədbirdə COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı qərarın verilməsi həqiqətən də, Azərbaycanın bu sahədə fəal təşəbbüslərinin və ortaya qoyduğu ciddi nəticələrin dünya birliyi tərəfindən yüksək dəyərləndirilməsinin göstəricisi idi.
Bu il 11-23 noyabr tarixlərində Azərbaycan dünyanın miqyası baxımından ən böyük tədbiri olan COP29-a uğurla ev sahibliyi etdi. BMT-nin bu mötəbər tədbirində iştirak edən dövlət və hökumət başçıları da bu reallığı vurğulayıblar. Müstəqil ölkə olaraq 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un yüksək səviyyədə keçirilməsi ilə bağlı bütün qonaqlardan müsbət qiymət almaq yüksək təşkilatçılığın nəticəsidir.
100-dən çox ölkədən 500-ə yaxın QHT-nin bəyanatı...
İqlim dəyişiklikləri artıq bütün dövlətlər qarşısında qlobal çağırış olaraq dayanır. Buna görə də deyə bilərik ki, dünyada ən irimiqyaslı tədbir olan COP-un keçirilməsi birtərəfli məsələ deyil. İqlim dəyişikliyi məsələsində beynəlxalq ictimaiyyət, dünya ölkələrinin üzərinə böyük iş və məsuliyyət düşür. Etibarlı tərəfdaş olan Azərbaycan həmişə olduğu kimi, bu dəfə də öz üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirdi. Ölkəmizin ev sahibliyi etdiyi COP29-da qəbul olunan qərarlar iqlim dəyişikliyi ilə bağlı yeni yanaşmaların yaranmasına və müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığa imkan verir. Bu nöqteyi-nəzərdən ölkəmizdə keçirilən COP29 mühüm beynəlxalq platformaya çevrildi. Prezident İlham Əliyevin dediyi kimi, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək.
Yeri gəlmişkən, noyabrın 28-də COP29 QHT Koalisiyası “Baku dönüşü” ilə əlaqədar bəyanat yayıb. 100-dən çox ölkədən 500-ə yaxın vətəndaş cəmiyyəti təsisatını özündə birləşdirən COP29 QHT Koalisiyası COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətini təbrik edib, ölkəmizin COP29 Sədrliyi ilə yeni iqlim maliyyəsinin müəyyənləşdirilməsi, Paris Sazişinin 6-cı maddəsinin işə salınması, İtki və Zərər Fondunun fəaliyyətə başlaması kimi vacib əhəmiyyət daşıyan qərarların qəbul olunmasını mühüm irəliləyiş hesab edib.
Bəyanatda bildirilir ki, COP29 QHT Koalisiyası üzvlərinin 84 faizi ən az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin vətəndaş cəmiyyətini təmsil edir: “Təbii ki, yeni iqlim maliyyəsi ilə bağlı sənəddə əksini tapmış məbləğin daha yüksək olmasını istəyərdik. Lakin biz müxtəlif rəyləri olan 198 tərəfin iştirakı ilə verilən bu ümumi qərarın hansı çətinliklər və gərgin müzakirələr hesabına ərsəyə gəldiyini dərk edirik. Hesab edirik ki, bu razılığın əldə olunması kollektiv səylərin nəticəsidir və Bakı üçün tarixi bir andır. Əminik ki, sənəddə maliyyə artımı ilə bağlı yer alan çağırış COP prosesində gələcək danışıqların mühüm istinad nöqtəsi olacaq. Biz post-COP29 dövründə də iqlim fəaliyyətinin gücləndirilməsi istiqamətində fəal iş aparacaq, COP29 mirasından bəhrələnəcək, bu istiqamətdə strateji xətti davam etdirmək üçün səylərimizi əsirgəməyəcəyik”.
Koalisiya post-COP29 dövründə də fəal olacaq
Xatırladaq ki, COP29 QHT Koalisiyası bu ilin yayında Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə yaradılıb. COP29 dövründə Koalisiyaya qoşulanların sayı xeyli artıb, onların bir hissəsi COP-da xüsusi müşahidəçiliyi olan təşkilatlardır. Azərbaycan COP29-da iştirak imkanı olan və bu imkana malik olmayan Qlobal Cənub regionu üzrə QHT-lər üçün bu Koalisiya vasitəsilə inklüziv mühit formalaşdırıb. COP29 QHT Koalisiyası müntəzəm əsasda hibrid görüşlər keçirir. Bəyanatdan da aydın görünür ki, Koalisiya post-COP29 dövründə də fəal olacaq.
Ümumiyyətlə, son vaxtlar Azərbaycan QHT-lərinin təşəbbüslərinə xarici QHT-lər tərəfindən güclü dəstəyin verilməsi müşahidə edilir. 2024-cü il noyabrın 15-də COP29 çərçivəsində Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə Qoşulmama Hərəkatı ölkələrinin QHT-lərinin Cənub-Cənub əməkdaşlığı üzrə beynəlxalq konfransı keçirilib. Beynəlxalq konfransın yekununda Qoşulmama Hərəkatı ölkələrini təmsil edən QHT-lər Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafında QHT-lərin roluna dair birgə bəyanat mətnini razılaşdırıb. COP29-da təmsil olunan vətəndaş cəmiyyəti üzvlərinə açıq olan bəyanata 137 ölkədən 1023 QHT təmsilçisi, ictimai fəal imza atıb. Qeyd edək ki, dünya ölkələrinin 71 faizini əhatə edən regionlardan vətəndaş cəmiyyəti təsisatlarının Azərbaycan QHT-lərinin təşəbbüsünə dəstək ifadə etməsi ölkənin QHT tarixində ilk dəfə baş verib. Azərbaycan dövlətinin apardığı siyasət Qlobal Cənubda böyük rəğbət və hörmətlə qarşılanır, ölkəmiz getdikcə Qlobal Cənubun güclü səsinə çevrilir. Vətəndaş cəmiyyətinin nümayəndələri hesab edirlər ki, Qlobal Cənub QHT Platformasının yaradılmasının vaxtı çatıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

