Daşkənddə COP29-a həsr olunmuş ağacəkmə aksiyası keçirilib
20.11.2024 [22:34]
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində COP29-a həsr edilmiş ağacəkmə aksiyası keçirilib.
Bu barədə AZƏRTAC-a Mədəniyyət Mərkəzindən bildirilib.
Aksiyada Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin üzvləri, universitetin professor-müəllim heyəti, tələbələr iştirak ediblər.
Sözügedən universitetin birinci prorektoru Vahobjon Rajapov Bakıda keçirilən COP29 haqqında məlumat verib, eləcə də Özbəkistan nümayəndə heyətinin COP29 çərçivəsində müxtəlif görüşlər keçirdiyini vurğulayıb. O deyib ki, Azərbaycanda keçirilən bu mötəbər tədbirdə qaldırılmış iqlim problemləri Özbəkistan üçün də olduqca aktualdır və bu məsələlərin həlli ilə bağlı Özbəkistan tərəfindən müvafiq addımlar atılır, proqramlar həyata keçirilir.
Mədəniyyət Mərkəzinin direktor müavini Nadir Əlimirzəyev bu il Azərbaycanda elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülən işlər haqqında məlumat verib. Azərbaycan-Özbəkistan münasibətləri haqqında danışan N.Əlimirzəyev deyib ki, Özbəkistan işğaldan azad olunmuş torpaqlarımızda gedən quruculuq işlərində çox yaxından iştirak edir. Özbəkistan Prezidentinin COP29 çərçivəsində Azərbaycana səfəri zamanı Xankəndi şəhərində Özbəkistan dövləti tərəfindən yaradılmış tikiş fabrikinin videobağlantı vasitəsilə açılışı bu görülən işlərin məntiqi davamıdır. N.Əlimirzəyev təbiətin qorunması və bərpasının vacib addım olduğunu vurğulayaraq bildirib ki, bugünkü aksiyanın ali tədris ocağında tələbələrin iştirakı ilə həyata keçirilməsində məqsəd gənclər arasında təbiətə sevgini aşılamaq, ekologiyanın qorunması və bərpasında onların yaxından iştirak etmələrini təmin etməkdir. Aksiyanın məhz COP29-un təşkil edildiyi tarixlərdə həyat keçirilməsinin xüsusi önəm daşıdığını vurğulayan N.Əlimirzəyev bunun bir daha özbək cəmiyyətinin diqqətini ölkəmizdə baş tutan bu mötəbər tədbirə və qlobal ekoloji problemlərə yönəltmək olduğunu qeyd edib.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru professor Erkin Nuriddinov “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə baş tutan ağacəkmə aksiyasına yüksək qiymət verib. O bildirib ki, bu kimi tədbirlər gənc nəslin ətraf mühitin qorunması, təbiəti sevməsi istiqamətində mühüm addımlardan biridir.
Tədbir çərçivəsində ekoloji fəsadlardan irəli gələn iqlim dəyişikliklərini əks etdirən fotolardan ibarət sərgi də açılıb.
Xəbər lenti
Hamısına baxSosial
29 İyul 16:25
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11

