/ / UNESCO: Azərbaycanın COP29-a sədrliyi çərçivəsində C4C adlı təşəbbüsünə həsr edilmiş konfrans olub
UNESCO: Azərbaycanın COP29-a sədrliyi çərçivəsində C4C adlı təşəbbüsünə həsr edilmiş konfrans olub
08.10.2024 [23:34]
Mədəni ölçüləri iqlimlə bağlı fəaliyyət strategiyasına inteqrasiya etməyə təcili ehtiyac olduğu bir vaxtda UNESCO və bu təşkilat yanında Azərbaycan Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə UNESCO-nun mənzil-qərargahında “Mədəniyyətə əsaslanan iqlim fəaliyyəti” (C4C) adlı konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın COP29-a sədrliyi çərçivəsində bütün ölkələrin mədəniyyət nazirlərini bir araya gətirəcək “Mədəniyyətə əsaslanan iqlim fəaliyyəti” (C4C) adlı təşəbbüs təqdim olunub. Konfransda Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov, UNESCO-nun Baş direktorunun mədəniyyət üzrə müavini Ernesto Ottone, UNESCO-nun ekologiya və torpaq elmləri bölməsinin direktoru, insan və biosfer proqramının katibi Antonio Abrö (Antonio Abreu), beynəlxalq ekspert Martin Nyumən, təşkilata üzv dövlətlərin səfir və daimi nümayəndələri və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
UNESCO-nun Baş direktorunun mədəniyyət üzrə müavini Ernesto Ottone və UNESCO-nun ekologiya və torpaq elmləri bölməsinin direktoru, insan və biosfer proqramının katibi Antonio Abrö (Antonio Abreu) çıxış edərək COP29 Sədrliyinin bir hissəsi kimi mədəniyyətə əsaslanan iqlim fəaliyyəti üzrə belə bir təşəbbüsə görə Azərbaycana təşəkkürlərini bildiriblər. Həmçinin COP29-un əhəmiyyətindən və məqsədlərindən danışılıb. Bildirilib ki, Bakının ev sahibliyi edəcəyi COP29 iqlim böhranının həlli istiqamətində xüsusi əhəmiyyətə malikdir. Məhz Bakıda “Dostluq Qrupunun” fəaliyyətinin aktivləşəcəyinə, iqlim dəyişikliyi ilə bağlı qəbul ediləcək qərar və görüləcək tədbirlərin mədəni irsin qorunması baxımından da böyük əhəmiyyət kəsb edəcəyinə inandıqlarını qeyd ediblər.
İqlim dəyişikliyi ilə mübarizədə mədəniyyətin həlledici əhəmiyyəti, eləcə də iqlim təsirlərinin həlli yollarında əsas rolu, mədəniyyətin iqlim dəyişikliyi ilə mübarizə strategiyalarına inteqrasiyasının vacibliyini vurğulayıblar. Dövrümüzün ən böyük problemlərindən biri olan iqlim dəyişikliyini azaltmaq və ona uyğunlaşmaq üçün mədəniyyətin əsas mənbə olduğu diqqətə çatdırılıb.
Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxış edərək, Azərbaycanın COP29-a ev sahibliyindən, COP29 konfransının məqsədlərdən söz açıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə başlamış “Bakı Prosesi”nin əhəmiyyətini vurğulayıb və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yekun Bəyannaməsini xatırladıb.
“COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycan bu mühüm səyə öz töhfəsini verməyə dərindən sadiqdir. Mədəniyyətin gücündən – ortaq dəyərlərimizdən, biliklərimizdən və yaradıcı ifadəmizdən – istifadə etməklə hamı üçün daha davamlı və möhkəm gələcək qura biləcəyimizə inanırıq.
Mədəni fəaliyyətə olan bu öhdəlik Azərbaycanın beynəlxalq fəaliyyətində dərin kök salmışdır. Mədəni müxtəlifliyi, mədəniyyətlərarası dialoqu və mədəni irsin qorunmasını təşviq etmək üçün UNESCO da daxil olmaqla çoxsaylı təşkilatlarla fəal əməkdaşlıq edirik. Bu tərəfdaşlığın bariz nümunəsi 2008-ci ildə başlanmış və müxtəlif mədəniyyətlər arasında əməkdaşlığı inkişaf etdirmək üçün qlobal tanınma qazanmış mədəniyyətlərarası dialoq üzrə “Bakı Prosesi”dir”, - deyə Fərid Cəfərov vurğulayıb.
Bildirib ki, yekun Bəyannamədə mədəni irsə müxtəlif təhlükələr, eləcə də iqlim dəyişikliyinin, qeyri-qanuni miqrasiya və silahlı münaqişələrin təsirləri diqqətə çatdırılıb, bu sahələrdə birgə fəaliyyətin zəruriliyi vurğulanıb.
Azərbaycan-UNESCO əməkdaşlığına toxunan F.Cəfərov qurumun İpək Yolları Proqramından, İpək Yolu Xəzər-Volqa Dəhlizi İkinci İllik Subregional Konfransından, “Volqa-Xəzər İpək Yolu Dəhlizi”nin Ümumdünya İrs Siyahısına namizədliyindən danışıb, Azərbaycanın mədəni irsin qorunması sahəsində gördüyü işlərdən söz açıb.
“Mədəniyyətin qorunub saxlanmasına sədaqətimiz təbii olaraq iqlim dəyişikliyi kimi qlobal problemlərin həllini əhatə edir. COP28 konfransında 30-dan çox hökumət hökumətlərarası və mədəniyyət təşkilatları ilə birlikdə “Mədəniyyətə əsaslanan İqlim Fəaliyyətinin Dostları Qrupu”nu (GFCBCA) yaratdı. Bu səy iqlim böhranının həllində mədəniyyətin rolunun tanınmasında mühüm addımdır. Qrup Azərbaycan, Braziliya və Birləşmiş Ərəb Əmirliklərinin birgə sponsorluğu ilə 2-ci Yüksək Səviyyəli Nazirlər Dialoqu üçün COP29-da yenidən toplanacaq”, - deyə F.Cəfərov bildirib.
Vurğulayıb ki, Azərbaycanın COP29-a sədrliyi zamanı, həmçinin mədəniyyəti müsbət iqlim fəaliyyətinə qlobal güc kimi təbliğ etmək məqsədilə “Mədəniyyətə əsaslanan iqlim fəaliyyəti” (C4C) təşəbbüsü işə başlayacaq. C4C təşəbbüsü mədəniyyətin davranışları necə formalaşdıra biləcəyi və iqlim böhranı üçün transformativ həll yolları haqqında fikirlər təqdim edəcək.
Beynəlxalq ekspert Martin Nyumən təməli məhz Bakıda qoyulacaq, ölkəmizin COP29-a sədrliyi çərçivəsində bütün ölkələrin mədəniyyət nazirlərini bir araya gətirəcək “Mədəniyyətə əsaslanan iqlim fəaliyyəti” (C4C) adlı təşəbbüsün mənşəyi, məqsəd və strategiyalarını təqdim edib. Bildirib ki, Azərbaycan Mədəniyyət Nazirliyinin bu yeni təşəbbüsü “Dostlar Qrupu”nun mühüm səylərini tamamlayacaq, potensialını gücləndirəcək.
Konfransda “Mədəniyyətə əsaslanan iqlim fəaliyyəti” (C4C) təşəbbüsü ilə bağlı hazırlanmış video nümayiş olunub. Konfrans UNESCO-ya üzv dövlətlərin daimi nümayəndələrinin çıxışları ilə davam edib.
Xəbər lenti
Hamısına baxSosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

