/ / Prezident Ərdoğan: Bakıda keçirilən COP29-da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük
Prezident Ərdoğan: Bakıda keçirilən COP29-da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük
22.11.2024 [19:56]
Bakıda keçirilən COP29 Liderlər Zirvəsində ətraf mühit və iqlim dəyişiklikləri məsələlərinin qorxuducu həddə çatdığını bir daha yaxından gördük. Ötən əsrdə bir damla nefti, axan insan qanından daha dəyərli sayan materialist zehniyyət dünyamızın çox əzab çəkməsinə səbəb oldu. Afrikadan Asiya, Latın Amerikasına qədər getdiyimiz hər bölgədə gözünü pul, qızıl və gümüş bürümüş anlayışın arxasında qoyduğu dərin ağrılara rast gəlirik. Müstəmləkəçilər yalnız insanları qətlə yetirmədilər. Onlar milyonlarla məsum insanla bərabər, böyük bir ətraf mühit qətliamı da törətdilər. “Yeddi bacı” adıyla tanınan neft şirkətlərinin I Dünya müharibəsi başda olmaqla, son əsrdə bəşəriyyətin üzləşdiyi bir çox müharibə, çevriliş, münaqişə və qətliamda əlləri olduğu məlum bir həqiqətdir. Diktatorlar, çevrilişçilər və zülmkarlar tərəfindən enerji mənbələri idarə edilərkən, insan həyatı, azadlıqlar və ədalət heç sayıldı. XXI əsrdə istismara və tamaha əsaslanan bu amansız sistemin davam etməsi mümkün deyil. İnsana və ətraf mühitə lazım olan dəyər verilmədən, dünyada sülh və əmin-amanlıq təmin oluna bilməz.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən I Enerji Forumunun rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.
Enerji, nəqliyyat və rabitənin, xüsusilə birlikdə inkişafın lokomotivi olduğunu vurğulayan Ərdoğan kifayət qədər keyfiyyətli və təmiz enerjinin uyğun qiymətlərlə kəsintisiz təmin edilməsinin bütün ölkələr üçün kritik əhəmiyyət daşıdığını vurğulayıb.
“Yaxın tarixdə bölgəmizdə baş verən böhranlar, enerji təchizatı təhlükəsizliyinin ölkə iqtisadiyyatları üçün nə qədər həyati əhəmiyyət kəsb etsiyini bir daha xatırlatmışdır. Rusiya-Ukrayna arasında mininci gününü geridə qoyan müharibə, xüsusilə enerji sahəsində xarici asılılığın risklərini göstərdi. Türkiyə müharibə edən hər iki tərəflə qurduğu balanslı əlaqələr sayəsində bu çətin dövrü ən rahat keçirən ölkələrdən biri oldu. Bunun əksinə, avropalı dostlarımız müharibənin yaratdığı enerji böhranını birbaşa hiss etdi və çox ciddi çətinliklərlə üzləşdilər”, - deyə Türkiyə Prezidenti bildirib və əlavə edib ki, hər nə qədər bu gün enerji təchizatında bir böhran yaşanmasa da, bu sahədə təhlükəsizliyin təminatına hər zaman hazır olmaq vacibdir. Türkiyə enerji siyasətini bu anlayışla, təbiətə zərər verməmək üzərində qurub.
Ölkəsinin təbii ehtiyyatları və enerji sahəsi üzrə ötən ilin statistik rəqəmlərinə toxunan Prezident Ərdoğan deyib: “2023-cü ildə xam neft və neft məhsulları idxalımız 49 milyon tona, təbii qaz idxalı isə 50 milyard kubmetrə çatıb. Bütün bu resurslar üçün ödədiyimiz məbləğ təxminən 70 milyard dollar təşkil edir. Türkiyə son 20 ildə il ərzində orta hesabla 5,4 faiz artım əldə edib. Gələcək dövrdə də böyüməyə davam edəcəyik. Mədən sektorunun ümumi daxili məhsuldakı payını 4 dəfə artıraraq 2023-cü ildə 270 milyard lirəyə çatdırdıq. Son 22 ildə mədən ixracatımız 7 dəfə artaraq 5,7 milyard dollara yüksəldi. Biz dünya bor ehtiyatlarının 73 faizinə sahibik. Bu sahədə 60 faizdən çox bazar payı ilə qlobal miqyasda liderliyimizi qoruyuruq. Qızıl mədənində yalnız ölkəmizdə deyil, xaricdə də axtarış fəaliyyətləri aparırıq. Niğdədəki qızıl sahələrindən birində 2025-ci ildə istehsala başlamağı planlaşdırırıq. Sakarya Qaz Sahəsində gündəlik istehsalımız 7 milyon kubmetrə çatdı. Digər sahələrimizlə birlikdə ümumi daxili istehsalımızı gündəlik 8 milyon kubmetrə yüksəltdik. 2026-cı ildə gündəlik istehsalımızı 20 milyon kubmetrə çatdıracağıq”.
Çıxışında Türkiyənin dünyada ədalətsizliklə ən çox mübarizə aparan ölkələrdən olduğunu, enerji istismarının da bu ədalətsizliyin bir parçası olduğunu qeyd edən Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fahrettin Altun bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə enerjidə xarici asılılığı azaltmaq, mənbə müxtəlifliyini artırmaq, enerji mərkəzinə çevrilmək, enerji təhlükəsizliyinin təmini, böyük ölçüdə öz mənbələrindən istifadə, bərpaolunan enerjidə qabaqcıl ölkələrdən olmaq və təhlükəsiz şəkildə nüvə enerji mənbəyinə çatmaq istiqamətində nəhəng addımlar atıb.
Tədbirdə çıxış edən energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Türkiyənin 2035-ci ilədək bugünkü külək və günəş enerjisindəki mövcud gücünü dörd dəfə artırmağı hədəflədiyini deyib.
Xatırladaq ki, tədbirdə Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edilir.
Xəbər lenti
Hamısına bax
Dünya
19 Oktyabr 23:35

