“Alov Qoruyanlar”
19.05.2015 [09:59]
İlk Avropa Oyunlarının keçirilməsinə sayılı günlər qalıb. Hazırda ölkəmizdə bu idman yarışına ciddi hazırlıq işləri sürətlə davam edir və demək olar ki, dünya idman tarixində mühüm hadisə olacaq ilk Avropa Oyunlarına Azərbaycan tam hazırdır. İlk Avropa Oyunlarının Bakıda təşkili Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, idman aləmində önəmli yer tutmasına şərait yaradacaq.
Sevindirici haldır ki, dünyanın diqqətini çəkən ilk Avropa Oyunlarını hazırda bütün ictimaiyyət nümayəndələri kimi gənclər, eləcə də, “Bakı-2015”in könüllüləri də səbirsizliklə gözləyirlər.
Ənənəmizə sadiq qalaraq “Yeni Azərbaycan” qəzetinin “Alov Qoruyanlar” adlı rubrikasında ilk Avropa Oyunlarında fəaliyyət göstərəcək növbəti könüllü gənclərimizi oxucularımıza təqdim edirik.
“İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi hər bir vətəndaşımız üçün qürur mənbəyidir”. Bunu qəzetimizə açıqlamasında Bakı Slavyan Universitetinin III kurs tələbəsi, “Bakı-2015”in könüllüsü Nurlan İsmayılov deyib. Onun sözlərinə görə, ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyinin Azərbaycana həvalə edilməsi Avropa Olimpiya Komitəsinin ölkəmizə göstərdiyi etimadın nəticəsidir. Şübhəsiz ki, sözügedən beynəlxalq yarışın Azərbaycanda baş tutması ölkəmizin dünya miqyasında mövqeyinin güclənməsinə və beynəlxalq aləmdə öz müsbət imicini daha da möhkəmləndirməsinə xidmət göstərir: “Bu, doğrudan da, tarixi hadisədir. Çünki bu vaxta qədər Avropa Oyunları keçirilməyib və ilk Oyunların Bakıda keçirilməsi böyük tarixi hadisə olmaqla bərabər, ölkəmizin böyük uğurudur. Bu, eyni zamanda, ölkəmizə göstərilən yüksək etimaddır, üzərimizə düşən böyük məsuliyyətdir. Mən şübhə etmirəm ki, biz bu sınaqdan da uğurla və şərəflə çıxacağıq, bu Oyunları yüksək səviyyədə keçirəcəyik. Biz “Bakı-2015”in könüllüləri isə öz növbəmizdə, bu yarışlarda əlimizdən gələni etməyə çalışacağıq və ümid edirəm ki, işimizin öhdəsindən də layiqincə gələcəyik”.
“Birinci Avropa Oyunları Azərbaycanın nüfuzunun yüksəldilməsinə xidmət edir”. Bunu isə qəzetimizə açıqlamasında Bakı Slavyan Universitetinin III kurs tələbəsi, “Bakı-2015”in könüllüsü Arzu Ələkbərova deyib. O, ilk Avropa Oyunlarının ölkəmizdə təşkilini böyük tarixi uğurumuz kimi səciyyələndirib: “Birinci Avropa Oyunlarının keçirilməsi ilə bağlı qərar 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsinin Romada keçirilən 41-ci Baş Assambleyasında qəbul olunub. Avropa Olimpiya Komitəsinin üzvü olan 49 Milli Olimpiya Komitəsindən 48-nin iştirakı ilə keçirilən gizli səsvermədə Bakı ilk Avropa Oyunlarına ev sahibliyi hüququnu əldə edib. Bu da sözsüz ki, ölkəmizə göstərilən böyük etimaddır. Bu gün Azərbaycan regionun lider dövlətinə çevrilib və dünyanın sürətli inkişaf edən ölkələri sırasındadır. Bu da təbii ki, biz gəncləri sevindirir. Hər kəs kimi biz “Bakı-2015”in könüllüləri də ölkəmizin bu cür inkişafını gördükcə qürurlanırıq. Bakımızın belə bir mötəbər yarışa ev sahibliyi etməsi isə bizi daha da ruhlandırır.
Vüsalə CAVANŞİR
Xəbər lenti
Hamısına baxMaraqlı
29 Aprel 18:30
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40

