Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / / Əmirqulu Quliyev: Xalqımız idmançılarımızdan ancaq qələbələr gözləyir

Əmirqulu Quliyev: Xalqımız idmançılarımızdan ancaq qələbələr gözləyir

14.05.2015 [10:09]

“Bu mötəbər beynəlxalq idman yarışmasının ölkəmizdə keçirilməsi mühüm əhəmiyyət kəsb edən tarixi hadisədir”. Bunu qəzetimizə açıqlamasında karate üzrə Dünya və Avropa çempionu, Dünya kubokunun ikiqat qalibi, məşqçi Əmirqulu Quliyev deyib. Onun sözlərinə görə, “bütün dünya mətbuatının, eləcə də, ictimaiyyətinin diqqəti ölkəmizdə olacaq: “İlk Avropa Oyunlarının Bakıda keçirilməsi infrastrukturun inkişafına, ölkəmizə kapital axınına şərait yaradacaq. Eyni zamanda, bu yarışlar Azərbaycanın dünyada müasir və təhlükəsiz, səfər etmək və investisiya qoymaq üçün əlverişli ölkə kimi geniş təbliğinə şərait yaradacaq”.
Əmirqulu Quliyev əlavə edib ki, ilk Avropa Oyunları, həmçinin, ölkəmizdə idmanın inkişafına da səbəb olacaq: “Söhbət yalnız idmançılarımızın qələbələrindən və təcrübə qazanmasından getmir. Bu Oyunlar zamanı insanlar, xüsusən də, gənclər arasında idmana maraq göstərənlərin sayı durmadan artacaq. Birinci Avropa Oyunları sayəsində, həmçinin, Azərbaycanda daha çox insan sağlam həyat tərzinə diqqət yetirəcək və idmanın onların həyatına, sağlamlığına gətirə biləcəyi faydaları müəyyən edəcəklər. Digər tərəfdən, dünya ictimaiyyəti bir daha ölkəmizin nə qədər inkişaf etdiyinin, günbəgün gözəlləşdiyinin şahidi olacaq. Bütün bunlar qüruvericidir. Bu Oyunlarda xalqımız idmançılarımızdan ancaq parlaq qələbələr gözləyir. Ümidvaram ki, onlar bu etimadı doğrultmağı və idman sahəsində yeni nailiyyətlərə imza atmağı bacaracaqlar”.
Vüsalə CAVANŞİR

Paylaş:
Baxılıb: 2033 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Dağıntılardan yeni həyata

11 Sentyabr 08:37  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30