Dünya
19 Oktyabr 22:27

Siyasət
19 Oktyabr 21:39

İdman
19 Oktyabr 20:30

Sosial
19 Oktyabr 19:59

Sosial
19 Oktyabr 18:30

Sosial
19 Oktyabr 17:57

Dünya
19 Oktyabr 16:29

İqtisadiyyat
19 Oktyabr 15:34

Siyasət
19 Oktyabr 14:32

YAP xəbərləri
19 Oktyabr 13:29

Dünya
19 Oktyabr 13:25

Dünya
19 Oktyabr 12:30

Dünya
19 Oktyabr 11:41

Siyasət
19 Oktyabr 11:35

Dünya
19 Oktyabr 10:51

Dünya
19 Oktyabr 10:29

Dünya
19 Oktyabr 10:16

İdman
19 Oktyabr 09:50

Sosial
19 Oktyabr 09:21

İdman
19 Oktyabr 08:55

Siyasət
19 Oktyabr 08:17

Analitik
18 Oktyabr 22:22

Siyasət
18 Oktyabr 21:35

Dünya
18 Oktyabr 20:41

Siyasət
18 Oktyabr 20:36

Sosial
18 Oktyabr 19:26

Gündəm
18 Oktyabr 18:45

YAP xəbərləri
18 Oktyabr 18:32

Elanlar
18 Oktyabr 17:58

Sosial
18 Oktyabr 17:57

YAP xəbərləri
18 Oktyabr 17:40

Siyasət
18 Oktyabr 17:03

YAP xəbərləri
18 Oktyabr 16:38
YAP xəbərləri
18 Oktyabr 15:35

YAP xəbərləri
18 Oktyabr 14:28

YAP xəbərləri
18 Oktyabr 13:54

Xəbər lenti
18 Oktyabr 13:54

YAP xəbərləri
18 Oktyabr 13:30

Gündəm
18 Oktyabr 12:39

Siyasət
18 Oktyabr 12:18

Gündəm
18 Oktyabr 11:54

Sosial
18 Oktyabr 11:47

Gündəm
18 Oktyabr 11:36

Siyasət
18 Oktyabr 11:35

Gündəm
18 Oktyabr 11:20

MEDİA
18 Oktyabr 10:45

YAP xəbərləri
18 Oktyabr 10:32

Sosial
18 Oktyabr 10:16

İqtisadiyyat
18 Oktyabr 09:51

İqtisadiyyat
18 Oktyabr 09:27

Sosial
18 Oktyabr 08:54
Ədəbiyyat
18 Oktyabr 08:40

Gündəm
18 Oktyabr 01:42

Gündəm
18 Oktyabr 01:30

Gündəm
18 Oktyabr 01:07

Dünya
17 Oktyabr 23:39

Gündəm
17 Oktyabr 23:34

Gündəm
17 Oktyabr 23:22

YAP xəbərləri
17 Oktyabr 23:15

Sosial
17 Oktyabr 22:51

YAP xəbərləri
17 Oktyabr 22:50

YAP xəbərləri
17 Oktyabr 22:32

Dünya
17 Oktyabr 22:13

Dünya
17 Oktyabr 21:45

YAP xəbərləri
17 Oktyabr 21:20

Dünya
17 Oktyabr 21:08

Dünya
17 Oktyabr 20:50

YAP xəbərləri
17 Oktyabr 20:31

Sosial
17 Oktyabr 20:12
